Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bu səhifə Azərbaycanca Vikipediyanın inzibatçıları (yaxud administratorlar və ya sisoplar (ing. sysop)) haqqında məlumat ehtiva edir. Nəzərə alın ki, hüququn tə

İdarəçilər

Qısa keçid yönləndirmə
  • VP:İ
  • VP:ADMİN

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 22 fevral – 9 mart 2025
  • Qüvvədədir: 9 mart 2025-ci ildən
Vikipediyanın inzibatçı alətləri tez-tez bir süpürgəyə bənzədilir və bu da inzibatçılığın bəzən "süpürmək" kimi təsvir olunmasına səbəb olur. Real dünyadakı bir süpürgəçidə işlədiyi yerin hər otağının açarı ola biləcəyi kimi, inzibatçıların da müəyyən bir rola görə icazələri var. Ancaq digər istifadəçilərdən daha önəmli bir istifadəçi deyillər.

Bu səhifə Azərbaycanca Vikipediyanın inzibatçıları (yaxud administratorlar və ya sisoplar (ing. sysop)) haqqında məlumat ehtiva edir. Nəzərə alın ki, hüququn təfərrüatları və inzibatçıların təyin olunma üsulları digər Vikimedia saytlarından fərqlənə bilər.

İnzibatçıların köməyinə ehtiyacınız varsa, zəhmət olmasa, inzibatçılara müraciət səhifəsinə yazın.

Hal-hazırda Azərbaycanca Vikipediyada 12 inzibatçı var.

İnzibatçı kimdir?

Texniki

İnzibatçılar Vikipediyada aşağıdakı texniki imkanlara malik olan istifadəçilərdir:

  • Səhifələri və yüklənmiş faylları və onların redaktə versiyalarını patrullamaq, silmək, bərpa etmək, silinmiş redaktə versiyalarına baxmaq və adlarını dəyişmək;
  • səhifələri mühafizə etmək, mühafizəni kənarlaşdırmaq və mühafizə olunan səhifələrdə redaktə etmək;
  • faylları yükləmək, adını dəyişmək və yeni versiyasını yükləmək;
  • istifadəçiləri, fərdi IP ünvanlarını və IP diapazonlarını bloklamaq və blokdan çıxarmaq. Bu əməliyyatlardan və sürət məhdudiyyətlərindən təsirlənməmək;
  • bəzi interfeys səhifələrini redaktə etmək (həmçinin bax: Vikipediya:İnterfeys inzibatçıları#Texniki_icazələr);
  • istifadəçi qruplarını əlavə etmək və silmək;
  • xüsusi jurnal qeydlərini və səhifələrdəki düzəlişlərin versiyalarını silmək və bərpa etmək;
  • səhifələrin tarixçəsini birləşdirmək;
  • sui-istifadə filtirlərini dəyişmək və məxfi kimi işarələnmiş filtirlərə baxmaq;
  • səhifələri köçürərkən mənbə səhifələrdən yönləndirmə yaratmaq;
  • birdən çox istifadəçiyə mesaj göndərmək (massmessage);
  • API sorğularında daha yüksək limitlərdən istifadə etmək;
  • redaktə teqləri yaratmaq, deaktiv etmək və silmək;
  • CAPTCHA tələb edən fəaliyyətlərdən yan keçmək;
  • digər vikilayihələrdən səhifələr idxal etmək;
  • yeni istifadəçi hesabları yaratmaq;
  • istifadəçinin mentorunu təyin etmək.

Bunlar hamısı birlikdə inzibatçı alətləri kimi bilinir. Daha geniş məlumat üçün bax: Xüsusi:QrupHüquqlarıSiyahısı#inzibatçı

İcmadakı rolu

İnzibatçılar Azərbaycanca Vikipediya icması tərəfindən səsvermə yolu ilə seçilərək əlavə texniki işləri öz üzərinə götürmüş və idarəetmə alətləri həvalə edilmiş təcrübəli və etibarlı istifadəçilərdir. Hər inzibatçının müxtəlif maraq və təcrübə sahələri var, lakin tipik admin fəaliyyətlərinə aid olan silmə müraciətlərinə baxılması və müraciətin bağlanması, müəllif hüquqları pozuntularının silinməsi, lazım olduqda faylların və səhifələrin bərpa edilməsi, Vikipediyanı vandalizmdən qorumaq, şablonlar və digər mühafizə edilən səhifələr üzərində işləmək daxildir. Təbii ki, bu tapşırıqların bəzilərini inzibatçı olmayanlar da edə bilər.

İnzibatçılardan layihənin məqsədlərini başa düşmələri və bu məqsədlər üçün başqaları ilə konstruktiv işləməyə hazır olmaları gözlənilir. İnzibatçılar həmçinin Vikipediyanın qaydalarını anlamalı və onlara əməl etməlidirlər. Habelə lazım olduqda icma konsensusuna hörmət etməlidirlər.

İnzibatçı alətlərinin tətbiq edilməsi xaricində inzibatçıların xüsusi bir redaktor hüquqları yoxdur. Müzakirələrdə və səsvermələrdə rolları digər istifadəçilərlə eynidir.

İnzibatçılıq üçün müraciət

İnzibatçı olmaq istəyən istifadəçi əgər namizədlik şərtlərini ödəyirsə, Vikipediya:İnzibati namizədliklər və səsvermələr səhifəsində müvafiq olaraq namizədliyini irəli sürə bilər.

İnzibatçı hüquqlarının verilməsi və geri alınması

İnzibatçıların fəaliyyəti

İnzibatçıların siyahısı

Hazırkı inzibatçılar

İstifadəçi adı İnzibatçılığa başlama tarixi İcraçı bürokrat
Sortilegus (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)26 iyul 2008Mehrdad
Wertuose (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)22 sentyabr 2009Sortilegus
Araz Yaquboglu (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)23 sentyabr 2013Sortilegus
White Demon (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)25 noyabr 2015Sortilegus
Nicat49 (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)16 mart 2017Sortilegus
Turkmen (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)5 aprel 2018Sortilegus
Toghrul R (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)16 mart 2019Eldarado
Atakhanli (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)14 may 2023Turkmen
Nemoralis (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)25 avqust 2023Turkmen
Sura Shukurlu (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)14 mart 2024Turkmen
Qədir (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)18 may 2024Turkmen
ChanisCaucasi (müzakirə  töhfələr  e-poçt göndər  bloklamalar  silmələr  mühafizə  addəyişmələr  hüquq dəyişiklikləri  statistikalar)3 dekabr 2025Turkmen

Keçmiş inzibatçılar

Qrafik

Qeydlər

  1. 2022-ci ilin may ayında icma qərarı nəticəsində "idarəçi" adı həmin vaxtdan bəri istifadə olunan "inzibatçı" ilə dəyişdirilmişdir.
  2. Sözün açılışı "sistem operator"udur (ing. system operator).
  3. Daha əvvəl 1 iyul 2019-cu ildən 2 oktyabr 2021-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
  4. Daha əvvəl 5 yanvar 2022-ci ildən 22 oktyabr 2022-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
  5. Daha əvvəl 6 iyul 2021-ci ildən 30 yanvar 2025-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
  6. Səsvermə nəticələrinin səhv hesablanması nəticəsində istifadəçiyə inzibatçı hüquqları verilmiş və bu tarixlər arasında istifadəçi bu hüquqları daşımışdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇darəçilər sözünün mənası, i̇darəçilər haqqında məlumat. i̇darəçilər nədir? i̇darəçilər nə deməkdir?

Üst