Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb

Rəşad Dağlı

  • Ana Səhifə
  • Vikipediya
  • Rəşad Dağlı

Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı.

Rəşad Dağlı
Rəşad Vaqif oğlu Əmirov
Ümumi məlumatlar
Doğum adı Rəşad Əmirov
Ləqəbi Rəşad Dağlı
Doğum tarixi 21 aprel 1984(1984-04-21) (41 yaş)
Doğum yeri Bakı şəhəri, Yasamal
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Nailə Süleymanzadə
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Fəaliyyət illəri 2001–hal-hazırda
Janr Meyxana

Mündəricat

Həyatı

Erkən illəri

Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub.

Populyarlıq qazanması

Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb.

Şəxsi həyatı

2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.

2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Qəzada Rəşad Dağlının qolu sınıb, Pərviz Bülbülə isə ayaq nahiyəsindən zədələnib.

Həbsi

9 noyabr 2022-ci il tarixində Bakının Qaradağ rayonunda İskəndər adlı şəxslə mübahisə nəticəsində həmən şəxsi biri ürək nahiyəsindən olmaqla 14 dəfə bıçaq zərbəsi ilə qətlə yetirmişdir. İskəndərin öldüyünü gördükdən sonra meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. Rəşad Dağlı hadisədən dərhal sonra polis bölməsinə özü gələrək təslim olmuş, hadisəni etiraf etmişdir. Rəşad Dağlı hadisəni özünümüdafiə zəminində yerinə yetirdiyini, hadisənin səbəbi kimi İ. Mehtiyevin onu şantaj etdiyini göstərib. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəşad dağlı sözünün mənası, rəşad dağlı haqqında məlumat. rəşad dağlı nədir? rəşad dağlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elman Həbib

  • Fevral 28, 2026

    İran bayrağı

  • Mart 06, 2026

    ARB Şəki

  • Fevral 27, 2026

    Henk Şreyder

  • Fevral 27, 2026

    Neptunxarici cisim

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst