Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Çaylı, və ya Verin Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin indiki Çaylı kəndi ərazisində keçmişdə mövcud

Yuxarı Çaylı

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Çaylı

Yuxarı Çaylı, və ya Verin Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin indiki Çaylı kəndi ərazisində keçmişdə mövcud olmuş kənd.

Yuxarı Çaylı
40°20′06″ şm. e. 46°49′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Ağdərə rayonu
Tarixi və coğrafiyası
Ləğv olunub 26 mart 1982
Yuxarı Çaylı xəritədə
Yuxarı Çaylı
Yuxarı Çaylı

Tarixi

ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur.

Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı (yəni Yuxarı Çaylı) və Nerkin Çaylı (yəni Aşağı Çaylı) kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı.

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.

Çaylı kəndi 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi.

Çaylı kəndinin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.

9 oktyabr 2020-ci il tarixində Çaylı kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdi.

Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yaradılmış, və Çaylı kəndi Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.

Həmçinin bax

  • Çaylı (Ağdərə)
  • Aşağı Çaylı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuxarı çaylı sözünün mənası, yuxarı çaylı haqqında məlumat. yuxarı çaylı nədir? yuxarı çaylı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    12 may

  • Mart 04, 2026

    Fazil Osmanov

  • Fevral 27, 2026

    Patologiya

  • Fevral 27, 2026

    Stiv Ditko

  • Fevral 28, 2026

    Abdal (Ağdam)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst