Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səbinə Yaşar qızı Əliyeva (7 may 1980, Bakı) — Azərbaycan hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Om

Səbinə Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Səbinə Əliyeva

Səbinə Yaşar qızı Əliyeva (7 may 1980, Bakı) — Azərbaycan hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (2019-cu ildən), Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü.

Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)
Vəzifədədir
30 noyabr 2019-cu ildən
    Prezidentİlham Əliyev
    ƏvvəlkiElmira Süleymanova
    Şəxsi məlumatlar
    Doğum tarixi 7 may 1980(1980-05-07) (45 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
    Fəaliyyəti hüquqşünas, şair
    Atası Yaşar Əliyev
    Anası Rəna Əliyeva
    Həyat yoldaşı
    • Siyavuş Novruzov
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • hüquq elmləri üzrə fəlsəfə doktoru (2016)

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024 "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 20202020 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 20132013 "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 20222022 "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı — 20222022 "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalı — 20232023 "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — 20232023 "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

    Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

    29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdir.

    Səbinə Əliyeva bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının "Söz və toplaşmaq azadlığı" mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında "Hüquqi transformasiya naminə hüquqi dialoq" adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində "Liderlik və strateji idarəçilik bacarıqları" adlı seminarda iştirak etmişdir.

    Rus və ingilis dillərini bilir. Bitərəfdir. 27 iyun 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı medalı ilə, 29 dekabr 2020-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, eləcə də bir neçə yubiley medalı ilə təltif edilmişdir.

    Deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övladı var.

    Karantində toy qalmaqalı

    2020-ci ildə Azərbaycanda koronavirusla əlaqədar xüsusi karantin rejimi qaydaları gərəyincə toyların da qadağan edilməsinə baxmayaraq ombudsman Səbinə Əliyeva və əri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Veteranlar Şurasının üzvü, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi tənqidlərə və müzakirələrə səbəb olub. Ardınca Əliyeva və digər bütün toy iştirakçıları bu səbəbdən cərimə edilib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səbinə Əliyeva haqqında məlumat. Səbinə Əliyeva nədir? Səbinə Əliyeva nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Hacıbaba Əskərov

    • Fevral 27, 2026

      Tətbiqi proqramlar

    • Fevral 28, 2026

      Running Scared

    • Fevral 27, 2026

      Teodor Mayman

    • Mart 01, 2026

      Cozef

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst