Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valeh Hacılar (15 aprel 1951, Darbaz, Bolnisi rayonu – 23 yanvar 2010, Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın aka

Valeh Hacılar

  • Ana Səhifə
  • Vikipediya
  • Valeh Hacılar

Valeh Hacılar (15 aprel 1951, Darbaz, Bolnisi rayonu – 23 yanvar 2010, Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor.

Valeh Hacılar
Doğum tarixi 15 aprel 1951(1951-04-15)
Doğum yeri
  • Darbaz, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 23 yanvar 2010(2010-01-23) (58 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Dəfn yeri
  • Darbaz
Elmi adı professor
İş yeri İ.Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti

Mündəricat

Həyatı

Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973).

1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir.

1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir.

1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub. Gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri olub.

2010-cu ildə vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Darbaz kəndində torpağa tapşırılıb.

Məqalələri

  • "Ahıskalı sənətkarlar". "Ozan dünyası" jurnalı, № 2(5). 2011-ci il.

Əsərləri

  • Borçalı Mehralı bəy tarixi həqiqətlərdə, Tbilisi-Bakı, 2001. 2005-08-26 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, valeh hacılar sözünün mənası, valeh hacılar haqqında məlumat. valeh hacılar nədir? valeh hacılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muheyyiz ayini

  • Mart 02, 2026

    Discovery Channel

  • Mart 06, 2026

    Şəfa FK

  • Fevral 27, 2026

    Vaşinqton bayrağı

  • Fevral 14, 2026

    Simon Bolivar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst