Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlibəy İsmayıl oğlu Qayıbov — Azərbaycan səhiyyəsinin təşkilatçılarından, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Naxçıvan MSSR Səhiyyə Nazirliyin

Əlibəy Qayıbov

  • Ana Səhifə
  • Vikipediya
  • Əlibəy Qayıbov

Əlibəy İsmayıl oğlu Qayıbov — Azərbaycan səhiyyəsinin təşkilatçılarından, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Naxçıvan MSSR Səhiyyə Nazirliyinin baş cərrahı, Ali Sovetinin deputatı.

Əlibəy Qayıbov
Əlibəy İsmayıl oğlu Qayıbov
Doğum tarixi 1889(1889)
Doğum yeri Qazax qəzası, Yelizavetpol Quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1960(1960) (70–71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Təhsili
  • Xarkov Universiteti (–1916)
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

Həyatı

Əlibəy Qazaxın məşhur Qayıboğulları (Qayıbovlar, Qayıbzadələr) nəslindən idi. Bu nəsildən olan ziyalılar, alimənsəb ruhanilər, maraqlı peşə sahibləri, hərbçilər, elm adamları Azərbaycanın ictimai, elmi və mədəni həyatında dərin iz buraxmışlar. Əlibəy Qayıbovun babası Molla Yusifin oğullarından Molla Həsən 1874-cü ildən Qazax qəzası üzrə Salahlı nahiyəsinin ruhani mollası idi. Oğlu - praporşik İsmayıl ağa Qayıbov 1880-cı illərdə bir müddət Salahlı nahiyəsi üzrə polis rəisi işləmişdir.

Təhsili

İsmayıl ağanın oğlu Əlibəy Qayıbov (1889–1960) da Xarkov Universitetinin məzunu. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunun materialları içərisində Əlibəy Qayıbova 1916-cı ildə verilən 756 saylı şəhadətnaməyə əsasən, o, həmin il avqust ayının 11-də Xarkov Universitetinin tibb fakültəsinin tam kursunu bitirmişdir. Bu sənədlə ona, Rusiya imperiyasının bütün ərazisində öz ixtisasına uyğun olaraq işləmək hüququ verilirdi. Lakin şəhadətnamədə onun neçənci ildə Universitetə daxil olması qeyd edilməmişdir. O dövrdə Universitetin tibb fakültəsində təhsilin 6 illik olması nəzərə alınsa, Ə.Qayıbovun 1909-cu ildə ali məktəbə daxil olmasını söyləmək mümkündür.

Elmi fəaliyyəti

Əlibəy Qayıbov (1889–1960) da Xarkov Universitetinin məzunu, Azərbaycanın əməkdar həkimi idi. Bakıda 4 saylı xəstəxanada cərrah işləyirdi, ömrünün sonlarında Naxıçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdu Ə.Qayıbov Universiteti tam təhsilli başa vurduqdan sonra Bakıya qayıtmış, öz peşəsinə uyğun müxtəlif xəstəxanalarda çalışmışdır. Qayıbov Əlibəy İsmayıl oğluna aid muzeydə saxlanılan xidməti xasiyyətnamədə yazılırdı: “Həkim Qayıbov Əlibəy İsmayıl oğlu 1916-cı ildə Xarkov Universitetini bitirmişdir. Doktor Ə.İ.Qayıbov 1960-cı ildən bu günə qədər respublikanın baş cərrahı olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Səhiyyə Nazirliyi sistemində fasiləsiz çalışır. Ə.İ.Qayıbov intizamlı bir işçidir, Naxçıvan MSSR Səhiyyə Nazirliyinin ona həvalə etdiyi bütün tapşırıqlar və göstərişlər vaxtında və dəqiq şəkildə yerinə yetirilir. Rəsmi vəzifələrinin icrasına vicdanla yanaşır. O, respublika əhalisinə etibarlı şəkildə ixtisaslı cərrah kimi yardım göstərir. O, həm tibb işçiləri arasında, həm də əhali arasında böyük nüfuza və hörmətə malikdir. Azərbaycan SSR-nin əməkdar həkimidir. Tibb elmləri namizədi və Azərbaycan Tibb Cəmiyyətinin Naxçıvan bölməsinin sədridir. 1959-cu ildə respublika əhalisi Ə.İ.Qayıbova böyük etimad göstərərək onu Naxçıvan MSSR Ali Sovetinin deputatı seçdilər. Əlibəy Qayıbov Böyük Vətən müharibəsi illərində həkim kimi minlərlə döyüşçüyə yeni həyat bəxş etmişdir. Müharibə illərində Ə.Qayıbovun evakuasiya hospitallarında fədakarlığı layiqincə qiymətləndirilmiş və o, müxtəlif orden və medallarla təltif edilmişdir. Ə.Qayıbovun elmi fəaliyyəti ilə bağlı 1952-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün yazdığı "Efir yağı iynələri vurmaqla öd kisəsi daşlarının əridilməsi məsələsinə dair" dissertasiya işini müdafiə etmişdir. Əlibəy Qayıbov elmi fəaliyyətini daha da təkmilləşdirmək üçün keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda iştirak etmişdir. O, 1955-ci ildə Moskvada keçirilmiş cərrahlar qurultayının iştirakçısı olmuşdur. Əlibəy Qayıbovun əməyini yüksək qiymətləndirən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1956-cı ildə ona Əməkdar həkim adı verilmişdir Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fondunda digər bir sənəddə - Naxçıvan MSSR Ali Sovetinin deputatı Əlibəy Qayıbova Naxçıvan rayonu kolxozçuları adından Mustafa Quliyevin 3 dekabr 1959-cu ildə yazdığı məktubda “pambıq tədarükü üzrə planın yerinə yetirilməsi barəsində məlumat verilir və mal-qara üçün zənginləşdirilmiş yemin qıtlığından bəhs edərək” yem tədarükündə onlara köməklik göstərilməsi xahiş edilir. Ə.Qayıbov daimi xalqın sağlamlığının keşiyində fədakarlıqla durmaqla yanaşı, bir deputat kimi ictimai işdə də böyük fəallıq göstərmişdi.Yasamal qəbristanlığında dəfn edilmişdir. Həmçinin oğlu Vəlibəy Qayıbov (1922-1947) və bacısı Gümüş Qayıbova (1903- 1948) Yasamal qəbristanlığında dəfn edilmişdir.

Təltifləri

  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə".
  • 1944-cü il mayın 1-də “Qafqazın qəhrəmanlıqla müdafiəsində iştirakına görə”.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əlibəy qayıbov sözünün mənası, əlibəy qayıbov haqqında məlumat. əlibəy qayıbov nədir? əlibəy qayıbov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Futurologiya

  • Fevral 27, 2026

    Camphora philippinensis

  • Fevral 27, 2026

    Ümid Özdağ

  • Fevral 27, 2026

    Ağasəlim Abdullayev

  • Fevral 27, 2026

    Artsak

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst