Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqo

Cahid Camal

  • Ana Səhifə
  • Vikipediya
  • Cahid Camal

Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir.

Cahid Camal
Cahid Camal Şamil oğlu
Doğum tarixi 15 noyabr 1928(1928-11-15)
Doğum yeri
  • Gülablı, Azərbaycan
Vəfat tarixi 17 iyun 2011(2011-06-17) (82 yaşında)
Milliyyəti Azərbaycanlı
Uşağı
  • Heydər Camal
Mükafatları Medal of Friendship
Rusiya Federasiyasının əməkdar rəssamı

Mündəricat

Həyatı

Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur.

Oğlu Heydər Camalın Azərbaycanlı gənclər Koordinasiya Şurasına müsahibəsindən sitatı:

Mənim ulu babam Camal bəy Gülablılı (1866–1925), Panah xanın ən böyük oğlu olan Sarıcalı-xanın nəsilindən olan Abuhəyat Sarıcalılı ilə evli idi və ermənilərə qarşı Şuşanın müdafiəsində iştirak edən könüllü alayının komandanlığı edirdi.

...ondan məlumdur ki, onun ana tərəfindən babası, dini çevrələrdə tanınan Seyid İbrahim idi; onun məqbərəsi Qarabağda Sovet dövrünün əvvəlinə qədər pir və ziyarətgah kimi sayılırdı.

Onun həyat yoldaşı Abuhəyat, Pənah xanın nəsilindən olan və bizim uzaq qohumumuz sayılan Əhməd xan Cavanşirin qızı Həmidə xanımla dostluq edirdi. Bu Həmidə xanım məşhur Azərbaycan maarifçisi Cəlil Məmmədquluzadə ilə evləndi.

Böyük babam silahları ustalıqla idarə etməsi ilə tanınırdı; gənclik illərində tez-tez İrana at oynatma və at üstündə oturaraq atəş açma yarışmalarına gedər, bu müsabiqələrdə ən yaxşılarından biri idi. Bu arada, bolşeviklərin gəlişindən sonra o, mənsub olduğu təbəqədən asılı olmayaraq, bölgənin ən hörmətli insanlarından biri olaraq, Cavad qəzasının (Yelizavetpol quberniyası) icra komitəsinin sədri oldu.

Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib. Moskvadakı gənclər, ümumrusiya və ümumittifaq sərgilərində, həmçinin, xarici arenalarda iştirak edib. Ailəsi: həyat yoldaşı İrina Leonidovna Şapovalova, heyvan məşqçisi, Malıy teatrın direktorunun qızı, oğlu: Heydər Camal Cahid oğlu, nəvəsi: Orxan Camal Heydər oğlu.

İncəsənət fəaliyyəti

Cahid Camal adı 1962–1964-cü illərdə yaşayıb fəaliyyət göstərdiyi məkan olan Monqolustana həsr etdiyi fərdi sərgilərdən sonra tanınmağa başladı. Rəssam Cahid Camalın incəsənət fəaliyyəti ərzində, Moskvada, Bakıda, eləcə də, SSRİ-nin digər şəhərlərində və Monqolustanda olmaqla, 40 sərgisi baş tutmuşdur. O, XX əsrin məşhur şəxsiyyətləri ilə tanış olmuşdur: Budennıy, Tsedenbal, K. Simonov, M. Kurilko, V. Favorski, V. Şeremetyev. Həmin insanlar onun sənətini yüksək qiymətləndirir və Cahid Camalın 60–90-cı illər incəsənətinə bəxş etdiyi töhfəni əvəzsiz hesab edirdilər. Rəssamın işləri "Komsomolskaya pravda" və "İzvestiya" qəzetlərində, "Oqonyok", "Moskva" və "İnostrannaya literatura" jurnallarında dərc olunurdu.

Tədris fəaliyyəti

Cahid Camal ömrü boyu dərs demişdir — əvvəlcə 1962–1970-ci illərdə Moskva memarlıq institutu, sonra isə 1971–1977-ci illərdə Moskva Stroqanovski institutunda. 1976-cı ildə o, dosent, daha sonra isə professor kimi Kosıqin adına Moskva tekstil universitetinə işə qəbul edilir və burada bədii kostyum modelləşdirməsi kafedrasında "Rəssamlıq" və "Kostyumda rəng" disiplinini yaratmış olur. 1977–2001 illərdə tətbiqi incəsənət fakültəsinin axşam şöbəsinin dekanı və rəsm və bədii kostyum modelləşdirmə kafedrasının professoru vəzifələrində çalışmışdır. 2011-ci ildə isə "Kostyumda rəng" və "Rəngin anatomiyası" işləri işıq üzü görür, o, müasir incəsənətin prinsipial şəkildə öncəkilərdən fərqlənən yeni məktəbinin yaradılmasını təklif edir. Rəssamın yaradıcılıq yolu müşkülə çevrilmişdi. Fərqli arayışlar, müxtəlif üslub və istiqamətlər. Yaradıcılığın son dönəmində isə abstrakt-həndəsi plastikaya meyil göstərmişdi. Cahid Camal rəng dairəsinə əsaslanan dekorativ rəngləmə üçün yeni bir rəng sistemi tapmağa çalışdı. Rəngin aktual məsələlərinə toxundu, onun dekorativ həllinə dair yeni bir yanaşma təklif etdi. Rənglə bağlı etdiyi təcrübələrlə məşhur idi; rəngi çox sevir və onunla necə işləməyi bilirdi. Uzun illər Moskva Dövlət Tekstil Universitetində çalışaraq bir müəllim olaraq rəng tədrisi metodları sahəsində dərin iz buraxmağı bacardı. İşlədiyi müddət ərzində rəssamlıq üzrə ilkin kurs və dekorativ rəsm kursu tədris etmişdir. Son 10 ildə rənglə bağlı zəngin təcrübəsinə güvənərək, tədris proqramının metodoloji əsaslarını qoyduğu yeni "Kostyumda rəng" intizamının inkişafında özünü parlaq şəkildə göstərdi. Sinifdə rənglə əlaqəli təcrübələr aparmış, rəngin koloristik uyğunluğu baxımından praktik və nəzəri işlər görmüşdür.

Nailiyyətləri və mükafatlar

Cahid Camal Monqolustan Dostları Cəmiyyətinin idarə heyətinin üzvü idi. 2009-cu ildə Rusiya Federasiyası İctimai Mükafatlar Şurası rəyasət heyətinin fərmanı ilə "Birinci dərəcəli peşəkarlıq və işgüzar nüfuz" ordeni ilə təltif olundu. İki ölkə arasındakı dostluğa və əməkdaşlığa verdiyi böyük töhfəyə görə də Monqolustan mükafatlarına layiq görülmüşdür: "Dostluğun Qızıl Ulduzu", "Nayramdal" medalları, "Sülh və Dostluq uğrunda", "Monqolustan-Rusiya Dostluq Cəmiyyətinin 60 ili", "Əməkdar fəaliyyətinə görə".

Həmçinin bax

  • Heydər Camal
  • Orxan Camal

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cahid camal sözünün mənası, cahid camal haqqında məlumat. cahid camal nədir? cahid camal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sarvan

  • Mart 01, 2026

    Yavuz Akpınar

  • Mart 01, 2026

    Əbdülbaqi Gölpınarlı

  • Mart 06, 2026

    Gülüstan (poema)

  • Mart 02, 2026

    Mütərcim

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst