Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orxan Camal (rus. Орхан Джемаль; 12 noyabr 1966, Moskva – 30 iyul 2018, Kemo[d]) — Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim.

Orxan Camal

  • Ana Səhifə
  • Vikipediya
  • Orxan Camal

Orxan Camal (rus. Орхан Джемаль; 12 noyabr 1966, Moskva – 30 iyul 2018, Kemo[d]) — Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim.

Orxan Camal
rus. Орхан Джемаль
Doğum tarixi 12 noyabr 1966(1966-11-12)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 30 iyul 2018(2018-07-30) (51 yaşında)
Vəfat yeri
  • Kemo[d], Mərkəzi Afrika Respublikası
Dəfn yeri
  • Xovan qəbiristanlığı
Vətəndaşlığı  SSRİ→
 Rusiya
Həyat yoldaşı İrina Qordiyenko
Uşağı Mənsur Camal
Atası Heydər Camal
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti jurnalist

Mündəricat

Həyatı

Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cahid Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

Orxan Camal 2000-ci ildə Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyini təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb.

31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.

7 avqust 2018-ci ildə Moskva Cümə Məscidində Orxan Camalla vida mərasimi keçirilib. Cənazə namazını Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qılıb. Camal Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib.

Ailəsi

Jurnalist İrina Qordiyenko ilə evli olub. Mənsur adında oğlu var.

Biblioqrafiya

Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün "Beşgünlük müharibənin xronikası" (rus. Хроники пятидневной войны) (2008) kitabında əks etdirib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, orxan camal sözünün mənası, orxan camal haqqında məlumat. orxan camal nədir? orxan camal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 306

  • Mart 02, 2026

    Challenger 2

  • Mart 02, 2026

    İzolda Vısotskaya

  • Fevral 27, 2026

    Məxdumqulu Fəraqi

  • Fevral 25, 2026

    Avtomobil kuzası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst