Dani Bolt və ya tam adı Daniel Lima de Kastro (port. Daniel Lima de Castro,18 iyun 1999, Rio-de-Janeyro) — Braziliyalı peşəkar futbolçu. Hal-hazırda Azərbaycanın "Qarabağ" klubunda müdafiəçi kimi çıxış edir.
| Dani Bolt | |||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Daniel Lima de Castro | |||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
| Tam adı | Daniel Lima de Castro | ||||||||||||||||||||||||||||||
| Ləqəbi | Dani Bolt | ||||||||||||||||||||||||||||||
| Doğum tarixi | |||||||||||||||||||||||||||||||
| Doğum yeri | Rio-de-Janeyro, Braziliya | ||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | ||||||||||||||||||||||||||||||
| Boyu | 1.80 m | ||||||||||||||||||||||||||||||
| Mövqeyi | Müdafiəçi (sağ cinah) | ||||||||||||||||||||||||||||||
| Əsas ayağı | Sağ | ||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
| Klub | | ||||||||||||||||||||||||||||||
| Nömrəsi | 18 | ||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
Futbolçu sürətinə və sürətli cinah keçidlərinə görə Bolt ləqəbini almış, peşəkar karyerası dövründə də bu adla tanınmışdır.
Karyerası
Fluminense
Dani Bolt 2019-cu ildə "Fluminense" klubunun akademiyasına qoşulub. 2020-ci ilin ortalarında Bolt klubla müqaviləsini yeniləyə bilmədiyi üçün "Fluminense"nin əsas komandasından ayrılır. Müqavilə vəziyyəti həll edildikdən sonra o, 2021-ci il mövsümündə təkrar klubun əsas komandasına qoşulur və burada 5 oyun keçirir.
Athletico Paranaense
O, 2022-ci ilin əvvəlində "Athletiko Paranaense" klubuna keçir. Ancaq burada uzun müddət qalmır və 2022-ci ilin aprelində komanda yoldaşı Leo Qomeslə birlikdə "Vitoriya" klubuna icarəyə verilir. Ancaq burada çox da uğurlu olmayan futbolçu Braziliya liqasında cəmi 3 oyunda meydana çıxır. Braziliya liqasının 2023-cü il mövsümü üçün isə o, "Yuventuda" klubuna icarəyə verilir. Burada 25 liqa oyununda meydana çıxır və 1 qol vurur.
Torrense
17 yanvar 2024-cü ildə Bolt "Athletiko Paranaense" klubundan ayrılır və Portuqaliya çempionatının 2-ci liqasında mübarizə aparan "Torreense" klubu bir il yarımlıq müqavilə imzalayır. 2025-ci lin yayında "Torrense" klubunu tərk edənə qədər klubla 47 liqa matçında meydana çıxır və 1 qol vurur.
Qarabağ
17 iyun 2025-ci ildə Ağdamın "Qarabağ" klubu futbolçunu transfer edib. "Qarabağ" ilə futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Bolt "Qarabağ"da 18 nömrəli forma ilə çıxış edəcək.
Oyun stili
Dani Bolt hər zaman sürətli və hücümameyilli cinah müdafiəçiləri ilə tanınan Braziliya futbolunun yetirməsidir. Sürəti ilə tanınan futbolçu yamaykalı sprinter Useyn Boltun şərəfinə Dani Bolt ləqəbini alıb.
Karyera statistikası
- Sonuncu dəfə 17 iyun 2025 tarixində yeniləndi
| Klub | Mövsüm | Liqa | Ştat Liqası | Kubok | Qitə | Toplam | ||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Turnir | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
| Fluminense | 2020 | Braziliya A Seriyası | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
| 2021 | 1 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 0 | ||
| Toplam | 2 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 | ||
| Athletico Paranaense | 2022 | Braziliya A Seriyası | 0 | 0 | 6 | 0 | 0 | 0 | 0 | 0 | 6 | 0 |
| 2023 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | ||
| Toplam | 0 | 0 | 6 | 0 | 0 | 0 | 0 | 0 | 6 | 0 | ||
| Vitoriya (icarə) | 2022 | Braziliya C Seriyası | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 0 |
| Yuventude (icarə) | 2023 | Braziliya B Seriyası | 15 | 0 | 9 | 1 | 1 | 0 | 0 | 0 | 25 | 1 |
| Torrense | 2023/24 | Portuqaliya ikinci Liqası | 13 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 13 | 1 |
| 2024/25 | 34 | 1 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 35 | 1 | ||
| Toplam | 47 | 2 | 0 | 0 | 2 | 1 | 0 | 0 | 48 | 2 | ||
| Qarabağ | 2025/26 | Azərbaycan Premyer liqası | ||||||||||
| Karyerasında cəmi | 67 | 2 | 18 | 1 | 2 | 1 | 0 | 0 | 87 | 3 | ||
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dani bolt sözünün mənası, dani bolt haqqında məlumat. dani bolt nədir? dani bolt nə deməkdir?