Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Legitimizm hərəkatı (fr. Légitimistes) — Fransa krallığına rəhbərlik edən Burbon ailəsinin alternativ qolunu qurmağı hədəfləyən siyasi hərəkat.

Legitimizm

  • Ana Səhifə
  • Vikipediya
  • Legitimizm

Legitimizm hərəkatı (fr. Légitimistes) — Fransa krallığına rəhbərlik edən Burbon ailəsinin alternativ qolunu qurmağı hədəfləyən siyasi hərəkat.

13 avqust 1792-ci ildə Fransa kralı XVI Lüdovik həbs olundu və 21 sentyabr 1792-ci ildə Milli Assambleyanın verdiyi qərarla monarxiya ləğv edildi. Yeni yaradılan Birinci Fransa Respublikası fəaliyyətini davam etdirsə də, bir qrup monarxiya tərəfdarı həbsdəki kralın taxt hüququnu müdafiə etdilər. Bu iddialara son qoymaq məqsədilə, həsbdəki kral XVI Lüdovik 21 yanvar 1793-cü ildə gilyotinlə edam olundu.

Kralın ölməsinə baxmayaraq, Burbonların taxt iddiası leqitimistlər tərəfindən dəstəklənməyə davam etdi. Kralın həbs tutulan oğlu və yeganə varisi 8 yaşlı Luiz-Karl XVII Lüdovik adıyla Fransa kralı elan olundu. Ancaq Fransa artıq monarxiya deyil, respublika idi və bu səbəblə onun səltənəti öz dəstəkçilərindən başqa, heç kim tərəfindən tanınmadı. Cəmi 2 il sonra isə həbs tutulduğu qalada müəmmalı şəkildə vəfat etdi.

Leqitimistlər ilk öncə, XV Lüdovikin yetkinlik yaşına çatan yeganə oğlu dofen Lüdovikin şəcərəsindən gələnləri dəstəklədilər. Ancaq bunlardan ən sonuncusu olan V Henrinin 1883-cü ildə varissiz vəfat etməsinin ardından, leqitimistlər XV Lüdovikin ən böyük qızı Parma hersoginyası Luiza Yelizavetanın şəcərəsini dəstəklədilər. Belə ki, bu şəcərədən gələnlər eyni zamanda İspaniya taxtının Karlist iddiaçıları idi. Fransa taxtı üzərində haqq iddia edən leqitimist iddiaçılar aşağıdakılardır:

  • XVI Lüdovik (1792-1793)
  • Luiz Karl (1793-1795), XVII Lüdovik adıyla
  • XVIII Lüdovik (1795-1814)
  • X Karl (1830-1836)
  • Luiz Antoni (1836-1844), XIX Lüdovik adıyla
  • Henri (1844-1883), V Henri adıyla
  • Xuan Karlos de Burbon (1861-1868), III Jan adıyla
  • Karlos de Burbon (1868-1909), XI Karl adıyla
  • Ceymi de Burbon (1909-1931), I Jak adıyla
  • Alfonso Karlos de Burbon (1931-1936), XII Karl adıyla
  • XIII Alfonso (1936-1941), I Alfonso adıyla
  • İnfant Ceymi (1941-1975), VI Henri adıyla
  • İnfant Alfonso (1975-1989), II Alfonso adıyla
  • Luiz Alfonso de Burbon (1989-davam edir), XX Lüdovik adıyla

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, legitimizm sözünün mənası, legitimizm haqqında məlumat. legitimizm nədir? legitimizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yukagirlər

  • Fevral 24, 2026

    Bonn

  • Fevral 27, 2026

    Faiq Cabbarov

  • Fevral 27, 2026

    Hayasa Azzi

  • Fevral 27, 2026

    Millətlər Cəmiyyəti

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst