Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə K

Ədirnə ili

  • Ana Səhifə
  • Vikipediya
  • Ədirnə ili

Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda Çanaqqala və Egey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir.

İl
Ədirnə
türk. Edirne

41°40′37″ şm. e. 26°33′20″ ş. u.HGYO


Ölkə Türkiyə
Daxildir Mərmərə regionu
İnzibati mərkəz Ədirnə
Vali Dursun Əli Şahin
Bələdiyyə sədri Rəcəb Gürkan (MHP)
Tarixi və coğrafiyası
Sahəsi 6.098 km²
Hündürlük
42 m
Əhalisi
Əhalisi 400 280 nəfər (2014)
Əhalinin sıxlığı 637 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu TR-22
Telefon kodu (+90) 284
Poçt indeksi 22000–22999
Avtomobil nömrəsi 22
Rəsmi sayt
Ədirnə xəritədə
Ədirnə xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Ədirnənin ən qədim xalqı Traklardır. Onlar Meriç və Tunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı. Osmanlı dövünün ilk illərində Ədirnabolu olaraq adlanırdı. 1476-cı ildə Aşıqpaşazadənin tarix əsərində şəhərin adı Ədrənə olaraq keçir. XVI əsrin əvvəllərində Ədirna olaraq adlandırıldığı məlumdur.

Tarixi

Traklar tərəfindən salınan Ədirnə, E.ə. IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən işğal edilir. Ardından Roma İmperiyasının əlinə keçir. II əsrdə Roma imperatoru Adrian tərəfindən bərpa edilərək Adrianopolis adlandırılır. IV əsrdə Roma imperiyası parçalanan zaman Ədirnə Şərqi Roma imperiyası olan Bizansın tərkibinə daxil olur.

586-cı ildə Avarlar tərəfindən mühasirəyə alındısa da ələ keçirə bilmədilər. 914-cü ildə isə Bolqarlar tərəfindən ələ keçirildi. Daha sonralar Bizans tərəfindən geri alınsa da 1050-ci ildə və 1078-ci ildə Peçeneqlər tərəfindən mühasirəyə alındı.

1361-ci ildə Osmanlı sultanı I Murad tərəfindən fəth edilir. Ölkənin paytaxtı Ədirnəyə köçürülür. İstanbulun fəthinə qədər Osmanlı dövlətinin paytaxt şəhəri olur. Paytaxt İstanbula köçürüldükdən sonra Ədirnə, Paşa Sancağı adı ilə Rumeli bəylərbəyliyinin tərkibinə daxil edilir. Bəylərbəyliyin mərkəzi Sofiya şəhəri idi. XVII əsrdə Ədirnə İstanbul, London, Paris və Romadan sonra Avropanın ən böyük 5-ci şəhəri idi.

Birinci Dünya müharibəsi dövründə Osmanlı dövlətinin məğlub olması ilə nəticələndi. 1920-ci il iyun ayında Ədirnə şəhəri Yunanlar tərəfindən işğal edilir. Türkiyə Qurtuluş Savaşı dövründə 1922-ci il 25 noyabr tarixində Ədirnə şəhəri azad edilir. 1923-cü il 15 sentyabrda Qaraağac bölgəsinin Türkiyəyə geri qaytarılması ilə ilin sərhədləri tamamlanır.

Coğrafiyası

Trakiyanın qərbində yerləşən Ədirnə ilinin torpaqları geniş düzənliklərdən və yüksəkliklərdən ibarətdir. Ərazisinin 78%-i plato, 5%-i dağlıq və yaylaqlar və 17%-i isə düzənliklərdən ibarətdir. Çoxlu sayda çayları və gölləri vardır. Ərazinin 25%-i meşələrdən ibarətdir.

İqlimi

Ədirnə ilində kontinental iqlim tipi hakimdir. Qış aylarında Aralıq dənizi iqlim tipinin təsiri ilə havalar sərin və yağışlı, kontinental iqlim tipinin təsiri ilə isə küləkli və yağışlı keçir. Yaz ayları isti və quraq, yay ayları isə yağışlı keçir. İlin ən isti ayları iyun, iyul və avqust aylarıdır. Ən soyuq ayları isə dekabr və yanvar aylarıdır. Yaz aylarında orta temperatur 23.4 0C -dir.

Dağları və düzənlikləri

Ədirnə ilində yerləşən dağ silsilələri aşağıdakılardır:

  • İstiranca dağları. İstanbul boğazında Qara dəniz dağ silsiləsindən ayrılaraq Qara dəniz boyunca Bolqarıstan sərhədlərinə doğru uzanır. İstranca dağlarının ən yüksək zirvəsi Ədirnə ili sərhədləri xaicində, Kırklareli və Dəmirkənd arasında yerləşir (1 000 m).
  • Uzunkörpü dağları. Uzunkörpü dağları ilin Uzunkörpü ilçəsinin cənub-şərqində yerləşir. Sıx meşə örtüklüdür. Dağların ən yüksək zirvəsi Süleymaniyə zirvəsidir (378 m) .
  • Qoru dağları. Trakiyadakı ikinci dağ silsiləsi olan bu dağlar Təkirdağ-Şarkənd arasında İşıqlar dağı, Saros körfəzi boyunca isə Qoru dağları adını alır. İlin cənub-şərqindən körfəzə doğru uzanır. Dağların ən yüksək zirəvsi Yerli su zirvəsidir (725 m).
  • Çandır dağları. Qoru dağ silsiləsi İpsala ilə Enez sərhədindən yenidən yüksələrək körfuz boyunca Çandır dağlarını formalaşdırır. Dağın ən yüksək zirvəsi Çandır zirvəsidir (385 m).

İstranca dağları ilin şimal və şimal-şərqində, Uzunkörpü dağları şərqində, Qoru və Çandır dağları isə cənub və cənub-şərqində yerləşir.

Çayları və gölləri

Əhalisi

İdarəetməsi

Nəqliyyatı

İqtisadiyyatı

Turizmi

Mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ədirnə ili haqqında məlumat. Ədirnə ili nədir? Ədirnə ili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uğultulu təpələr

  • Fevral 27, 2026

    Aleksandr Svanidze

  • Fevral 27, 2026

    Mənsur

  • Fevral 27, 2026

    Düşüncə

  • Fevral 27, 2026

    İriney

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst