Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972).
| Qurban Sultanov | |
|---|---|
| |
| 13 noyabr 1969 – 12 may 1972 | |
| Əvvəlki | Məmmədəli Abbasov |
| Sonrakı | Vasili Pyatibrat |
| 4 iyun 1966 – 12 dekabr 1969 | |
| Əvvəlki | idarə yaradılıb |
| Sonrakı | Nəriman İsayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 22 mart 1919 |
| Doğum yeri | |
| Vəfat tarixi | 30 sentyabr 1999 (80 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir.
Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır.
1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Sultanov Böyük Vətən müharibəsi illərində "Qırmızı ulduz", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla, 1966-cı ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1964-cü ildə ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (7–8-ci çağırış) seçilmişdir.
Qurban Sultanov 30 sentyabr 1999-cu ildə vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ailəsi
Qurban Sultanov III dərəcəli dövlət ədliyyə müşaviri Ələddin Sultanovun qardaşı, 1-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri Hidayət Sultanovun atası, ictimai-siyasi xadim Yaşar Əliyevin qayınatası, Ombudsman Səbinə Əliyevanın babasıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qurban sultanov sözünün mənası, qurban sultanov haqqında məlumat. qurban sultanov nədir? qurban sultanov nə deməkdir?
