Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir

Qumuq (Dağıstan)

  • Ana Səhifə
  • Vikipediya
  • Qumuq (Dağıstan)

Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Qumuq
Гъумучи
Гъумукъ
42°10′14″ şm. e. 47°07′03″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
İlk məlumat VI əsr
Mərkəzin hündürlüyü 1.539 m
Əhalisi
Əhalisi
  • 2.284 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368360
Digər
gazikumuh.ru
Xəritəni göstər/gizlə
Qumuq xəritədə
Qumuq
Qumuq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

«Qumuq» toponimi türkdilli «Qumuq-Atıköz» meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır.

Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi. Görünən odur ki, laklar əvvəllər elə də iri olmayan lak adlı bir yaşayış məntəqəsində yaşamışlar. Lak toponimi ancaq laklar arasında işlədilir. Laklarara görə Qumuq Lak şəhərinin bir qalası olmuşdur. Ancaq sonradan tarixi və coğrafi vilayət olan Lakiyanın mərkəzinə çevrilmişdir. Qafqaz dağlıqları haqqında məlumat toplusunda məlumat verilirdi: «Qazıqumux adı ilə bizə məlum olan Mərkəzi Dağıstanda yerləşən Qazıqumuq rayonunun sakinləri özlərini "lak", vətənləri isə "lakral klanu" (lakların yeri) adlandırırlar.».

Tarixi ədəbiyyatda Qumuq müxtəlif tələffüz variantlarında qeyd edilmişdir. X əsrdə Əl-Məsudi yaşayış məntəqəsini "Qumiq" adlandırmış, bir şəhər olaraq ya da knyazlıq olaraq qeyd etmişdir. Əl-KufiX əsrdə «Amik» qalasının adını çəkmişdir. İbn Rüstə isə X əsrdə «Alal və Qumiq» qalalarının adını çəkmişdir.

XIV əsrdə Nizaməddin Şami və Şərəfəddin Əli Yəzdi Qumuqu «Qazi-Qumuq» (Şamxalın mülkiyyəti) olaraq adlandırır. «Qazi» sözünün əlavə edilməsi Qumuqun müsəlmanların hərbi-siyasi mərkəzi olması anlamını verirdi. XV—XVI əsrlərdə Şimali Dağıstanın əhalisi şəhəri Qazıqumuq olaraq adlandırmağa başlayırlar.

P. K. Uslar qeyd edirdi: "Lakların əsas yaşayış məntəqəs Qumuq adlanır; laklar digər dağ qəbilələrinə nisbətdə islamı ən tez qəöbul edənlər olduğundan Qazi (din uğrunda vuruşanlar) fəxri ləqəbini almaq hüququ əldə etrmişlər". Toponim ləqəb və kəndin adının etnik Kazikumux və ya Kazykumyk adının birləşməsindən meydana çıxmışdır.

Coğrafi yerləşməsi

Kənd Mərkəzi Dağlıq Dağıstanda yerləşir. Mahaçqaladan 96 km cənub-qərbdə, Qazıqumuq-Koysu çayının vadisində qərarlaşır.

Əhalisi

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kənd 1930 nəfər yaşayır. Etnik tərkib (2002):

laklar — 93 %,

darginlər — 3,9 %,

avarlar — 1,7 %,

azərbaycanlılar — 0,4 %.

Tarix

Qumuq İran Sasani şahı tərəfindən qurulmuşdur. Qumuq haqqında ilk etibarlı məlumat eramızın VI əsrinə təsadüf edir. Bu zaman bu yaşayış məntəqəsi Sasani imperiyasının tərkibində olmuşdur. Düzənlikdən çıxarılan Sabir-Hun qəbilələri Dağıstanın dağlıq ərazilərinə üz tutmuş, burada Hunzax və Qumuq qalalarını özlərinə istinadgah edərək Sabir dövlətini quruşdular.

İqtisadiyyat

Kənd təsərrüfatı müəssisələri, tikinti təşkilatları, məktəb və xəstəxana.

Fotoqalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qumuq (Dağıstan) haqqında məlumat. Qumuq (Dağıstan) nədir? Qumuq (Dağıstan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Asteridlər

  • Fevral 27, 2026

    Fərhad Zeynalov

  • Fevral 27, 2026

    Hiqrometr

  • Fevral 24, 2026

    Korinf bərzəxi

  • Fevral 27, 2026

    Dənizçi Enrike

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst