Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır.
| Şəhər | |
| Yeni Afon | |
|---|---|
| abx. Афон Ҿыц | |
| |
| 43°05′03″ şm. e. 40°49′02″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Abxaziya |
| Rayon | Qudauta |
| Mer | Feliks Dautiya |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1806 |
| İlk məlumat | III əsr |
| Əvvəlki adları | Traxeya, Psırtsxa, Anakopiya, Axali-Afoni, Nikopiya, Nikopol, Absara |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | 1.513 nəfər (2011) |
| Milli tərkibi | abxazlar, ruslar, ermənilər, yunanlar, gürcülər |
| Dini tərkibi | xristianlar |
| Rəsmi dili | abxaz dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +7 840 2458xxx |
| Poçt indeksi | 6900 |
| Nəqliyyat kodu | ABH |
| Digər | |
| abkhazia.gov.ge/cities/N… | |
![]() Yeni Afon ![]() Yeni Afon | |
Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir.
Tarixi

Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur. Daha sonra paytaxt Kutaisiyə köçürülmüşdür.
1033-cü ildə Anakopiya Demetre tərəfindən Bizans İmperiyasına verilmişdir. Lakin 1072-ci ildə Bizans İmperiyasının Malazgird döyüşündəki məğlubiyyətindən sonra şəhər gürcülərin əlinə keçmişdir.
Coğrafiya
Yeni Afon şəhəri Qara dəniz ilə İver dağlarının arasında yerləşir. Qudautadan 17 km, Suxumidən 22 km, Soçidən 84 km uzaqlıqdadır.
Görməli yerləri
Monastırlar
1874-cü ildə Yunanıstanın Afon dağında yerləşən Rossikon monastırından gələn rus rahibləri Qafqaza gəlmiş və yeni yer axtarmağa başlamışlar. Onlar Osmanlı İmperiyasının Rus-Osmanlı müharibəsinə görə rusları Afondan qovacağından qorxurdular. Onlar Psırtsxadakı Rusiya çarı III Aleksandr tərəfindən tikilmiş Yeni Afon monastırını seçmişdirlər.
1924-cü ildə SSRİ dövründə monastır bağlanmışdır. Monastırdan anbar, turist bazası, muzey və xəstəxana kimi istifadə olunmuşdur. 1994-cü ildə yenidən fəaliyyətə başlamışdır.
Yeni Afon monastırının dənizdən mənzərəsi bir çox turistin diqqətini çəkir.
Mağara
Şəhərin yaxınlığında Yeni Afon mağarası yerləşir. Mağara Gürcüstanın görməli yerlərindən biridir. 1975-ci ildən mağarada metro fəaliyyət göstərir.
Merlər
Qardaş şəhərlər
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yeni afon sözünün mənası, yeni afon haqqında məlumat. yeni afon nədir? yeni afon nə deməkdir?
