Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

C vitamini (elmi adı: askorbin turşusu, və ya askorbat) orqanizm üçün əvəzolunmaz həyati əhəmiyyətli vitamin olub, suda həll olan antioksidant xüsusiyyətə malik

C vitamini

  • Ana Səhifə
  • Vikipediya
  • C vitamini

C vitamini (elmi adı: askorbin turşusu, və ya askorbat) orqanizm üçün əvəzolunmaz həyati əhəmiyyətli vitamin olub, suda həll olan antioksidant xüsusiyyətə malikdir. İnsan orqanizmi onu sintez edə bilmədiyindən qida vasitəsilə qəbul edilməsi vacibdir. Əsas təbii mənbələri sitrus meyvələri (limon, portağal, qreypfrut), çiyələk, kivi, yaşıl bibər, kartof, pomidor, kələm və digər meyvə-tərəvəzlərdir. Tibbi təcrübədə C vitamini sinqa xəstəliyinin profilaktika və müalicəsində, immunitetin gücləndirilməsində, soyuqdəymə və qrip zamanı istifadə olunur. Həmçinin kollagen sintezində, dəmir sorulmasında və toxumaların bərpasında mühüm rol oynayır. Farmaseptik preparatlar şəklində həb, kapsul, şərbət və inyeksiya formasında buraxılır. Böyüklər üçün gündəlik tövsiyə olunan doza 65-90 mq təşkil edir. C vitamini çatışmazlığı yorğunluq, zəiflik, diş ətlərinin qanaması və yara sağalmasının ləngiməsi kimi əlamətlərlə özünü göstərir. Artıq dozada qəbulu mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər. Preparatın təyini həkim nəzarəti altında aparılmalıdır.

XVIII əsrin ortalarına qədər skorbut (sinqa) xəstəliyi dənizçilər arasında əsas ölüm səbəblərindən biri idi. Britaniya Donanmasında bu xəstəlikdən həyatını itirən dənizçilərin sayı döyüşlərdə həlak olanlardan daha çox olmuşdur. Bu dövrdə dənizçilər uzun səyahətlər zamanı təzə meyvə və tərəvəz əldə edə bilmədikləri üçün xəstəliyə tutulurdular.

Askorbin turşusu
Ümumi xassələri
Molekulyar düsturu C6H8O6
SMİLES OC[CH](O)[CH]1OC(=O)C(=C1O)O
Fiziki xüsusiyyətləri
Molyar kütləsi 176,12 q/mol
Termiki xüsusiyyətləri
Ərimə nöqtəsi 190–192 °C
Kimyəvi xüsusiyyətləri
pKa (turşunun dissosiasiya sabiti) 4,10
Suda həllolması 33 q/100 ml
Etanolda həllolması 2 q/100 ml

Xüsusiyyətləri

Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan ağ kristal tozdur. Alkoqolda və suda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).

Gündəlik tələbat

Cins Yaş C vitaminin gündəlik norması (mq)
Körpələrdə 6 ayadək 40
Körpələrdə 7–12 ay 50
Uşaqlarda 1–3 il 40
Uşaqlarda 4–8 yaş 45
Uşaqlarda 9–13 yaş 50
Qızlarda 14–18 yaş 65
Oğlanlarda 14–18 yaş 75
Kişilərdə 19 yaş və daha çox 90
Qadınlarda 19 yaş və daha çox 75

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, C vitamini haqqında məlumat. C vitamini nədir? C vitamini nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Tərtər rayonu

  • Fevral 23, 2026

    Zərifə Əliyeva

  • Fevral 23, 2026

    ISESCO

  • Fevral 23, 2026

    Genetika

  • Fevral 24, 2026

    Assembler

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst