Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Henrik Yohan İbsen (20 mart 1828[…] – 23 may 1906[…], Kristianiya[d], Norveç) — görkəmli norveç dramaturqu. Müasir realist dramaturgiyanın inkişafına misilsiz t

Henrik İbsen

  • Ana Səhifə
  • Vikipediya
  • Henrik İbsen

Henrik Yohan İbsen (20 mart 1828[…] – 23 may 1906[…], Kristianiya[d], Norveç) — görkəmli norveç dramaturqu. Müasir realist dramaturgiyanın inkişafına misilsiz töhfələr vermiş bu yazıçını çox vaxt "müasir dramaturgiyanın atası" adlandırırlar.

Henrik İbsen
Henrik Johan Ibsen
Doğum adı Henrik Johan Ibsen
Təxəllüsü Brynjolf Bjarme
Doğum tarixi 20 mart 1828(1828-03-20)[…]
Vəfat tarixi 23 may 1906(1906-05-23)[…] (78 yaşında)
Vəfat yeri
  • Kristianiya[d], Norveç
Vəfat səbəbi insult
Dəfn yeri
  • Xilaskar Məsih qəbiristanlığı[d]
Fəaliyyəti dramaturq, şair, librettoçu, rejissor, yazıçı
Fəaliyyət illəri 1850–1906
Əsərlərinin dili Dan dili, Norveç dili
İstiqamət ədəbi realizm
Janrlar dram, poeziya
Tanınmış əsərləri
  • Per Günt[…]
Mükafatları Commanders Grand Cross of the Order of the Polar Star "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı Knight Grand Cross of the Order of Vasa Grand Cross of the Order of the Dannebrog 3-cü dərəcəli "Məcidiyyə" ordeni
İmza
hf.uio.no/is/tjenester/v…
nb.no/forskning/ibsen/
Vikimənbənin loqosu Henrik İbsen Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Henrik İbsen 1828-ci ildə zəngin tacir ailəsində anadan olub. Onun ailəsi 1836-cı ildə müflisləşib. İbsen 1844-cü idən başlayaraq əczaçı işləyib. Əczaçı işlədiyi dövrdə o özünün ilk şerlərini və 1848-ci ildə Avropada baş vermiş inqilabi hadisələri özündə əks etdirən "Katalina" (1850) dramını qələmə alıb. 1850-ci ildə İbsenin "Qəhrəmanlıq kurqanı" adlı pyesi Kristianiyada (indiki Oslo) tamaşaya qoyulub. 1852–1857-ci illərdə Bergendə Norveçin ilk milli teatrına, 1857–1862-ci illərdə isə Kristianiyada Norveç teatrına rəhbərlik edib.

1864–1891-ci ilərdə Roma, Drezden və Münhendə yaşayıb. İbsen 1862-ci ildə yazdığı "Məhəbbət komediyası"nda o dövrün norveç məmurlarının satirik obrazını, 1864-cü ildə qələmə aldığı "Taxt-tac uğrunda savaş" adlı tarixi dramında isə mütərəqqi tarixi missiyanı həyata keçirən qəhrəman obrazını yaradıb.

1860-cı illərin sonu, 1870-ci illərin əvvəllərində sosial-siyasi baxışlarında formalaşan kəskin ziddiyyətlər fonunda İbsen köhnə dünyanın dağılması, "insan ruhunun inqilabı və intibahı" həsrətində olur. Roma imperatoru Flavi Klavdi Yulian haqqında "İmperator və qalliyalı" dramında (1873) İbsen insanın ruhani və cismani təbiətinin birləşməsi haqqında fikirlərini oxucuya çatdırır və bu hadisənin tezliklə baş verəcəyini israr edir.

Dramaturqun yaradıcılığının son illəri pyeslərində qələmə aldığı psixoloji mənzərlərin olduqca mürəkkəbləşməsi ilə xarakterizə edilir. Yaradıcılığının belə mürəkkəb psixoloji mərhələyə qədəm qoyması ilə İbsen yaratdığı qəhrəmanlarına qarşı daha kəskin mövqe tutur. Belə əsərlərə misal kimi onun "Memar Solnes" (1892), "Yon Qabriel Borkman" (1896) pyeslərini göstərmək olar.

Onun ən məşhur əsərləri "Oyuncaq ev", "Kabuslar" və musiqisi dahi norveç bəstəkarı Edvard Qriq tərəfindən yazılmış Per Günt dramları sayılır.

Əsərləri

  • Katilina (1850)
  • Qəbir hövzəsi (1850)
  • Solhauq bayramı (1855)
  • Olaf Lilyekrans (1856)
  • Vikinqlər Helqelandda (1858)
  • Məhəbbət Komediyası (1862)
  • Brend (1866)
  • Per Günt (1867)
  • İmperator və Qalliyalı (1873)
  • Cəmiyyətin Əsasları (1877)
  • Oyuncaq Ev (1879)
  • Kabuslar (1881)
  • Xalq Düşməni (1882)
  • Vəhşi Ördək (1884)
  • Rosmersholm (1886)
  • Hedda Gabler (1890)
  • Yon Gabriel Borkman(1896)
  • Biz Ölülər Oyananda (1899)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Henrik İbsen haqqında məlumat. Henrik İbsen nədir? Henrik İbsen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qala (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Nostalgiya

  • Fevral 26, 2026

    Royal

  • Fevral 27, 2026

    Sadiq Qütbzadə

  • Fevral 26, 2026

    ISO 3166-2:ID

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst