Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı

Nəqədə

  • Ana Səhifə
  • Vikipediya
  • Nəqədə

Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub.

Nəqədə
نقده
36°57′19″ şm. e. 45°23′17″ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.325 m
Saat qurşağı
  • UTC+03:30
Əhalisi
Əhalisi
  • 81.598 nəf. (2016)
Xəritəni göstər/gizlə
Nəqədə xəritədə
Nəqədə
Nəqədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır. Onlar indiki Nəqədədə kənd təsərrüfatı ilə məşğuldurlar.

Mündəricat

Görməli yerləri

Həsənlitəpə yaşayış yeri
  • Zindan və Baba Həsən məzarları;
  • Urmiya gölündən cənub-qərbdə tarixi epiqrafik yazılar;
  • Həsənlitəpə - Nəqədədən 12 km. şimal-qərbdə; onun "Qızıl Fincanı" abidəsi məşhurdur.
  • Yeddigöz parkı
  • Qalabaşı
  • Sulduz bölgəsinin tarix-diyarşünaslıq muzeyi
  • Şıx Məruf qazlı su bulağı

İqtisadiyyatı

Nəqədənin iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı məhsulları və qoyun-keçi təsərrüfatı təşkil edir. Bu heyvanların həm əti, həm də yunu ixrac edilir. Burada yaşayan fermerlər alma, üzüm, pomidor, soğan, armud, lobya və s. meyvələrin becərilməsi ilə də məşğul olurlar. Kənd təsərrüfatının belə yüksək inkişaf etməsinin səbəbi yeni texnikaların və elmi yeniliklərin tətbiq edilməsidir.

Təhsil

Nəqədə şəhərində 3 universitet yerləşir:

  • Payam Nur Universiteti
  • Nəqədə Azad Universiteti
  • Sulduz Azad Beynəlxalq Universiteti

Əhali

1996-cı il hesablamalarına görə, şəhərin əhalisi 20,781 ailə olmaqla 110,257 nəfər təşkil etmişdir. 2016-cı il hesablamalarına görə isə,şəhərin əhalisinin sayı 82 min nəfərdir.

Dil

Sulduz şəhərində yaşayanların böyük çoxluğu azərbaycanca (türkcə) danışan əhalidir. Şəhərin azərbaycanlı əhalisinin sayı ümumi əhalinin 75 faizdən çox hissəsini təşkil edir. Şəhərdə habelə, sonradan köçən kürdlər də yaşayır ki, onlar da ümumi əhalinin təxminən 20 faizini təşkil edir.

Sulduzun milli tərkibi
etnikqrup nisbəti
Azərbaycanlılar
  
75%
Kürdlər və başqaları
  
25%

Həmçinin bax

  • Yeddigöz bulağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəqədə haqqında məlumat. Nəqədə nədir? Nəqədə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cehiz

  • Fevral 27, 2026

    Qrimm qardaşları

  • Fevral 27, 2026

    Vladimir Bağırov

  • Fevral 26, 2026

    Festival

  • Fevral 24, 2026

    Katya Dorner

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst