Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin so

Öküz soliteri

  • Ana Səhifə
  • Vikipediya
  • Öküz soliteri

Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz soliterinin epidemiyası Afrika, Latın Amerikası, Filippin və qismən Şərqi Avropa ölkələrində mövcuddur.

Öküz soliteri
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Ranqsız:
Spiralia
Klad:
Rouphozoa
Tip:
Yastı qurdlar
Sinif:
Lentşəkilli qurdlar
Yarımsinif:
Eucestoda
Dəstə:
Siklofillidlər
Fəsilə:
Soliterlər
Cins:
Soliter
Növ:
Öküz soliteri
Beynəlxalq elmi adı
  • Taenia saginata Johann August Ephraim Goeze, 1782
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  6206
EOL  51500263

Mündəricat

Xüsusiyyətlər

Yetkin bir lent qurd təxminən 2-5 min seqmentdən ibarətdir və uzunluğu 4-10 metrə çatır. Degelmintizasiya, yəni parazitlərdən müalicə olunub qurtulmaq tədbirləri görülmədikdə insan bağırsağında yaşama müddəti 18-20 ildir. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur

Öküz soliterinin gövdəsi kiçik baş, qısa boyun və uzun lentşəkilli gövdədən ibarətdir. Başında yuvarlaq əzələ əmzikləri var, onların köməyi ilə yetkin parazit sahibin bağırsağının divarlarına yapışır. Bu parazitin yaşayıdığı mühit insanların və iri buynuzlu heyvanların nazik bağırsağıdır. Parazit bağırsağın başqa hissəsində yerləşə bilməz. Bu parazitin aralıq sahibi mal-qara olmalıdır.

Öküz soliterinin tənəffüs və həzm sistemi yoxdur. Qida maddələri bədənin bütün səthi tərəfindən udulur. İfrazat sistemi kanallarla əmələ gəlir. Qurdun ifrazat sistemi nərdivan quruluşludur. Kanallar birləşərək xaricə açılır. Hiss orqanları yoxdur.

Öküz soliterinin həyat sikli
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC)

Həyat sikli

Çoxalma prosesi ya seqmentlər arasında mayalanma, ya da öz-özünə mayalanma (Yastı qurdların əksəriyyəti kimi hermofroditdir) ilə olur. Yetkin fərdi insanın nazik bağırsaqlarında yerləşir. Aralıq sahibinin, yəni mal qaranın bədəninə yumurta şəklində daxil olur və bağırsaqlarında yumurtalardan altı qarmaqlı onkosfer sürfələri çıxır, bağırsaq divarını deşərək qan və limfa axını ilə bütün bədənə, o cümlədən əzələlərə daşınır və orada üzgəclərə (fin) çevrilir. Həyat dövrünü davam etdirmək üçün çiy və ya zəif qızardılmış və ya pis bişmiş yoluxmuş əti bu parazitin yeganə qəti sahibi olan insan yeməlidir. İnsan bədənindən nəcislə birlikdə xarici mühitə daxil olan proglottidlər bir müddət torpaq boyunca sürünərək, artıq yoluxmuş sürfələri olan yumurtaları yayırlar. Yumurtalar təsadüfən mal-qara tərəfindən qəbul edilə bilər və sikl yenidən təkrarlanır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, öküz soliteri sözünün mənası, öküz soliteri haqqında məlumat. öküz soliteri nədir? öküz soliteri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Henrik İbsen

  • Mart 04, 2026

    Handaberd

  • Mart 04, 2026

    Yüzbaşılar (İğdır)

  • Fevral 27, 2026

    Tam ədədlər

  • Mart 06, 2026

    Gülhüseyn Hüseynoğlu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst