Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy, Gəncə qəzası – 3 iyun 2005, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın

Firudin Köçərli

  • Ana Səhifə
  • Vikipediya
  • Firudin Köçərli

Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy, Gəncə qəzası – 3 iyun 2005, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968).

Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli
Doğum tarixi 28 dekabr 1920(1920-12-28)
Doğum yeri
  • Gədəbəy, Gəncə qəzası, Azərbaycan SSR
Vəfat tarixi 3 iyun 2005(2005-06-03) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Atası Qasım Köçərli
Elm sahələri fəlsəfə
Elmi dərəcələri
  • fəlsəfə elmləri doktoru,
  • elmlər doktoru
İş yerləri
  • AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

Həyatı

Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır.

Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyəti

Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.

Firudin Köçərli 1950–1953-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir. Firudin Köçərli 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.

Elmi fəaliyyəti

Akademik Firudin Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Habelə F. Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan "SSRİ də fəlsəfə tarixi" adlı kitaba daxil edilmişdir.

Akademik F. Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiya, Kanada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.

Ailəsi

Firudin Köçərli Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor Tofiq Köçərlinin qardaşıdır.

Ölümü

Firudin Köçərli 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Həmçinin bax

  • AMEA-nın həqiqi üzvlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, firudin köçərli sözünün mənası, firudin köçərli haqqında məlumat. firudin köçərli nədir? firudin köçərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alber Kamyu

  • Mart 06, 2026

    Herman Minkovski

  • Mart 01, 2026

    Cozef

  • Fevral 27, 2026

    Türk xalqı

  • Mart 01, 2026

    Depok

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst