Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keri 27 mart 1969-cu ildə  Hantinqtonda, Nyu-Yorkda anadan olub. Onun anası İrlandiya əsilli keçmiş opera müğənnisi və vokal məşqçisi Patrisiya, atası isə həm A

Meraya Keri

  • Ana Səhifə
  • Vikipediya
  • Meraya Keri

Meraya Keri (27 mart 1969, Hantinqton[d], Nyu-York ştatı) — amerikalı müğənni və aktrisa.

Meraya Keri
Ümumi məlumatlar
Doğum tarixi 27 mart 1969(1969-03-27) (56 yaş)
Doğum yeri
  • Hantinqton[d], Saffolk[d], Nyu-York ştatı, ABŞ
Həyat yoldaşları
  • Tommi Mottola[d] (1993–1998),
  • Nik Kennon[d] (2008–2016)
Uşağı 2 (Monroe Cannon daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktrisa
Fəaliyyət illəri 1988-ci ildən
Janrlar müasir R&B[d], pop musiqisi, dans-pop, hip-hop[d]
Albom şirkətləri Def Jam Recordings[d], Columbia Records, Epic Records, Island Records, Virgin Records, Gamma[d]
İmzanın şəkli
mariahcarey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Şəxsi həyat

Keri 27 mart 1969-cu ildə  Hantinqtonda, Nyu-Yorkda anadan olub. Onun anası İrlandiya əsilli keçmiş opera müğənnisi və vokal məşqçisi Patrisiya, atası isə həm Afrika-Amerika, həm də Afro-Venesuela əsilli aviasiya mühəndisi Alfred Roy Keri olmuşdur, ailədə üç uşaqdan ən kiçiyidir. "Keri" (ing. Carey) soyadını onun venesuelalı babası Roberto Nunez  Nyu Yorka mühacirət etdikdən sonra qəbul etmişdir. Patrisiyanın ailəsi qaradərili kişi ilə evləndiyi üçün ondan imtina etmişdi. İrqi gərginlik Keri ailəsinin öz cəmiyyətlərinə inteqrasiyasına mane olurdu. Onlar Hantinqtonda yaşayarkən qonşuları ailənin itini zəhərləmiş, avtomobillərini yandırmışdılar. Valideynləri boşandıqdan sonra Keri atası ilə az əlaqə saxlayırdı və vaxtının çoxunu evdə tək keçirirdi və cəmi üç yaşında mahnı oxumağa başladı. Böyük bacısı Alison atalarının yanına köçdü, Meraya və qardaşı Morqan isə anaları ilə qaldılar.

Meraya 1987-ci ildə Nyu-Yorkun Qrinlaun şəhərindəki Harborfilds Liseyini bitirib. O, yerli səsyazma studiyasında demo lent üzərində işlədiyi üçün dərslərdə çox zaman iştirak etmirdi. Nyu-Yorka köçdükdən sonra Puerto-Rikolu müğənni Brenda K.Starrın bek-vokal müğənnisi kimi çalışmağa başladı.

1988-ci ildə Meraya o vaxt Kolumbia Records-un icraçı direktoru olan Tommi Mottola ilə bir ziyafətdə tanış oldu. Motolla Merayanın demo albomunu dinlədikdən sonra onunla müqavilə bağladı. Bundan sonra Merayanın karyerası sürətlə inkişaf etməyə başladı. 1993-1998-ci illərdə Keri Tommi Mottola ilə evli olmuşdur.

2008-ci ildən 2015-ci ilə qədər Keri aktyor və musiqiçi Nik Kennonla evli idi.

2015-ci ildə Keri avstraliyalı milyarder Ceyms Pakerlə görüşməyə başladı və 21 yanvar 2016-cı ildə nişanlandıqlarını elan etdi. Oktyabrda isə onlar nişanı ləğv etdilər. 2016-cı ilin oktyabrında o, amerikalı xoreoqraf Bryan Tanaka ilə görüşməyə başladı. Bu münasibətlər 2023-cü ilin dekabrına kimi davam etdi.

2024-cü ilin avqustunda Kerinin 87 yaşlı anası Patrisiya və 63 yaşlı bacısı Alison eyni gündə vəfat etdilər.

Karyera

1991- ci ildə Keri Ən Yaxşı Yeni Sənətçi və Ən Yaxşı Pop Qadın Vokalist kimi ilk Qremmi mükafatını qazandı. 1999-cu ilin dekabrında Keri Billboard mərasimində "Onilliyin Artisti" mükafatını aldı və 2000-ci ilin iyulunda müğənni World Music Awards-da "Minilliyin ən çox satılan sənətçisi" kimi xüsusi mükafata layiq görüldü. O, növbəti illərdə də albom və mahnılarına görə bir neçə mükafatlara, o cümlədən Qremmi nominasiyalarında mükafatlara layiq görülmüşdü. 2015-ci il avqustun 5-də Meraya Keri Hollivud Bulvarı 6270 ünvanında yerləşən Hollivud Şöhrət Xiyabanında öz ulduzuna sahibləndi. Onun ulduz nömrəsi 2556-dır.

Diskoqrafiya

Studiya albomları

  • Mariah Carey (1990)
  • Emotions (1991)
  • Music Box (1993)
  • Merry Christmas (1994)
  • Daydream (1995)
  • Butterfly (1997)
  • Rainbow (1999)
  • Charmbracelet (2002)
  • The Emancipation of Mimi (2005)
  • E=MC² (2008)
  • Memoirs Of An Imperfect Angel (2009)
  • Merry Christmas II You (2010)
  • Me. I Am Mariah... The Elusive Chanteuse (2014)
  • Caution (2018)

Digər albomları

  • MTV Unplugged (1992)
  • #1's (1998)
  • Glitter (2001)
  • The Remixes (2003)
  • The Ballads (2008)
  • The Essential Mariah Carey (2011)
  • #1 to Infinity (2015)

Konsert turları

  • Music Box Tour (1993)
  • Daydream World Tour (1996)
  • Butterfly World Tour (1998)
  • Rainbow World Tour (2000)
  • Charmbracelet World Tour (2003–2004)
  • The Adventures of Mimi (2006)
  • Angels Advocate Tour (2009–2010)
  • The Elusive Chanteuse Show (2014)
  • The Sweet Sweet Fantasy Tour (2016)
  • The Number 1's Tour (2018)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, meraya keri sözünün mənası, meraya keri haqqında məlumat. meraya keri nədir? meraya keri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Tamaz Qamkrelidze

  • Mart 06, 2026

    206 (ədəd)

  • Mart 01, 2026

    Od (departament)

  • Mart 01, 2026

    Avtomobil zirehi

  • Mart 01, 2026

    Təkəqaya

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst