Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rabiyə Sultan (v. 14 yanvar 1712, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 21-ci Osmanlı sultanı II Əhmədin xanımlarından biri.

Rabiyə Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Rabiyə Sultan

Rabiyə Sultan (v. 14 yanvar 1712, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 21-ci Osmanlı sultanı II Əhmədin xanımlarından biri.

Rabiyə Sultan
osman. رابعه خاصكى سلطان
Şəxsi məlumatlar
Vəfat tarixi 14 yanvar 1712(1712-01-14)
Vəfat yeri
  • Köhnə Saray, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Sultan Süleyman türbəsi
Atası IV Murad
Həyat yoldaşı
  • II Əhməd
Uşaqları Şahzadə İbrahim
Şahzadə Səlim
Asiyə Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Əhmədin səltənətinin başlarında hərəmə alındığı məlumdur. Qısa zamanda sultanın rəğbətini qazanan Rabiyə Sultanın 6 oktyabr 1692-ci ildə Şahzadə İbrahim və Şahzadə Səlim adlı əkiz övladı dünyaya gəldi. Bunlar Osmanlı tarixində bilinən ilk əkiz övlad hadisəsi idi.

Sultan Əhmədin anası Müəzzəz Sultan oğlunun səltənətindən öncə vəfat etmişdi. Bu səbəblə Rabiyə Sultan oğullarının dünyaya gəlişinin ardından qısa zamanda yüksəldi və hasəki sultan ünvanı aldı. Keçmiş sədrəzəmlərdən Bayburtlu İbrahim Paşaya aid Üsküdardakı Quzquncuq köşkü və paşanın edamından sonra xəzinəyə müsadirə edilən dəyərli ziynət əşyaları Rabiyə Sultana hədiyyə edildi. Ancaq əkiz övladlarından Şahzadə Səlim 15 may 1693-cü ildə körpə ikən vəfat etdi.

Dəfn olunduğu Sultan Süleyman türbəsi, İstanbul

23 oktyabr 1694-cü ildə üçüncü övladı olan Asiyə Sultanı dünyaya gətirən Rabiyə Sultana indiki Hələb yaxınlığından bir çox mülk və torpaqlar hədiyyə edildi. Ancaq çox keçmədən 6 fevral 1695-ci ildə Sultan Əhməd vəfat etdi və Osmanlı taxtına onun qardaşı oğlu Şahzadə Mustafa əyləşdi. Sədrəzəm Sürməli Əli Paşa taxta mərhum sultanın 3 yaşlı oğlu Şahzadə İbrahimi namizəd göstərdi. Ancaq Şahzadə Mustafa baş xəzinədar Nəzir ağa kimi bəzi saray mənsublarının da dəstəyilə, ailənin ən böyük şahzadəsi olaraq Ədirnə sarayında taxt qurduraraq sədrəzəm və şeyxülislamı gözləmədən özünü sultan elan etdi. Bu hadisənin ardından oğlu Şahzadə İbrahim əlindən alınaraq yeni Validə sultan Əmətullah Gülnüş Sultanın himayəsinə verilən Rabiyə Sultan, həyat yoldaşının digər hərəm üzvləri və qızı Asiyə Sultanla birlikdə İstanbuldakı Köhnə saraya sürgün olundu. Həmin ilin dekabrında qızı Asiyə Sultan uşaq yaşlarında vəfat etdi.

Qalan ömrünü Köhnə sarayda keçirən Rabiyə Sultan 14 yanvar 1712-ci ildə burada vəfat etdi. Cənazəsi həyat yoldaşının da dəfn olunduğu Sultan Süleyman türbəsinə dəfn olundu. Topqapı sarayındakı qəfəs bölümündə saxlanılan oğlu Şahzadə İbrahim isə ondan iki il sonra - 4 may 1714-cü ildə vəfat etdi.

Övladları

  • Şahzadə İbrahim (d. 6 oktyabr 1692 - ö. 4 may 1714) — Şahzadə Səlimin əkizidir və Ədirnə sarayında dünyaya gəldi. III Əhmədin taxta çıxmasıyla taxt varisi təyin edildi. Məzarı Sultan İbrahim türbəsindədir.
  • Şahzadə Səlim (d. 6 oktyabr 1692 - ö. 4 may 1714) — Şahzadə İbrahimin əkizidir və Ədirnə sarayında dünyaya gəldi. Məzarı Sultan İbrahim türbəsindədir.
  • Asiyə Sultan (d. 23 oktyabr 1694 - ö. 9 dekabr 1695) — Məzarı hər iki valideyninin yanında - Sultan Süleyman türbəsində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rabiyə Sultan haqqında məlumat. Rabiyə Sultan nədir? Rabiyə Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qızıl Qoç

  • Fevral 27, 2026

    Taif şəhəri

  • Fevral 28, 2026

    Elektrokardiostimulyator

  • Fevral 27, 2026

    Qədim ibranilər

  • Fevral 24, 2026

    Tantal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst