Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Acun Ilıcalı (29 may 1969, Ədirnə, Ədirnə ili) — mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı. "Acun Medya"nın və Exxen platformasının

Acun Ilıcalı

  • Ana Səhifə
  • Vikipediya
  • Acun Ilıcalı

Acun Ilıcalı (29 may 1969, Ədirnə, Ədirnə ili) — mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir.

Acun Ilıcalı
Doğum tarixi 29 may 1969(1969-05-29) (56 yaş)
Doğum yeri
  • Ədirnə, Ədirnə ili, Türkiyə
Uşağı 4
Təhsili
  • Kadıköy Anadolu Liseyi[d]
Fəaliyyəti televiziya aparıcısı, sahibkar, iş adamı, jurnalist, kino aktyoru, televiziya aktyoru
Fəaliyyət illəri 1991–h.h.
acunn.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Ata tərəfdən əslən azərbaycanlıdır. İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçmişdir.

19 yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. 20 yaşında ikən qızı anadan olduqdan 9 ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır. İkinci evliliyindən Leyla və Yasəmin adında qızları var.

Karyerası

1995-ci ildə bir mağaza açmış, ticarətə başlamış, lakin daha sonra müflis olmuşdur. Bir dostu vasitəsilə Melihcan Tunçla tanış olan Acun, futbol bacarığını ona göstərmiş, Melihcan heyrətə gəlmiş və onu öz yanında işə götürmüşdür. Beşiktaşın müxbiri ikən futbolçularla səmimi olub özəl reportajlar hazırlamağa başlamış və beləliklə ulduzu parlamışdı. Daha sonra Şansal Büyükanın komandasına transfer olmuşdur. Televole-nin idman jurnalı olan vaxtlarında dünyanı gəzməyə başlamış və özünə aid bir bölmədə bunlar haqqında yazmağa başlamışdır. Daha sonra 2002-ci ildə bu səyahəti "Acun Firarda" adlı bir verilişlə davam etmişdir. Beləliklə 105 ölkəni gəzmişdir. 2005-ci ildə Acun Medya adlı bir şirkət qurmuşdur. Fear Factor, Survivor — Kızlar-Erkekler, Survivor Türkiye-Yunanistan, Survivor — Aslanlar-Kanaryalar, Var mısın Yok musun, Devler Ligi, Yetenek Sizsiniz və Yok Böyle Dans proqramlarının prodüseri, münsifi və aparıcısı olmuşdur. Əlavə olaraq Uğur Dündarın aparıcılıq etdiyi "Yoksa Rüya Mı?" və Behzat Uygurun aparıcılığını etdiyi "Söyle Söyleyebilirsen" verilişlərinin də yaradıcısı Acun Ilıcalı olmuşdur. Türkiyə və Anadoluda göstərdiyi ayaqüstü komediya şouları ilə həyat yolunu izləyicilərə komik bir tərzdə çatdırmışdır. Son olaraq məşhurlarla hazırladığı Yok Böyle Dans yarışmasından gələn gəlirlə əqli çətinlikləri olan uşaqlar üçün məktəb hazırlatdırır. 2013-cü ildə 70 milyon dollar qarşılığında TV8 kanalını almışdır. Kanalın qiyməti 1 ildən sonra 400 milyon dollara qədər qalxmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, acun ilıcalı sözünün mənası, acun ilıcalı haqqında məlumat. acun ilıcalı nədir? acun ilıcalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rabiyə Sultan

  • Fevral 27, 2026

    Teylor Lotner

  • Mart 06, 2026

    Off-road

  • Mart 07, 2026

    Misir bayrağı

  • Mart 06, 2026

    Devid Brayan

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst