Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacımurad Hacıağa oğlu İbrahimbəyli (29 yanvar 1924, Bakı – 4 mart 1999, Bakı) — Azərbaycan-sovet və Rusiya tarixçisi, tarix elmləri doktoru, professoru, Rusiya

Hacımurad İbrahimbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Hacımurad İbrahimbəyli

Hacımurad Hacıağa oğlu İbrahimbəyli (29 yanvar 1924, Bakı – 4 mart 1999, Bakı) — Azərbaycan-sovet və Rusiya tarixçisi, tarix elmləri doktoru, professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademik katibi, polkovnik. Sovet hərb tarixi və Qafqaz xalqlarıının tarixi sahəsində mütəxəssis. Nazran və İnquşetiyanın fəxri vətəndaşı.

Hacımurad İbrahimbəyli
Doğum tarixi 29 yanvar 1924(1924-01-29)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 4 mart 1999(1999-03-04) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Atası Hacıağa İbrahimbəyli
Anası Böyükxanım Hüseynzadə
Elm sahələri tarix, Hərbi elm, qafqazşünaslıq, hərb tarixi
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adı
  • professor
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (–1961)

Mündəricat

Həyatı

1924-cü il yanvarın 29-da Bakı şəhərində hərbçi, Salyanlı Hacıağa İbrahimbəylinin ailəsində anadan olub. Onun atası Əli bəy Hüseynzadənin qardaşı İsmayıl bəy Hüseynzadənin qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş və bu nigahda Hacımurad və bacısı Həyat dünyaya gəlib. Atası milliyətcə avardır, bəzi mənbələrdə isə adıgey xalqının subetnik qrupu olan şapsuq kimi göstərilir. Böyük Vətən müharibəsində iştirak edib. Sovet Ordusunda komandanlıq və qərargah vəzifələrində xidmət etmiş, polkovnik rütbəsinə malik olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini tarix ixtisası üzrə bitirmiş, sonralar burada tarix fənnindən dərs deyib.

1973-cü ildən Hərb Tarixi İnstitutunda Böyük Vətən müharibəsi tarixi kafedrasında baş elmi işçi və qrup rəhbəri vəzifələrində çalışmışdır. Sovet Hərbi Ensiklopediyasının elmi redaktoru idi.

1980-ci illərin sonu — 1990-cı illərin əvvəllərində İnquş milli hərəkatının iştirakçısı olub. Qonaq qismində 1989-cu il sentyabrın 9–10-da Qroznıda keçirilən İnquş xalqının II qurultayının işində iştirak edib. O, çıxışında inquş xalqının tarixini və müasirliyini ləkələmək cəhdlərinin ardıcıl olmadığını sübut edib. Rusiya Federasiyasının "Repressiyaya məruz qalmış xalqların reabilitasiyası haqqında" və "İnquş Respublikasının yaranması haqqında" qanunlarının hazırlanması işinin təşkilində fəal iştirakçı oub. "Repressiyaya məruz qalmış xalqların reabilitasiyası haqqında" qanuna yenidən baxılması cəhdlərinə qarşı çıxış edib. O, müasir İnquş dövlətçiliyinin formalaşmasına töhfə verib.

Postsovet dövründə Rusiya Təbiət Elmləri Akademiyasının Milli Münasibətlər Departamentinin akademik katibi, Rusiya Federasiyası Prezidenti yanında Yerli Xalqlar Assosiasiyasının Siyasi Məşvərət Şurasının Millətlər Palatasının üzvü, vitse-prezident vəzifələrində çalışıb.

"Yeni Qafqaz qəzeti"nin və "Vaynax" jurnalının redaksiya heyətinin üzvü olub.

Əsərləri

  • Х.-М. Ибрагимбейли. Битва за Кавказ. — Москва : Знание, 1983. 62 с.
  • Х.-М. Ибрагимбейли. Кавказ в Крымской войне 1853–1856 гг. и международные отношения. — М., 1971
  • Х.-М. Ибрагимбейли. Крах Эдельвейса и Ближний Восток. — Москва : Наука, 1977. 319 с.
  • Х.-М. Ибрагимбейли. Россия и Азербайджан в первой трети XIX века. — М., Изд-во "Наука". 1969. 287 стр.
  • Ибрагимбейли, Хаджи Мурат. Страницы истории боевого содружества русского и кавказских народов (1853–1856 гг.) — Баку: Азернешр, 1970.

Əsərlər

  • Озиев М. Правдивое слово Хаджи-Мурата Ибрагим-Бейли // III Общенациональный съезд ингушского народа: До и после (1000 nüs.). М.: «Перо». Сост.: М.-Р. А. Плиев; Ред.: П. Заурова. 2022. 91–92. ISBN 978-5-00204-603-4.
  • Патиев Я. С. Он первым рассказал правду: 90-лет со дня рождения Хаджи Мурата Ибрагимбейли // ru:Сердало. Гл. ред.: Я. С. Патиев. № 11. — 2014. — 28 yanvar. — 2.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacımurad i̇brahimbəyli sözünün mənası, hacımurad i̇brahimbəyli haqqında məlumat. hacımurad i̇brahimbəyli nədir? hacımurad i̇brahimbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kasanare

  • Fevral 27, 2026

    Gəncə trolleybusu

  • Fevral 23, 2026

    Havay

  • Fevral 27, 2026

    Seyidovlar

  • Mart 07, 2026

    Fariz Abdullayev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst