Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsil artımı, fertillik, reproduktiv məhsuldarlıq və ya doğum qabiliyyəti (lat. fertilis — azərb. bərəkətli‎, azərb. çoxalan‎) – yeni nəsil (övlad) yarada bilmə

Nəsil artımı

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsil artımı

Nəsil artımı, fertillik, reproduktiv məhsuldarlıq və ya doğum qabiliyyəti (lat. fertilis — azərb. bərəkətli‎, azərb. çoxalan‎) – yeni nəsil (övlad) yarada bilmə qabiliyyəti. Ölçü vahidi kimi istifadə olunan "doğum əmsalı (nisbəti)" bir cütlüyün, fərdin və ya əhalinin nə qədər övlad dünyaya gətirə bildiyini göstərir. Doğum qabiliyyəti, potensial doğum mənasını verən fekunditedən fərqlidir. Bu anlayış "sonsuzluq" və "sterillik" (nəsilvermə qabiliyyətinin olmaması) anlayışlarının əksidir.

Dünya xəritəsi (2020-ci il məlumatlarına əsasən) — qadının ömrü boyu dünyaya gətirdiyi orta uşaqların sayına görə bölgü.  7-8 uşaq 6-7 uşaq 5-6 uşaq 4-5 uşaq 3-4 uşaq 2-3 uşaq 1-2 uşaq 0-1 uşaq

İnsanda doğum qabiliyyəti qidalanma, cinsi fəaliyyət, mədəniyyət, instinkt, endokrinologiya (daxili sekresiya vəzilərinin fəaliyyəti), zamana uyğunluq, iqtisadiyyat, həyat tərzi və emosional vəziyyət kimi amillərdən asılıdır.

Mündəricat

Fiziologiya

Fizioloji mənada nəsil artımı qadının və ya kişinin nəsil törətmə, yəni mayalanma (hamiləlik üçün konsepsiya) qabiliyyəti kimi başa düşülür.

Kişilərdə nəsil artımı

Kişilərdə nəsil artımı çox vaxt "sperma fertilliyi" anlayışı ilə əlaqələndirilir. Kişilərdə çoxalmaya bir çox amillər təsir göstərir:

  • siqaret çəkmə və alkoqol qəbulu;
  • anabolik steroidlər (xüsusilə endokrin vəzilər tərəfindən təbii formada istehsal olunan testosteron səviyyəsinə uyğun olmayan yüksək dozalarda);
  • xayalıq nahiyəsində temperaturun yüksəlməsi;
  • C vitamini və sink çatışmazlığı;
  • artıq çəki;
  • radiasiya və kimyəvi birləşmələrin təsiri;
  • sidik-cinsiyyət sistemi xəstəlikləri (prostatit, xlamidioz, zöhrəvi xəstəliklər), uşaqlıq infeksiyalarının fəsadları (sovqa – "svinka", qızılca, məxmərək), şəkərli diabet, viruslu hepatit;
  • həyat tərzi və fiziki aktivliyin xüsusiyyətləri;
  • antisperm anticisimlərin mövcudluğu;
  • oksidativ stress;
  • və s.

Qadınlarda nəsil artımı (fertillik)

Qadınlarda yüksək, normal və aşağı nəsil artımı səviyyələri fərqləndirilir. Qadın fertilliyi üç əsas faktordan asılıdır:

  1. uşağa qalmaq (mayalanma) qabiliyyəti,
  2. hamiləliyi daşımaq qabiliyyəti,
  3. doğmaq qabiliyyəti.

Əgər bu faktorlardan hər hansı biri mövcud deyilsə, qadının aşağı fertilliyə malik olduğu hesab edilir. Hər üç faktoru özündə birləşdirən qadın isə normal fertilliyə malik sayılır.

Qadın fertilliyi ovulyasiya ilə sıx əlaqədardır, çünki qadının mayalanma qabiliyyəti yetişmiş yumurtahüceyrənin mövcudluğu ilə müəyyən edilir. Hər menstrual dövr zamanı yetişmiş yumurtahüceyrə yumurtalıqdan çıxır (bu proses ovulyasiya adlanır). Əgər bu proses baş vermirsə, qadın fertil hesab olunmur.

Qeyd etmək lazımdır ki, ovulyasiya dövründə qadının fertilliyi maksimuma çatır, çünki bu zaman qadının cinsi yollarına daxil olan spermatozoidlərin yetişmiş yumurtahüceyrəyə çatması üçün məsafə qısalır.

Bəzi sonsuzluq səbəbləri, məsələn antisperm anticisimlərin mövcudluğu, qadının fertilliyini azalda bilər.

Yaş və fertilik

Son onilliklər ərzində əksər Qərb ölkələrində fertilik göstəriciləri azalmaqdadır. Bunun doğrudanmı sonsuzluğun artmasına ciddi təsir göstərdiyi isə tam olaraq aydın deyildir. Fertiliklə əlaqəli amillərə aşağıdakılar daxildir:

  • yaş,
  • cinsi yolla keçən xəstəliklərə məruz qalma,
  • cinsi əlaqənin tezliyi və vaxtı,
  • qidalanma və həyat tərzi xüsusiyyətləri.
Yaşın təsiri

Yaş qadın fertiliyinə özlüyündə ciddi təsir göstərir.

Qadında oositlərin (yumurta hüceyrələrinin) ümumi sayı yaşla birlikdə azalır, hətta ovulyator sikllər davam etsə belə.

37–38 yaşlarında follikulların itirilmə sürəti kəskin artır. Bu sürət o zaman yüksəlir ki, follikulların sayı təxminən 25 minə düşür. Bu sürətlənmiş azalma aşağıdakılarla əlaqələndirilir:

  • serumda follikulostimullaşdırıcı hormonun (FSH) cüzi artması,
  • inhibin B hormonunun azalması.

Qalan cinsi hüceyrələrin və follikulların funksional qabiliyyəti "ovarial rezerv" (yumurtalıq ehtiyatı) adlanır.

Ovarial rezervin azalmasına işarə edən kiçik dəyişikliklər belə, fertilik potensialının ciddi şəkildə azalması ilə nəticələnir, halbuki bu zaman klinik cəhətdən aşkarlanan əlamətlər və ya menstruasiya dövrünün ritmində nəzərəçarpan dəyişikliklər olmaya bilər.

Menopauza dövrü

Menopauza zamanı qadının yumurtalıqlarında minə yaxın və ya daha az follikul qalır.

Demoqrafiya

Demoqrafiyada bu termin çox zaman qadının reproduktiv qabiliyyəti, yəni uşaq doğma (nəsil artırma) bacarığı mənasında işlədilir. Bu xüsusiyyətin əhali miqyasında kəmiyyətcə ifadəsi üçün ümumi doğum əmsalı (ing. sumar total fertility rate) istifadə olunur.

ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, orta hesabla əhalinin təxminən 5 %-i sonsuzdur.

1930–1960-cı illərdə doğulmuş qadınlarda (rəsmi və ya kilsə nikahında) sonsuzluq səviyyəsi 4 %-i keçmirdi, lakin 1970-ci il təvəllüdlü qadınlarda bu göstərici artıq 6 %-ə yaxındır.

Rusiyada vəziyyət
  • 15–49 yaş arası 39,1 milyon reproduktiv yaşda olan qadının 6 milyonu sonsuzdur.
  • "Nezavisimaya qazeta"nın məlumatına görə, nikahda olan cütlüklərin təxminən 15 %-i uşaq sahibi ola bilmir.
  • Demoqraflara görə, heç vaxt uşaq doğmamış qadınların faizi 6–7 %, nikahda olan qadınlar arasında isə 3–5 % təşkil edir.

ÜST-ün fikrincə, 15 % sonsuz nikah səviyyəsi kritik həddir, ölkənin demoqrafiyasına təsir göstərən və dövlət üçün problem hesab edilir.

Sosioloq və iqtisadçıların proqnozlarına əsasən, yaxın illərdə Rusiyada övladı olmayan qadınların faizi hazırkı 8 %-dən artaraq orta Avropa səviyyəsi olan 15 %-ə çata bilər.

Reproduktiv yaş

Reproduktiv yaş (həmçinin uşaqdoğma yaşı və ya fertil yaşı da adlanır) — qadının hamilə qala, hamiləliyi davam etdirə və uşaq dünyaya gətirə bildiyi həyat dövrüdür.

Demoqrafiyada bu dövrün müddəti onun yaş hədləri ilə müəyyən edilir.

Qadınlar üçün reproduktiv yaş adətən 15–49 yaş arası hesab olunur (aşağı doğum səviyyəsinə malik ölkələrdə — 15–44 yaş).

Adətən reproduktiv yaşda olan qadınların payı əhali arasında kifayət qədər sabit olur və 25–30 % təşkil edir.

Əlavə ədəbiyyat siyahısı

  • Barrett RE, Bogue DJ, Anderton DL. The Population of the United States (3rd). 1997.
  • Bock J. "Introduction: evolutionary theory and the search for a unified theory of fertility". American Journal of Human Biology. 14 (2). mart 2002: 145–148. doi:10.1002/ajhb.10039. PMID 11891930.
  • Campagne DM. "Can Male Fertility Be Improved Prior to Assisted Reproduction through The Control of Uncommonly Considered Factors?". International Journal of Fertility & Sterility. 6 (4). yanvar 2013: 214–223. PMC 3850314. PMID 24520443.
  • Chavarro J. The Fertility Diet: Groundbreaking Research Reveals Natural Ways to Boost Ovulation and Improve Your Chances of Getting Pregnant. McGraw-Hill Professional. 2009. ISBN 978-0-07-162710-8.
  • Coale AJ, Watkin SC, redaktorlar The Decline of Fertility in Europe. 1986.
  • Ehrhardt J, Kohli M, redaktorlar "Special issue: Fertility in the History of the 20th Century: Trends, Theories, Policies, Discourses". Historical Social Research. 36 (2). 2011. 27 may 2013 tarixində .
  • Eversley DE. Social Theories of Fertility and the Malthusian Debate. 1959. 13 avqust 2009 tarixində . İstifadə tarixi: 27 avqust 2017.
  • Garrett E, Reid A, Schürer K, Szreter S. Changing family size in England and Wales: Place, class and demography, 1891–1911. Cambridge University Press. iyul 2001. 15 dekabr 2010 tarixində . İstifadə tarixi: 27 avqust 2017.
  • Grabill WH, Kiser CV, Whelpton PK. The Fertility of American Women. 1958. 13 avqust 2009 tarixində . İstifadə tarixi: 27 avqust 2017.
  • Guzmán J, Singh S, Rodríguez G, Pantelides E. The fertility transition in Latin America. International Union for the Scientific Study of Population. 1996. 13 avqust 2009 tarixində . İstifadə tarixi: 27 avqust 2017.
  • Haines MR, Steckel RH, redaktorlar A Population History of North America. Cambridge University Press. 2000.
  • Hawes JM, Nybakken EI, redaktorlar American Families: a Research Guide and Historical Handbook. Greenwood Press. 1991.
  • Klein HS. A Population History of the United States. Cambridge University Press. 2004.
  • Knox PL, Bartels EH, Bohland JR, Holcomb B, Johnston RJ. The United States: A Contemporary Human Geography. Longman UK/Wiley USA. 2001.
  • Kohler HP. Fertility and Social Interaction: An Economic Perspective. 2001. 13 avqust 2009 tarixində .
  • Jones C. "Ethical and legal conundrums of postmodern procreation". International Journal of Gynaecology and Obstetrics. 100 (3). mart 2008: 208–210. doi:10.1016/j.ijgo.2007.09.031. PMID 18062970.
  • Leete R. Dynamics of Values in Fertility Change. 1999. 13 avqust 2009 tarixində .
  • Lovett LL. Conceiving the Future: Pronatalism, Reproduction, and the Family in the United States, 1890–1938. 2007.
  • Mintz S, Kellogg S. Domestic Revolutions: a Social History of American Family Life. 1988.
  • Pampel FC, Peters HE. "The Easterlin effect". Annual Review of Sociology. 21. 1995: 163–194. doi:10.1146/annurev.so.21.080195.001115. PMID 12291060.
  • Population Handbook (5th). Population Reference Bureau. 2004. 4 iyun 2009 tarixində .
  • Reed J. From Private Vice to Public Virtue: The Birth Control Movement and American Society Since 1830. 1978.
  • Tarver JD. The Demography of Africa. 1996. 13 avqust 2009 tarixində .
  • Weeks JR. Population: An Introduction to Concepts and Issues (10th). 2007.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsil artımı haqqında məlumat. Nəsil artımı nədir? Nəsil artımı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Əqidə

  • Fevral 10, 2026

    Latviya

  • Fevral 25, 2026

    Aron Tamaşi

  • Fevral 23, 2026

    Hindular

  • Fevral 25, 2026

    Proqramlaşdırma dilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst