Musa Manarov (lak. Манаров Муса Хираманнул арс, 22 mart 1951, Bakı) — lak mənşəli azərbaycanlı SSRİ pilot-kosmonavtı, ehtiyatda olan polkovnik, Sovet İttifaqı Qəhrəmanı (1988). SSRİ-nin əməkdar idman ustası (1989).
| Musa Manarov | |
|---|---|
| lak. Муса Маннаров Хираманнул арс | |
![]() Musa Manarov, 1 dekabr 1987. | |
| Doğum tarixi | 22 mart 1951 (74 yaş) |
| Doğum yeri | |
| Milliyyəti | lak |
| Fəaliyyəti | mühəndis, kosmonavt, siyasətçi |
| Mükafatları | |
Həyatı
22 mart 1951-ci ildə Bakı şəhərində əslən Lak rayonunun Qumuq kəndindən olan hərbçi ailəsində anadan olmuşdur. SSRİ Hava Qüvvələrində mayor rütbəsinədək çatmışdır. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdur. 1 dekabr 1978-ci ildə kosmonavtlıq dəstəsinə qəbul edilmişdir.
Hal-hazırda kosmosda ən çox vaxt keçirmiş 16-cı insandır. 21 dekabr 1987-ci il — 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olmuşdur (365 gün, 22 saat, 38 dəqiqə). Daha sonra 2 dekabr 1990 – 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuşdur (175 gün, 1 saat, 50 dəqiqə).
Ədəbiyyat
- И. А. Маринин, С. Х. Шамсутдинов, А. В. Глушко (составители). Советские и российские космонавты. 1960—2000. М.: ООО Информационно-издательский дом «Новости космонавтики». Под редакцией Ю. М. Батурина. 2001. ISBN 5-93345-003-0.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, musa manarov sözünün mənası, musa manarov haqqında məlumat. musa manarov nədir? musa manarov nə deməkdir?
