Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.

Ağ Partiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Ağ Partiyası

Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.

Ağ Partiya
Loqonun şəkli
Sədri Tural Abbaslı
Sədr müavinləri Əhəd Məmmədli
Nərmin Abbaslı
Kamran Məmmədli
Rüfət Hacıbəyli
Ramin Əhmədzadə
Cavid Hacıbəyli
Vüsal Ələkbər
Quruluş tarixi 1993 (VAP)
26 iyun 2016 (AğP)
Qeydiyyat tarixi 1993 (VAP)
7 may 2020 (AğP)
Sələfi Vahid Azərbaycan Partiyası
Baş qərargah Baki şəhəri, Şəfayət Mehdiyev 177
İdeologiya Mühafizəkarlıq
İdeoloji spektr Mərkəz sağ
Üzv sayı 5 mindən çox (2023)
Şüar İman, İnam, Cəsarət hər şeyə yetər!
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 685
Bələdiyyə üzvləri
6 / 8.071
Mətbuat orqanı Ağ Media
Saytı agpartiya.com

1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır.

Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.

Mündəricat

Tarixi

Sələfi

Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.

Quruluşu

27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilmişdir. Qurultayda başqanlığa 3 namizəd — Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı olmuşdur. Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs, partiya daxili müxalif qanaddan Qubad İbadoğlu 200 və partiya rəhbərliyinin namizədi Arif Hacılı isə 228 səs almışdır.

Qurultaydan sonra Tural Abbaslı 2 il Müsavat Partiyasında faəliyyət göstərmişdir. 2015-ci il parlament seçkilərində 8 nəfər Tural Abbaslı liderliyində Ağ Blok adlı seçki bloku təsis edərək seçkilərə qatılmışdır. Onlardan 4-ü rəsmi olaraq namizəd kimi qeydiyyata alınmışdır. Daha sonra bu blokun partiyalaşması düşünülsə də, qeydiyyat prosesinin çətinliyi nəzərə alınaraq gerçəkləşdirilmədi. Bunun əvəzinə, Tural Abbaslı 2016-cı ildə isə Müsavat Partiyasından istefa verərək dövlət qeydiyyatında olan Vahid Azərbaycan Partiyasına üzv olmuşdur. 26 iyun 2016 tarixində partiya qurultayı keçirilmiş və qurultayda Vahid Azərbaycan Partiyasının adı Ağ Partiya olaraq dəyişdirilmiş, Tural Abbaslı isə partiyanın sədri seçilmişdir.

7 may 2020-ci ildə Ağ Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək partiya "Ağ Partiyası" adı ilə yenidən dövlət qeydiyyatına alınmışdır.

4 sentyabr 2023-cü ildə Ağ Partiya Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək yenidən dövlət qeydiyyatına alınmışdır.

İdeologiyası

Ağ Partiyasının doktorinası "Milli nizam" ideologiyasıdır. Ağ Partiyası "yeni osmançılıq" siyasətinin türk-islam coğrafiyasında təbliğinin, yayılmasının və inkişafının tərəfdarıdır. Osmanlı-Səfəvi reallığının birləşdirilməsi ilə "milli barışığa" nail olmaq Ağ Partiyanın məqsədlərindəndir.

Ağ Partiyasının konsepsiyasınan sitat:

" 1918-ci ildə Azərbaycan və Osmanlının vəhdətinin nəticəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu nəzərə alsaq bu ideologiyanın regionumuza yalnız uğur gətirəcəyinə şübhəmiz qalmır. Ağ Partiyası islam dünyasında radikal, reaksioner mühafizakarlığın qarşısını alan, özündə bütün sosial, mədəni, dini, etnik, siyasi, iqtisadi çevrələri birləşdirən mühafizakar–demokrat kimlikli sağ mərkəzin Azərbaycandakı nümayəndəsidir. Bu yanaşmanın da arxasında uzlaşma mədəniyyətinə söykənən siyasət durur. Ağ Partiyasının siyasi kursu mühafizəkar–demokrat millət iradəsi üstəgəl insanların ortaq dəyərlərinə söykənən fərqli, tolerant, dəyişimə meyilli, dinamik, azad, hüquqi vətəndaş cəmiyyətinin qurulmasını hədəfləyir. Ölkədə hər bir problemin həllinin toplum olaraq birlikdə axtarılması, demokratik sistem meyarları ilə ortadan qaldırılması lazım. Bütün bunları həyata keçirməyin də yolu kabinetlərdən, otaqlardan çıxıb, xalq adlanan məhfumun ayağına getmək, beləliklə də Azərbayacana gerçək siyasət, peşəkar siyasətçilər bəxş etməkdir. "

Loqosu

Ağ Partiyanın loqosu türk kimliyinin və ümmət bilincinin ifadəsidir. Loqodakı " tamğalar" Azərbaycan dövlətçiliyinin ehtişamı olan Avşar boyunun və milli mirasımızın ifadəsidir. Burada Azərbaycan dövlətçilik tarixi bir nümunədə ümumən ifadə edilir. Loqo mərkəzindəki lalə türk islam dünyasının cahanşümul ifadəsi olan Osmanlı dövlətini ifadə edir. Loqodakı tamğa arası nöqtələr birləşdirici amildir. Loqo tamamında milli kimliyimizi qoruyan bir qalxanın simvoludur.

Seçkilərdə

Ağ Partiya yeni adı ilə qeydiyyata alındıqdan sonra seçkilər keçirilmədiyi üçün rəsmi olaraq indiyədək seçkilərə Vahid Azərbaycan Partiyası adı ilə qatılmışdır.

Parlament seçkiləri

Partiya 2020-ci il parlament seçkilərində 12 namizəd ilə iştirak etmiş, lakin heç biri parlamentə düşməmişdir. Partiyanın seçkilərdə iştirak etdiyi 2 seçki dairəsinin nəticələri ləğv edilmişdir.[mənbə göstərilməlidir]

Seçki Sədr Majoritar
Səs % Mandat
2024
Tural Abbaslı

Bələdiyyə seçkiləri

Partiya 2019-cu il bələdiyyə seçkilərində 1 namizəd ilə iştirak etmişdir.[mənbə göstərilməlidir]

Təşkilat

Rəhbərlik

Başqan
Vəzifə Başlangıcı
Vəzifə Bitişi
1.
Tural Abbaslı
26 iyun 2016 Hal-hazırda

İdarə Heyəti

Sıra
İdarə Heyəti
Vəzifəsi
1.
Tural Abbaslı Partiya sədri
2.
Nərmin Abbaslı İdarə Heyəti üzvü
3.
Əhəd Məmmədli Partiya sədrinin birinci müavini
4.
Rüfət Hacıbəyli Partiya sədrinin müavini
5.
Məmmədli Kamran Partiya sədrinin müavini
6.
Cavid Hacıbəyli Partiya sədrinin müavini
7.
Cavanşir Abbaslı Partiya sədrinin müavini
8.
Əhmədzadə Rəhim Partiya sədrinin müavini
9.
Azər Hüseynov Partiya sədrinin müşaviri
10.
Bəhram Sadıqov Partiya sədrinin müşaviri
11.
Araz Teymurlu Partiya sədrinin müşaviri
12.
Səddam Nəcəfov Partiya sədrinin müşaviri
13.
Toğrul Abbasov İdarə Heyəti üzvü
14.
Şamil Beydullayev İdarə Heyəti üzvü
15.
Vüsal Əliyev İdarə Heyəti üzvü
16.
Ariz Zeynalov İdarə Heyəti üzvü
17.
Vüsal Quliyev İdarə Heyəti üzvü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağ partiyası sözünün mənası, ağ partiyası haqqında məlumat. ağ partiyası nədir? ağ partiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Aqşin Ağkəmərli

  • Fevral 24, 2026

    Vladimir Mayakovski

  • Fevral 25, 2026

    CMYK

  • Fevral 27, 2026

    Ernst Abbe

  • Fevral 27, 2026

    Suncinka

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst