Hacıağa Məmmədəli oğlu İbrahimbəyli (8 dekabr 1890, Salyan, Cavad qəzası – bilinmir, Bakı) — azərbaycanlı hərbçi-mayor.
| Hacıağa İbrahimbəyli | |
|---|---|
| Hacıağa Məmmədəli oğlu İbrahimbəyli | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 dekabr 1890 |
| Doğum yeri | |
| Vəfat tarixi | bilinmir |
| Vəfat yeri | |
| Vətəndaşlığı | |
| Uşağı | |
| Təhsili |
|
Həyatı
Hacıağa Məmmədəli oğlu İbrahimbəyli 1890-cı ilin dekabr ayının 8-də Salyan rayonunda anadan olmuşdur. Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. Əli bəy Hüseynzadənin qardaşı İsmayıl bəy Hüseynzadənin qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən Hacımurad və Həyat adlı iki övladı dünyaya gəlmişdir. O, 1914–1915-ci illərdə Birinci Dünya müharibəsində iştirakçısıdır. Bundan başqa Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin rəisi vəzifəsində çalışmışdır.
Əsərləri
- Atları hesaba almaq üçün müvəqqəti qanun və arabaların səfərbərliyə dair hesabatının dəstur əl əmə. Bakı: Azərbaycan hərbi kolleci, 1925.
- Методика военной подготовки учащихся: в помощь военруку и преподавателю гражданского учебнего заведения (Şagirdlərin hərbi hazırlığı metodikası: mülkü məktəblərin hərbi dərs rəhbərlərinə və müəllimlərinə kömək). Bakı: Azərnəşr, 1944.
- Səməd bəy Mehmandarov. Bakı: AzSSE EA, 1946.
Tərcümələri
- İ. İ. Verxovsqi. Ümumi taktik (hərbi məktəblər üçün dərs kitabı). Bakı: Azərbaycan hərbi komusyonu, 1925
- N. Koxanov. Qoşun mühəndis işi. Səhra bərkintisi (istehkamı). Bərkidilmiş duracağın payları. Bakı: Azərbaycan Hərbiyyə məktəbinin və Azərbaycan hərbi nəşriyyat komitəsi, 1926.
- N. Filatov. Atıcı vərəqəsi: təsviri və istifadə etmə qaydaları. Bakı: Azərnəşr, 1932.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacıağa i̇brahimbəyli sözünün mənası, hacıağa i̇brahimbəyli haqqında məlumat. hacıağa i̇brahimbəyli nədir? hacıağa i̇brahimbəyli nə deməkdir?
