Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 1

Herald adası

  • Ana Səhifə
  • Vikipediya
  • Herald adası

Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir.

Herald adası
Геральд
Ümumi məlumatlar
Sahəsi 11,3 km²
Uzunluğu
  • 9,6 km
Eni 3,6 km
Hündür nöqtəsi 364 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
71°23′00″ şm. e. 175°40′00″ q. u.HGYO
Ölkə  Rusiya
Region
  • Çukot Muxtar Dairəsi
Akvatoriya
  • Şimal Buzlu okean
Herald adası xəritədə
Herald adası
Herald adası
Herald adası xəritədə
Herald adası
Herald adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İqlim

İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir.

Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.

Qışda davamlı şaxtalarla müşahidə edilən güclü şimal küləkləri əsir. Yanvar ayının orta temperaturu −21,3 ºs olur. Ən soyuq temperaturlar fevral-mart ayları müşahidə edilir. Bu ərəfədə temperatur −30 ºs, küləklərin sürəti 40 m/s çatır. İyul ayının orta temperaturu +2 ºs — +2,5 ºs qədər yüksəlir. Rütubətlilik 88 %, illik yağıntının miqdarı 120 mm təşkil edir.

Tədqiqat tarixi

Herald adası 1849-cu ildə ingilis dənizçisi Henri Kellett (ing. Henry Kellett) Con Franklinin ekspedisiyası (ing. John Franklin) zamanı kəşf edir. Ada ekspedisiya həyata keçirilən gəminin şərəfinə adlandırılır. 1911-ci ildə "Vayaç" paraxodu ilə sahilə yan alınır və sahil ərazilərin şəkili çəkilir.

1914-cü ilin yanvarında Vrangel və Herald adalarının şimalında buzlar arasında sıxılaraq batır. Ekspedisiya üzvlərindən dördü (А. Anderson, Ç. Barker, C. Bredi və А. Colaytli) Herald adasında ölürlər. Onların qalıqları ancaq 1924-cü ildə Lyis Leyn Herman şxununda çıxarılır.

1926-cı ildə Q. А. Uşakov Vrangel və Herald adalarına Uzaqkənarispalkomu təyin edilir. Elə bu zaman adada SSRİ-nın bayrağı qaldırılır və abidə ucaldılır.

1935-ci ildə Krasin buzqıran gəmisi ilə adaya yan alınır və adanın xəritəsi hazırlanır, hidroqrafik adalar qoyulur. Hazırkı adlar o zaman qoyulanlardır.

1939-cu ildə naturalis L. А. Portenko М. N. Kaminski ilə birlikdə adanın üzərindən təxminən 2300 m yüksəklikdən təyyarə ilə uçaraq keçmişdir

1976-cı ildə "Vrangel" Dövlət Təbiət qoruğu təşkil edilir. 1977-ci ildə isə adada botanik araşdlrmalar aparılır.

1982-ci ilə adanın şimal hissəsində yerləşən burun hidroqraf V. N. Dmitrinin şərəfinə adlandırılır. Mikoyan körfəsində olan quş yığınları haqqında məlumat toplanılır.

1983-cü ildə ada ətrafının 5 km məsafədə ərazi qorunma ərazi elan edilir.

1985-ci ildə Stavropol buzqıran gəmisinin şərəfinə abidə qoyulur. Adanın səmadan şəkilləri çəkilir. 1986-cı ildə isə ada ətrafı 12 km ərazi mühafizə zolağı elan edilir.

1988-ci ildə adada 41 günlük ekspedisiya fəaliyyət göstərir. Bu zaman burada iki zirvəyə ad verilir: "Kellet" və "Nelson". Bu adalar xəritəyə salınır.

1999-cu ildə ada ətrafında 24 millik qoruma zonası yaradılır.

2004-cü ilfən ada UNESCO-nun Ümumdünya irsinə daxil edilmişdir (Vrangel adası ilə birlikdə).

2006-cı ildə Çukot dənizinin şelfinin şəkili çəkilir.

Təbiəti

Arktik səhralar hakimdir. Üstəlik çınqıllı, gilli suxurlar üzərində tundura bitkilərə rast gəlinir. Quş kaloniyalarında bəzən 20 min quş olur. Hər il adada onlarla ağ ayı qışlayır.

Ədəbiyyat

  • Громов Л. В. Осколок древней Берингии. М., 1960.
  • Минеев А. И. Остров Врангеля. М.; Л., 1946.
  • Пиотрович В. В. Остров Геральда:Научные работы экспедиции на ледоколе "Красин" в 1935 году.-Л.:Главсевморпуть, 1936.-178 с.
  • Советская Арктика (моря и острова Северного Ледовитого океана). М, 1970.
  • Фотообраз острова Геральд… 2011-11-07 at the Wayback Machine
  • Edward W.Nelson. Ed. by Henry W.Henshaw. "Report upon natural history collections made in Alaska between the years 1877 and 1881" (PDF) (ingilis). Washington, Govt. Print. Off. İstifadə tarixi: 15 mart 2010.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, herald adası sözünün mənası, herald adası haqqında məlumat. herald adası nədir? herald adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Duz (kimya)

  • Fevral 26, 2026

    Asif Hüseynov

  • Mart 01, 2026

    Ağyanaq susüpürən

  • Mart 03, 2026

    Yuxarı Digah

  • Fevral 27, 2026

    Pirsaat burnu

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst