Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elton Hüseynəliyev (tam adı: Elton Əşrəf oğlu Hüseynəliyev; 6 avqust 1983, Sumqayıt) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti, Gəncə D

Elton Hüseynəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Elton Hüseynəliyev

Elton Hüseynəliyev (tam adı: Elton Əşrəf oğlu Hüseynəliyev; 6 avqust 1983, Sumqayıt) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti, Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Televiziyasının solisti.

Elton Hüseynəliyev
Ümumi məlumatlar
Doğum tarixi 6 avqust 1983(1983-08-06) (42 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1997 – h.h.
Janr Pop musiqi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Mündəricat

Həyatı

Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.

1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb. Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub.

1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib.

2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.

2006-cı ildə azərbaycanlı prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var.

2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib.

2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının müşaiəti ilə solo konserti keçirilib. Layihənin bədii rəhbəri Teymur Əmrah olub.

22 may 2011-ci ildə Heydər Əliyev Sarayında "İstək" adlı ilk solo konserti keçirilib.

2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub.

O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. 2015-ci ildə YAP Gənclər Birliyinin IV Konfransında Rəyasət Heyətinin üzvü seçilib.

2013-cü ildə Heydər Əliyev Sarayında prodüseri Tarix Əliyevin təşkilatçılğı ilə xeyriyyə konserti keçirilib.

20 ildən çoxdur ki, Azərbaycanın dövlət tədbirlərində və Prezident seçkilərinə həsr olunmuş Bakıda ve digər bölgələrdə iştirak edir.

Kamera orkestrı ilə keçirilən konsertdə Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oktay Kazımi, Aygün Səmədzadənin əsərlərini ifa edib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti seçilib. Hal-hazırda Azərbaycan Dövlət Televizya ve Radio Verilişləri QSC-nin solistidir.

Mükafatları

22 may 1994-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Vətənimdir — Odlar Yurdu" uşaq özfəaliyyət yaradıcılığı və müsabiqənin qalibi — Sumqayıt şəhəri Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı "Səda" instrumental ansamblının solisti kimi diplomla təltif edilib.

2 fevral 2000-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayev tərəfindən "Gənclik-99" gənc müğənnilərin Respublika estrada-mahnı müsabiqəsinin final mərhələsində uğurlu çıxışına görə, Azərbaycan gənclər günü münasibətilə diplomla təltif edilib.

17 may 2018-ci ildə Azərbaycan Kikboksinq Federasiyası və şəxsən prezident Adil Əliyev tərəfindən kikboksinqin inkişafında göstərdiyi xidmətə görə fəxri diplomla təltif olunub.

3 iyul 2018-ci ildə Daxili işlər orqanları əməkdaşları arasında mədəniyyət və incəsənətin təbliğində xüsusi xidmətlərinə, Daxili İşlər Nazirliyinin təşkil etdiyi mədəni, bədii proqramlarda fəal iştirakına görə, habelə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən fəxri fərmanla təltif edilib.

16 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elton hüseynəliyev sözünün mənası, elton hüseynəliyev haqqında məlumat. elton hüseynəliyev nədir? elton hüseynəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kibdo

  • Fevral 27, 2026

    Tanqeranq

  • Mart 06, 2026

    Katrina Kaif

  • Mart 01, 2026

    Baidu

  • Fevral 27, 2026

    I İrakli

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst