Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xitab — cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən söz və ya söz birləşmələri. Xitablar əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digə

Xitab

  • Ana Səhifə
  • Vikipediya
  • Xitab

Xitab — cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən söz və ya söz birləşmələri. Xitablar əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s.

Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifini çox eşitmişəm və s.

Xitab ismin adlıq halında olur və bu baxımdan mübtədaya oxşayır. Lakin, o, xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S. Vurğun məşhur "Ceyran" qoşmasında ceyran sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:

Əyilib su içir bir ana ceyran… Şöhrətin yayılıb hər yana, ceyran…

Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.

Xitablar quruluşca sadə və mürəkkəb olur. Nitq hissəsi ilə ifadə olunan xitablar sadə, söz birləşməsi ilə ifadə olunan xitablar isə mürəkkəb xitablar sayılır. Oğul, (sadə xitab) yaxına gəl. Körpə balam, (mürəkkəb xitab) rahat yat.

Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergül, sonra isə nöqtə, nida işarəsi və ya sual işarəsi qoyulur. Məsələn: Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbriz! və s.

Xitablardan əvvəl ay, ey, a nidaları da işlənir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xitab sözünün mənası, xitab haqqında məlumat. xitab nədir? xitab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Biga çayı

  • Mart 01, 2026

    Kəpənək

  • Fevral 27, 2026

    Türinq testi

  • Mart 03, 2026

    Catra

  • Fevral 27, 2026

    Tatyana Aristova

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst