Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sayman Aruz (21 mart 1977, Nəqədə, Qərbi Azərbaycan ostanı) — şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yaz

Sayman Aruz

  • Ana Səhifə
  • Vikipediya
  • Sayman Aruz

Sayman Aruz (21 mart 1977, Nəqədə, Qərbi Azərbaycan ostanı) — şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri

Sayman Aruz
Doğum adı Saman Həsənzadə
Doğum tarixi 21 mart 1977(1977-03-21) (48 yaş)
Doğum yeri
  • Nəqədə, Mərkəz bəxşi[d], Nəqədə şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Təhsili
  • Təbriz Universiteti,
  • BDU Filologiya fakültəsi
Fəaliyyəti şair, yazıçı

Mündəricat

Həyatı

Sayman Aruz (Saman Həsənzadə) 21 mart 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub.

Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitiribdir.

Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşğul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur.

2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", "Dənizləri yelləndirən faciə" adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır. Yaxın vaxtlarda çap edilməsi planlaşdırılır.

2009–2011 DAƏŞ-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin məsul işçisi. Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ) təsisçisi və rəhbəridir. İndiyə kimi Cənubi Azərbaycanın müasir şairlərinin DAYAQ adına 30 kitabı nəşr olunmuşdur. Eləcə də dünyada yaşayan soydaşlarımızın ədəbi yaradıcılığını əks etdirən qurumun elektron səhifəsi (litdiaspora.az) yaradılmışdır. Hazırda Bakıda yaşayır. 2011-hal hazira kimi Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Komissiyasının sədridir və Azərbaycan Yazıçılar Birliyi sədrin müşaviri vəzifəsində çalışır.

2013-dən hal-hazıra kimi AzTV-nin Mədəniyyət kanalında yayımlanan "Məclisi üns" verilişinin daimi üzv-iştirakçısı, AzTV Mədəniyyət kanalında dünya azərbaycanlılarının mədəniyyət platforması olan "Körpü" verilişinin ideya müəllifi və aparıcısı,

2019-cu ildə AzTV-nin Mədəniyyət kanalında yayımlanan "Nəsimi 650" verilişinin ideya müəllifi və aparıcısı olmuş, Türkmən Yazarlar Birliyinin Azərbaycan üzrə təmsilçisidir.

Avrasiya Kültür Sənət, Elm və Ədəbiyyat federasiyasının (ASKEF) Azərbaycan üzrə başqanıdır

2019-cu ildə TÜRKSOY tərəfindən "Nəsimi 650" medalı ilə təltif

Azərbaycan və Türkiyənin İspaniyadaki səfirtliyi və Yunus İmrə İstitutunun İspaniyadaki nümayəndəliyi tərəfindən ilin Nəsimi təqdiqatçısı seçilmişdir.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünyadaki təbliğinə görə Azərbaycan Yazıçılar Birliyinin fəxri fərmanı, AMEA-nin Ədəbiyyat İnsititutunun II beynalxalq Nəsimi festivalında elmi məqalə müəllifi və mühazirəçi kimi iştirakına görə Fəxri fərmana layiq görülmüşdür. 200-dən artıq müxtəlif qurum və təşkilatlar terefindən fəxri fərmana layiq görülübdür.

Çap edilmiş bədii əsərləri

1. Süküt kimi sakit (şeir toplusu-qadağan edilmişdir)-Təbriz, "Əxtər" nəşriyyatı, 1999-cu il

2. Barış xətabaləri (şeir toplusu-qadağan edilmişdir)- Təbriz, "Əxtər" nəşriyyatı, 2001-ci il.

3. Bahar gəlmədi (şeir toplusu)- Bakı "Qanun" nəşriyyatı, 2009

4. Paltarlarım adamsızdır (şeir toplusu)-2010, Bakı "Qanun" nəşriyyatı

5. "A" hərfinə uduzmaq (şeir toplusu)-2016, Tehran, "Yaşmaq" nəşriyyatı

6. Yüz il inqilab (Roman)-2013, Bakı "Qanun" nəşriyyatı

7. Bizi öldürməyə gəlirlər (Roman)-2016. Bakı "Yek" nəşriyyatı

8. Nəsimi mənzum dramı-2018, Bakı "Elm və Təhsil" nəşriyyatı, 2019

9. Dənizləri Yelləndirən faciə (şeir toplusu)-Təbriz, "Şani" nəşriyyatı, 2018

10. Bir xalqın manifesti (Roman)-Bakı

Elmi əsərlər:

1 — Praktik irfan nəzəriyyəsi- Tehran, "Çeşmə" nəşriyyatı, 2020

2 — Xaqani Şirvanının "Şiniyyə" qəsidəsinin şərhi-Təbriz "Şani" nəşriyyatı, 2017

Transliterasiya etdiyi əsərlər:

1 — Vətən Dili (Qori müəllimlər seminariyasının birinci-dördüncü siniflərə hazırladığı dərslik). ADA Universitetinin sifarişi ilə hazırlanmışdır. Bakı "Çaşıoğlu" nəşriyyatı, 2021

Redaktə etdiyi və çapa hazırladığı əsərlər:

1 — Sarı saatlar dənizində-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı, 2010

2 — Mən Çin məhəllələrində itmişəm-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı, 2010

3 — Su pıçıldısı-(şeir toplusu)- Bakı "Qanun" nəşriyyatı, 2009

4 — Əlimdə əlli barmaq-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı, 2010

5 — Ayrılıq durağı-(şeir toplusu). Bakı "Qanun" nəşriyyatı,2010

6 — Arazdan Əruza-(Cənubi Azərbaycan şeir antologiyası)- Təbriz, "Şani" nəşriyyatı, 2017

7 — Adın Azadlıqdır- (Cənubi Azərbaycan şeir antologiyası)-"XAN" nəşriyyatı, Bakı 2017

8 — Zibil dolunda ziyafət-(şeir toplusu)- Bakı "Qanun" nəşriyyatı, 2014

Tərcümələri

1-Xaqani Şirvaninin "Şiniyyə" qəsidəsinin tərcüməsi və şərhi 2-Mövlanə Cəlaləddinin "Məsnəvi" əsərinin 2 dəftərini originaldan Azərbaycan dilinə tərcüməsi 3-Nurəngiz Günün şeirlərinin farscaya tərcüməsi

Mükafatları

  1. Ziyadar Mükafatı.
  2. 2018-ci ildə İmaddədin Nəsimi ilə bağlı TÜRKSOYun "Nəsimi 650" medalı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sayman aruz sözünün mənası, sayman aruz haqqında məlumat. sayman aruz nədir? sayman aruz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Ayğır

  • Fevral 27, 2026

    Alyaska yupikcəsi

  • Fevral 27, 2026

    Danone

  • Fevral 27, 2026

    Sədrəddin

  • Fevral 24, 2026

    15 sentyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst