Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bioakustika (lat. βίος — həyat, ἀκουστικός — eşitmə) — heyvanların səs siqnalları ilə əlaqəsini öyrənən biologiya sahəsidir. Bioakustikanın oblastı canlılar alə

Bioakustika

  • Ana Səhifə
  • Vikipediya
  • Bioakustika

Bioakustika (lat. βίος — həyat, ἀκουστικός — eşitmə) — heyvanların səs siqnalları ilə əlaqəsini öyrənən biologiya sahəsidir. Bioakustikanın oblastı canlılar aləmində məlumatın ötürülməsində səsin bir vasitə kimi rolunun öyrənilməsində, təbiətdə mövcud olan canlılar arasında sağlam ünsiyyətin bütün mümkün üsullarının, onların səsin yaranma və qavrama mexanizmlərinin və eləcə də canlı bioakustik sistemlərdə ötürülən məlumatın kodlaşdırılması və dekodlaşdırılması prinsiplərinin öyrənilməsinə söykənir. Bioakustika-zooloqlar, mühəndis-akustiklər, fizioloqlar, psixoloqlar, dilçilər, riyaziyyatçılar, dizayn mühəndisləri, bioniklər və həmçinin digər sahələrin mütəxxəsislərini cəlb etməkdədir.

Tarixi

Bioakustikanın bir sahə kimi təsdiqi 1956-cı ildə ABŞ-ın Pensilvaniya ştatında keçirilən Bioakustika konqresində verilmişdir. 1974 və 1978-ci illərdə Leninqradda (indiki Sankt Peterburq) insan səsinin emosional və ifadəli xüsusiyyətləri bioakustikasına həsr edilmiş iki ilk ümümittifaq simpoziumu keçirildi. SSRİ-də bioakustika üzrə nəhəng elmi mərkəzlər SSRİ Elmlər Akademiyası A.N.Seversov adına təkamül morfologiyası və heyvanların ekologiyası institunda, Moskvada SSRİ Elmlər Akademiyası N.İ.Andreyev adına Akustika institutunda, Leninqradda yerləşən SSSR Elmlər Akademiyası İ.M.Seçenov adına təkamül fiziologiyası və biokimyası institutu və İ.P.Pavlov adına fiziologiya institutunda, Moskva Dövlət Universitetində və Leninqrad Universitetinin SSRİ Elmlər Akademiyası Cənub Dənizləri Biologiya institutunun Qaradağ Bioloji stansiyasında yerləşirdi. Həmçinin yeni elmi mərkəzləri ABŞ, İngiltərə, Yaponiya, Fransa və Almaniyada da mövcuddur .

Ədəbiyyat

  • R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bioakustika sözünün mənası, bioakustika haqqında məlumat. bioakustika nədir? bioakustika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sultan Əbdüləziz

  • Fevral 27, 2026

    Sanqalan (kənd)

  • Fevral 26, 2026

    Avraam Linkoln

  • Mart 06, 2026

    Yava bəbiri

  • Mart 01, 2026

    Rafiz İsmayılov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst