Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi La

Laklar

  • Ana Səhifə
  • Vikipediya
  • Laklar

Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır.

Laklar
Лак
Ümumi sayı
200 000
Yaşadığı ərazilər
Rusiya Rusiya: 178 630 (2010)
    • Dağıstan: 161 300 (2010)
    • Stavropol diyarı 2 644 (2010)
    • Moskva: 2 185 (2010)
    • Tümen vilayəti: 1 761 (2010)
    • : 1 462 (2010)
    • Moskva vilayəti: 1 052 (2010)

Türkmənistan: 4 400 (2019)
Özbəkistan: 3 700 (2019)
Tacikistan: 2 500 (2019)
Azərbaycan: 1 600 (2019)
Ukrayna: 900 (2019)
Qazaxıstan: 700 (2019)
Türkiyə 400 (2019)
Gürcüstan: 426 (1989)
Qırğızıstan: 325 (1989)
Suriya: 300
Belarus: 120 (1989)
Latviya: 45 (1989)
Estoniya: 43 (1989)
Moldova: 35 (1989)
Ermənistan: 23 (1989)
Litva: 19 (1989)

Dili

Lak dili

Dini

Sünni, İslam

Mündəricat

Etimologiya

Endomin

Lakların Dağıstanda yerləşmə ərazisi
Dağıstan bölgəsinin sxematik xəritəsi, (1895)

«Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır.

Ekzomin

Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.

İnqilaba qədərki Rusiyada bu xalq «qazıqumuq», XIX əsrin 60-cı illərindən etibarən isə «laklar» adlanmağa başlanılırlar.

Sayları

Dağıstanın rayonları və şəhərləri üzrə Lakların payı
inzibati rayon və şəhər dairəsi RF subyektləri % LAKLAR
Kuli rayonuDağıstan10, 886 nəf (97,4%)
Lak rayonuDağıstan11, 580 nəf (95,2%)
Novolak rayonuDağıstan13, 852 nəf (48,5%)
Aquşa rayonuDağıstan1, 720 nəf. (3,2%)
Qızılyar rayonuDağıstan2, 361 nəf (3,5%)
Qızılyurd rayonuDağıstan908 nəf (1,5%)
Rutul rayonuDağıstan865 nəf (3,7%)
Tarumovka rayonuDağıstan523 nəf (1,6%)
Qarabudaqkənd rayonuDağıstan658 nəf(0,9%)
Xasavyurd rayonuDağıstan322 nəf (0,2%)
Babayurd rayonuDağıstan351 nəf (0,8)
Dahadayev rayonuDağıstan300 nəf (0,8%)
Dərbənd rayonuDağıstan193 nəf (0,2%)
şəhər KaspiyskDağıstan14, 269 nəf (14,3%)
şəhər MaxaçqalaDağıstan86, 089 nəf. (12,4%)
şəhər Yujno-SuxokumskDağıstan923 nəf (9,2%)
şəhər BuynakskDağıstan4, 263 nəf (6,8%)
şəhər QızılyurdDağıstan1, 760 nəf (5,3%)
şəhər QızılyarDağıstan1, 753 nəf (3,6%)
şəhər XasavyurdDağıstan4, 362 nəf (3,3%)
şəhər İzberbaşDağıstan1, 402 nəf (2,5%)
Ümum respublikada:Dağıstan161, 300 nəf (5,6%)

Dil

Lakların ana dili lak dilidir. Lak dili Qafqaz dillərinin Nax-Dağıstan dilləri qrupuna daxildir. Beş əsas şivəyə bölünür: qumuq (Qumuq və onun ətrafında olan kəndlər), visxin, vixlin (Vixlı aulu və Lak rayonunun şimal-şərq ərazilərindəki kəndlər), aştikul və balxar (Balxar aulu və Sulikana, Kuli aulları). XV əsrdən ərəb əlifbasından istifadə edirdilər. 1928-ci ildə əlifbaları latın, 1938-ci ildə isə kiril əlifbası ilə əvəzlənmişdir. Laklar arasında rus dili də yayılmışdır. Lak dilinə dair ən erkən məlumatlar (sözlərin siyahısı və bəzi qrammatik məlumatlar) 18-ci əsrin sonu - 19-cu əsrin əvvəllərinə Yohann Quldenştedt və Yulius Klaprota aiddir.

Din

Laklar islam dininin sünni qolunda etiqat edirlər (Şafi məzhəbi). Qumuq cümə məscidi 777—778-ci illərdə laklar tərəfindən inşa edilmişdir. arixçi Aleksandr Komarov (1869) yazırdı: «laklar, əsasəndə Qumuq kəndinin sakinləri, Dağıstan qəbilələri arasında ilk islamı qəbul edənlər olmuşdur… Əbu-Muslim özü də Qumuqa gələrək burada məscid inşa etdirdi. Bu məscidin kitabəsində öz əksini tapmışdır». Qumuqun şamxalları müsəlman adlarını XIII əsrin sonlarından istifadə etməyə başlayırlar. XIV əsr Qumuq Qazi mərkəzi oldu və Qazi-Qumuq adı verildi.

Sovet İttifaqı Qəhrəmanı

Ikinci dünya müharibəsi

•Əhmədxan Sultan , iki dəfə Sovet İttifaqı Qəhrəmanı

•Makayev Saxay

•Buganov Hacı

•Suleymanov Rizvan

•Suleymanov Yakov

•Həsən Kəmalov

•Huseyn Kuşayev


Kosmos

  • Musa Manarov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laklar haqqında məlumat. Laklar nədir? Laklar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sun sülaləsi

  • Fevral 27, 2026

    DirectX

  • Fevral 27, 2026

    Jozef Furye

  • Fevral 27, 2026

    Xaricilər

  • Fevral 27, 2026

    4G

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst