Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara Meza Tədqiqat Mərkəzi (ing. Black Mesa Research Facility) və ya sadəcə Qara Meza — "Half-Life" videooyununun və onun əlavələrinin, eləcə də remeyki olan "B

Qara Meza

  • Ana Səhifə
  • Vikipediya
  • Qara Meza

Qara Meza Tədqiqat Mərkəzi (ing. Black Mesa Research Facility) və ya sadəcə Qara Meza — "Half-Life" videooyununun və onun əlavələrinin, eləcə də remeyki olan "Black Mesa" oyununun əsas hadisə məkanı kimi çıxış edən uydurma yeraltı laboratoriya kompleksi. Bu həmçinin, "Half-Life" kainatının, o cümlədən "Portal" seriyasının bir hissəsidir. Kompleks ABŞ-nin Nyu-Meksiko ştatının səhralıq ərazisində, Soyuq müharibə dövrünə aid keçmiş raket sınaq poliqonunun yerində yerləşir və "Half-Life" seriyasının baş qəhrəmanı, nəzəri fizika üzrə alim Qordon Frimanın keçmiş iş yeri kimi təqdim olunur. Qara Meza eyni zamanda "Aperture Science" şirkətinin rəqibi hesab edilir. Rəsmi olaraq, hərbi-sənaye tədqiqatları ilə məşğul olduğu bildirilir, lakin obyektin teleportasiya sahəsində apardığı gizli eksperimentlər Zen adlı yadplanetli dünya ilə təmasın yaranmasına səbəb olmuş, alimlər bu dünyanın həyat formalarını və materiallarını məxfi şəkildə tədqiq etmişlər. Zendən gətirilmiş materiallar üzərində aparılan antimassa spektrometri təcrübəsi rezonans kaskadına yol açmış, bununla da yadplanetlilərin Yer planetinə hücum etməsinə şərait yaratmış və oyunlar silsiləsinin hadisələrinin əsas katalizatoruna çevrilmişdir.

Yaradılması

Seriyanın ssenari müəllifi Mark Leydlou ilkin mərhələdə Qara Meza üçün bir sıra potensial adlar nəzərdən keçirmiş, o cümlədən "Blek But Raket Bazası", "Diablo Düzənlikləri" və "Diablo Meza" variantlarını müzakirə etmişdir. "Half-Life 2: Raising the Bar" kitabında o, yekun seçim olaraq "Qara Mexa Tədqiqat Mərkəzi" adını seçməsindən məmnunluğunu ifadə etmiş və bunun "Blek But" variantından daha uyğun olduğunu bildirmişdir. Qara Mezanın elmi və qorxu elementləri qismən "Kənar hüdudlar" teleserialının "Sərhəd diyarı" adlı epizodundan ilhamlanmışdır. Həmin epizod maqnit sahələrini manipulyasiya edərək dördüncü ölçüyə daxil olmağa çalışan alimlər qrupuna həsr olunmuşdur.

Oyunçunu Qara Meza obyekti ilə tanış edən monorels səhnəsi ilkin olaraq texniki nümayiş məqsədi daşıyırdı. Leydlou qeyd etmişdir ki, proqramçı tərəfindən "func_tracktrain" adlı yeni oyun obyektinin — qatarların müxtəlif relslərə ayrılmasına, dönməsinə və geri qayıtmasına imkan verən mexanizmin tətbiqindən sonra bu nəqliyyat vasitəsini oyunun hekayəsinə daxil etmək qərarına gəlmişdir. Monorels marşrutu yükləmə ekranları olmadan altı ayrı xəritə faylından ibarətdir. Ardıcıl səviyyə keçidi təəssüratı yaratmaq üçün keçid zonaları kimi dəhlizlər əlavə edilmişdir.

Sınaq kamerasında baş verən fəlakət səhnələri tərtibatçılar Con Qatri və Kelli Beyli tərəfindən cəmi bir həftəsonu ərzində hazırlanmışdır. Onlar 48 saat fasiləsiz işləmiş, bu səhnəni yaratmış və nəticə etibarilə növbəti bazar ertəsi ofisdə çalışan hər kəsi gördükləri və oynadıqları zaman heyran etmişdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qara meza sözünün mənası, qara meza haqqında məlumat. qara meza nədir? qara meza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aristipp

  • Mart 06, 2026

    Rancagua

  • Fevral 27, 2026

    Koryaklar

  • Mart 06, 2026

    Bion (peyk)

  • Fevral 27, 2026

    Bərbət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst