Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-ho

Rakim

  • Ana Səhifə
  • Vikipediya
  • Rakim

Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-hopun qızıl dövrünün ən bilinən ikilisi olmaqla yanaşı, bütün zamanların ən istedadlı rep ifaçısı olaraq qəbul edilir.

Rakim
ing. Rakim
Ümumi məlumatlar
Doğum adı William Michael Griffin Jr.
Ləqəbi Rakim
Doğum tarixi 28 yanvar 1968(1968-01-28) (58 yaş)
Doğum yeri Nyu-York, ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti Repçi
Fəaliyyət illəri 1985-günümüz
Janr Hip-hop
Albom şirkətləri Ra Records, 4th & B'way, Island, MCA, Aftermath
rakim.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Wyandanch, Long Island, Nyu-York da anadan olub. Rakimin uşaqlıq illəri Wyandanchda keçir. Burada o ayrıca rim bacarığını kəşf edir və özünü yetişdirir. Gənc yaşlarda Rep musiqisi ilə məşğul olmağa başlayır. Eric B. Rakimi Marley Marla "Eric B. is President" parçasının səsyazmasına aparır. Marley və Mc Shan Eriki tanısalar da Rakimin kim oldugunu bilmirdilər. Rakim o zamanlar orta məktəbi yeni bitirmişdi. Universitetə daxil olmag istəyi onun Eric B. ilə birlikdə qurduqları rekordu tərk etməsinə səbəb olur. Rakimin 16 yaşı tamam olduqdan sonra o "The Nation of Allah and Earths" (5 Percent Nation) ə daxil olur və adını Rakim Allah olaraq dəyişir.

Eric B. ilə

1986-cı ildə Rakim Nyu-Yorklu Dj Erik B ilə çalışmaga başlayır. Eric B ve Rakim çox qısa vaxt ərzində ətrafa səs salmaqı bacarırlar. Cütlüyün ilk mahnısı "Eric B. Is a president " böyük ugur gətirməklə yanaşı daha sonralar "Island Records"dan təklif gəlməsinə səbəb olur. Növbəti mahnı "I Know Got Soul" uğur qazansa da qalmaqala səbəb olur. Belə ki, Ceyms Braun Eriki və Rakimi sampe oğurluğunda təqsirləndirir. Bütün bu mübahisələrin sonunda cütlük 1987-ci ildə "Paid in Full" albomunu təqdim edir. Albomdakı treklərin rəngarəngliyi repdə mövzunun nə qədər vacib bir amil oldugunu bir daha sübut edir.

Solo karyerası

Rakim, Eric B ilə 1992-ci ildə yollarını ayırır. Buna qədər isə (Follow The Leader, Let The Rhythm Hit 'Em və Don't Sweat The Technique) cütlüyün artıq üç albomu işıq üzü görmüş, rəğbətlə qarşılanmışdı. Eric B və digər şirkətlərlə müqaviləsi olduguna görə Rakim beş il boyunca albom çıxara bilmir. Yaxın dostu DeShamus "Q=BoB" Sallislə müqavilə imzalayər və "Q=BOB Records" a daxil olur. 1997-ci ildə içində Dj Premier, Pete Rockunda yer aldıgı "The 18th Letter" albomu ilə yenidən repə qayıdır. Digər bir yandan Eric B ilə Rakimin treklərinində yer aldığı "The Gratest Hits" albomu "The Book Of Life" da yayınlanır . Bu albom da diqqətdən kənar qalmır.

1999-cu ildə Rakim "The Master" albomunu çıxarır. Albomda yer alan treklərin əksəriyyəti Rakimin üzərində yenidən işlədiyi köhnə sayılan mahnılarıdır.

Rakim 2000-ci ildə Dr. Dre-nin Aftermath Entertainment şirkəti ilə müqavilə imzalayır və "Oh, My God" albomu üzərində çalışmaga başlayır. Albom Rakim üçün bir test xarakteri daşıdıgına görə tez-tez treklərdə dəyişiklişlər edir. Albom ilə paralel olaraq bir neçə Aftermath layihəsində iştirak edir. "Truth Hurts" ilə "Addictive" treklərini təqdim edir. Dre-nin təqdimatında "The Watcher part 2" da Jay-Z ilə bərabər çalışır bir yandan da Eminemin "8 Mile" filminin soundtreklərində yer alır. 2003-cü ildə Rakim Aftermathdən ayrılır. "Oh, My God" layihəsi dayandırılır. Bir müddət sonra DreamWorks Records-la müqavilə imzalasada Records fəaliyyətini dayandırır. Bütün bunlarla yanaşı Reggaeton sənətcisi R. K. M-i (əvvəllər Rakim) adının ogurlandıgı iddiası ilə məhkəməyə verir və məhkəməni qazanır. Həmçinin KRS-One-ın "The Greatest" albomunda The God MC, Kris Parkerlə birlikdə çalışır. Rakimin "The Seven Seal" albomu 2009-cu ildə işıq üzü görmüşdü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rakim sözünün mənası, rakim haqqında məlumat. rakim nədir? rakim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nəqqaşlıq

  • Mart 01, 2026

    Minas (Salmas)

  • Mart 01, 2026

    Laçi FK

  • Fevral 24, 2026

    VI Vaxtanq

  • Fevral 27, 2026

    Himyar dövləti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst