Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Babək Mürsəl oğlu Ələkbərov (24 dekabr 1987, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Respublikası Dövlət Sərhə

Babək Ələkbərov

  • Ana Səhifə
  • Vikipediya
  • Babək Ələkbərov

Babək Mürsəl oğlu Ələkbərov (24 dekabr 1987, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı (2023-cü ildən), Vətən Müharibəsi Qəhrəmanı (2020).

Babək Ələkbərov
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı
Vəzifədədir
22 iyun 2023-cü ildən
    ƏvvəlkiRəsul Tağıyev
    Şəxsi məlumatlar
    Doğum tarixi 24 dekabr 1987(1987-12-24) (38 yaş)
    Doğum yeri
    • Ceyranbatan, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ
    Hərbi xidmət
    Xidmət illəri 2006–h. h.
    Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
    Qoşun növü Çevik Hərəkət Qüvvələri
    Döyüşlər İkinci Qarabağ müharibəsi
     • Arazboyu əməliyyatları
    Rütbəsi
    General-mayor

    Təltifləri
    Vətən Müharibəsi Qəhrəmanı — 20202020
    "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı — 20182018 "İgidliyə görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı — 20202020 "Zəngilanın azad olunmasına görə" medalı — 20202020 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır.

    Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub.

    Ailəlidir, 3 övladı var.

    Hərbi xidməti

    Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

    Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

    İrsi və xatirəsi

    • 2023-cü il martın 15-də İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Babək Ələkbərova həsr edilmişdir.

    Həmçinin bax

    • Vətən Müharibəsi
    • "Vətən Müharibəsi Qəhrəmanı" medalı
    • Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, babək ələkbərov sözünün mənası, babək ələkbərov haqqında məlumat. babək ələkbərov nədir? babək ələkbərov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 28, 2026

      Şatıroba

    • Fevral 27, 2026

      Antalya

    • Mart 01, 2026

      Hans Memlinq

    • Fevral 27, 2026

      The Fool

    • Fevral 27, 2026

      Ontario gölü

    Trend Mahnılar
    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst