Parma hersoqluğu (it. Ducato di Parma) və ya rəsmi adıyla Parma və Piaçensa hersoqluğu (it. Ducato di Parma e Piacenza) — 1545-1859-cu illərdə şimali İtaliyanın Emiliya-Romanya regionunda mövcud olan tarixi dövlətdir. Hersoqluğun paytaxtı Parma və Piaçensa şəhərləridir.
| Tarixi dövlət | |||||
| Parma hersoqluğu | |||||
|---|---|---|---|---|---|
| |||||
![]() | |||||
| 16 sentyabr 1545 — 9 iyun 1859 | |||||
| Paytaxt | Parma, Piaçensa | ||||
| Dil | latın dili, italyan dili | ||||
| Din | katolisizm | ||||
| İdarəetmə forması | monarxiya | ||||
1545-ci ildə papa III Pavel tərəfindən nigahdan kənar oğlu Piyer Luici Farneze üçün yaradılan bu ünvan, sonrakı illərdə Farneze ailəsinin bölgədəki hakimiyyət mərkəzinə çevrildi. Bu ailəyə mənsub son hersoq Antonio Farnezenin varissiz vəfat etməsinin ardından səltənət öncə Habsburqların, ardından isə Burbonların əlinə keçdi.
1802-ci ildə fransızlar tərəfindən işğal edilən bölgə Fransa krallığına ilhaq edildi. Parma hersoqu ünvanı isə sadəcə titul olaraq verildi. Napoleon Bonapartın məğlub edilməsinin ardından 1814-cü ildə azad edildi. Bölgənin idarəsi Napoleon Bonapartın xanımı, eləcə də Müqəddəs Roma imperatoru II Fransiskin qızı olan Mariya-Luiza fon Habsburqa verildi.
1847-ci ildə bölgədə hakimiyyət yenidən Burbonların əlinə keçdi. Ancaq çox keçmədən 1859-cu ildə hersoqluq rəsmi şəkildə ləğv edildi və yeni yaradılan Birləşmiş İtaliya dövlətinə ilhaq olundu. Bu tarixdən etibarən Parma hersoqu ünvanı Burbon-Parma ailəsinə başçılıq edənlər tərəfindən titular olaraq istifadə edildi.
Hersoqların siyahısı
Farneze ailəsi
Farneze ailəsinə mənsub papa III Pavelin nigahdan kənar oğlu Piyer Luici üçün Parma hersoqluğunu təsis etməsi ilə yaradıldı. 1545-ci ildə yaradılan bu hersoqluq, ailənin oğul şəcərəsinin quruduğu 1731-ci ilədək Farneze ailəsinin əlində qaldı. Bu tarixdən etibarən isə hersoqluq II Ranuççionun oğullarından doğulan yeganə nəvəsi Elizabet Farnezenin cehizi kimi İspaniya Burbonlarının əlinə keçdi. 1731-ci ildə taxt-tac Elizabet Farnezenin böyük oğlu İnfant Karlosa keçdi.
| Hersoq/hersogina | Hakimiyyət illəri | Konsort | ||
|---|---|---|---|---|
| Piyer Luici Farneze 1503-1547 (43 yaş) | ![]() | 16 sentyabr 1545 – 10 sentyabr 1547 | Girolama Orsini 1504-1569 (65 yaş) | ![]() |
| Ottavio Farneze 1524-1586 (61 yaş) | ![]() | 10 sentyabr 1547 – 18 sentyabr 1586 | Avstriyalı Marqarita 1522-1586 (63 yaş) | ![]() |
| Alessandro Farneze 1545-1592 (47 yaş) | ![]() | 18 sentyabr 1586 – 2 dekabr 1592 | - | |
| I Ranuççio Farneze 1569-1622 (52 yaş) | ![]() | 2 dekabr 1592 – 5 mart 1622 | Marqarita Aldobrandini 1588-1646 (58 yaş) | ![]() |
| Odoardo Farneze 1612-1646 (34 yaş) | ![]() | 5 mart 1622 – 11 sentyabr 1646 | Marqarita Mediçi 1612-1679 (66 yaş) | ![]() |
| II Ranuççio Farneze 1630-1694 (64 yaş) | ![]() | 11 sentyabr 1646 – 11 dekabr 1694 | Savoyyalı Marqarita Yolanda 1635-1663 (27 yaş) | ![]() |
| İzabella d'Este 1635-1666 (30 yaş) | ![]() | |||
| Mariya d'Este 1644-1684 (39 yaş) | ![]() | |||
| Françesko Farneze 1678-1727 (48 yaş) | ![]() | 11 dekabr 1694 – 26 fevral 1727 | Düsseldorflu Doroteya Sofiya 1670-1748 (78 yaş) | ![]() |
| Antonio Farneze 1679-1731 (51 yaş) | ![]() | 26 fevral 1727 – 20 yanvar 1731 | Henretta d'Este 1702-1777 (74 yaş) | ![]() |
Anasından gələn taxt hüququ ilə 1731-ci ildə Parma hersoqluğuna sahibləndi. Ancaq Vyana sazişinə əsasən, cəmi 4 il sonra Neapol və Siciliya krallıqları qarşılığında Parma taxt-tacını Habsburqlara buraxdı.
| Hersoq/hersogina | Hakimiyyət illəri | Konsort | |
|---|---|---|---|
| I Karl 1716-1788 (72 yaş) | ![]() | 26 fevral 1731 – 3 oktyabr 1735 | - |
Avstriya irsi uğrunda müharibənin nəticəsi kimi 1748-ci ilədək Habsburq idarəsində qalan Parma taxt-tacı, həmin tarixdə yenidən Burbon-Parma ailəsinin idarəsinə verildi.
| Hersoq/hersogina | Hakimiyyət illəri | Konsort | ||
|---|---|---|---|---|
| VI Karl 1685-1740 (55 yaş) | ![]() | 3 oktyabr 1735 – 20 oktyabr 1740 | Braunşveyqli Elizabet Kristina 1691-1750 (59 yaş) | ![]() |
| Mariya Tereza 1717-1780 (63 yaş) | ![]() | 20 oktyabr 1740 – 18 oktyabr 1748 | I Fransisk 1708-1765 (56 yaş) | ![]() |
Burbon-Parma ailəsi
1748-ci ildə imzalanmış Axen sülhü ilə Parma taxt-tacı Elizabet Farnezenin ikinci oğlu İnfant Filippə keçdi. 1796-cı ildə Napoleon Bonapart idarəsindəki fransızlar bölgəni işğal etdi. Fransa Respublikası və İspaniya krallığı arasında imzalanmış 1801 tarixli Aranjuez müqaviləsinə əsasən, Parma taxt-tacı Fransa krallığına birləşdirilməli idi. Bu isə I Ferdinandın 1802-ci ildə ölümündən sonra baş tutdu.
1802-ci ildə Fransa krallığına ilhaq edilən Parma taxt-tacı, Napoleon Bonapartın 1814-cü ildə məğlub edilməsinədək ləğv edilmiş qaldı. Ancaq bu dönəmdə sadəcə titul olaraq, Parma hersoqu ünvanı bəzi dövlət adamlarına və komandirlərə verildi.
| Hersoq/hersogina | Hakimiyyət illəri | Konsort | ||
|---|---|---|---|---|
| I Filipp 1720-1765 (45 yaş) | ![]() | 18 oktyabr 1748 – 18 iyul 1765 | Luiza Yelizaveta 1727-1759 (32 yaş) | ![]() |
| I Ferdinand 1751-1802 (51 yaş) | ![]() | 18 iyul 1765 – 9 oktyabr 1802 | Avstriyalı Mariya Amaliya 1746-1804 (58 yaş) | ![]() |
Napoleon Bonapartın məğlub edilməsindən sonra Parma hersoqluğu onun xanımı, üstəlik Müqəddəs Roma imperatoru II Fransın qızı Mariya Luiza Habsburqun idarəsinə verildi. Ölümünədək bu ünvanı əlində saxladı.
| Hersoq/hersogina | Hakimiyyət illəri | Konsort | ||
|---|---|---|---|---|
| Mariya Luiza 1791-1847 (56 yaş) | ![]() | 11 aprel 1814 – 17 dekabr 1847 | Adam Albert fon Neyperq 1775-1829 (53 yaş) | ![]() |
| Karl Rene dde Bombelles 1784-1856 (71 yaş) | ![]() | |||
Burbon-Parma ailəsi
1814-1815 tarixli Vyana konqresində alınan qərara əsasən, 1847-ci ildə Mariya Luiza Habsburqun vəfat etməsinin ardından Parma taxt-tacı yenidən Burbon-Parma ailəsinə verildi. Ailənin yaşca ən böyük oğul nümayəndəsi isə son hersoq I Ferdinandın nəvəsi II Karl oldu. Ancaq çox keçmədən 1859-cu ildə hersoqluq rəsmi şəkildə ləğv edildi və yeni yaradılan Birləşmiş İtaliya dövlətinə ilhaq olundu. Bu tarixdən etibarən Parma hersoqu ünvanı Burbon-Parma ailəsinə başçılıq edənlər tərəfindən titular olaraq istifadə edildi.
| Hersoq/hersogina | Hakimiyyət illəri | Konsort | ||
|---|---|---|---|---|
| II Karl 1799-1883 (83 yaş) | ![]() | 17 dekabr 1847 – 17 may 1849 | Savoyyalı Mariya Tereza 1803-1879 (75 yaş) | ![]() |
| III Karl 1823-1854 (31 yaş) | ![]() | 17 may 1849 – 27 mart 1854 | Artualı Luiza 1819-1864 (44 yaş) | ![]() |
| I Robert 1848-1907 (59 yaş) | ![]() | 27 mart 1854 – 9 iyun 1859 | - | |
Titul olaraq ünvanı daşıyanlar
| Hersoq/hersogina | Ünvanı daşıdığı müddət | Konsort | ||
|---|---|---|---|---|
| I Robert 1848-1907 (59 yaş) | ![]() | 9 iyun 1859 – 16 noyabr 1907 | Siciliyalı Mariya Pia 1849-1882 (33 yaş) | ![]() |
| Portuqaliyalı Mariya Antoniya 1862-1959 (96 yaş) | ![]() | |||
| Henri 1873-1939 (66 yaş) | ![]() | 16 noyabr 1907 – 16 noyabr 1939 | - | |
| Jozef 1875-1950 (74 yaş) | ![]() | 16 noyabr 1939 – 7 yanvar 1950 | - | |
| Elyas 1880-1959 (78 yaş) | ![]() | 7 yanvar 1950 – 27 iyun 1959 | - | |
| II Robert 1909-1974 (65 yaş) | 27 iyun 1959 – 15 noyabr 1974 | - | ||
| Xavier 1889-1977 (87 yaş) | ![]() | 15 noyabr 1974 – 7 may 1977 | Madlen de Burbon 1898-1984 (86 yaş) | ![]() |
| Karlos Hüqo 1930-2010 (80 yaş) | ![]() | 7 may 1977 – 18 avqust 2010 | Hollandiyalı İrina 1939- (85 yaş) | ![]() |
| Karlos 1970- (55 yaş) | ![]() | 18 avqust 2010 – davam edir | Annmeri de Burbon 1977- (47 yaş) | ![]() |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Parma hersoqluğu haqqında məlumat. Parma hersoqluğu nədir? Parma hersoqluğu nə deməkdir?



