Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[…] – 10 sentyabr 1979[…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi,

Aqostinyo Neto

  • Ana Səhifə
  • Vikipediya
  • Aqostinyo Neto

Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[…] – 10 sentyabr 1979[…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir.

Aqostinyo Neto
Antonio Aqostinho Neto
Aqostinyo Neto1975-ci il
Aqostinyo Neto
1975-ci il
Doğum adı António Agostinho Neto
Doğum tarixi 17 sentyabr 1922
Doğum yeri Kakikan
Luanda əyaləti
Anqola
Vəfat tarixi 11 sentyabr 1979 (56 yaşında)
Vəfat yeri Moskva
SSRİ SSRİ
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Dəfn yeri
  • Luanda
Təhsili Coimbra Universiteti
İxtisası həkim
Fəaliyyəti siyasətçi, şair, həkim-yazıçı[d], siyasi məhbus
Əsərlərinin dili Portuqal dili
Mükafatları "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1977)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub.

Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir.

Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir. 1962-ci ildə MPLA-nın sədri seçilmiş, müstəmləkiçilərə qarşı silahlı mübarizənin təşkilatçısı və rəhbərlərindən olmuşdur. 1962-ci ildə Vaşinqtona ABŞ-yə gedən şair, ölkəsinin qurtuluş savaşına kömək üçün Con Kennedi ilə görüşmüşdür.

11 noyabr 1975-ci ildə Anqola Xalq Respublikası yaradıldıqdan sonra Anqolanın ilk prezidenti və eyni zamanda İnqilabi Şuranın və hökumətin başçısı, silahlı qüvvələrin baş komandanı seçilmişdir.

Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin üzvi idi.

Yaradıcılığı

Aqostinyo Neto şair və publisit kimi də tanınmışdır. Əsərlərini Portuqal dilində yazmışdır. Anqola xalqının milli azadlıq mübarizəsi əsərlərinin əsas mövzusudur.

Kitabları

  • Şeirlər, 1961
  • Quru gözlərlə, Şerlər. 1963
  • Müqəddəs ümid, Şerlər. 1968
  • Azadlıq nəğmələri. Şerlər. Aqostinyo Neto. T.Bayram. Yazıçı, Bakı, 1978. 84 səh.

Mükafatları

  • 1970 — Beynəlxalq "Lotus" Mükafatı (Asiya Afrika Yazıçılar Birliyi)
  • 1976 — Jolio-Küri adına Qızıl Sülh medalı
  • 1977 — "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı

Ölümü

Antonio Aqostinho Neto xərçəng müalicəsi səbəbilə 11 sentyabr 1979-cu ildə Moskva şəhərindəki xəstəxanada vəfat edib. Dəfnetmə mərasimi 17 sentyabr 1979-cu ildə Luanda şəhərində keçirilmiş, cənazəsi mavzoleyə qoyulmuşdur.

Xatirəsi

Anqolada adını daşıyan bir universitet var. Anadan olduğu gün Anqolada Milli Bayram kimi qeyd edilir.

Ədəbiyyat

  • Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.200

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aqostinyo neto sözünün mənası, aqostinyo neto haqqında məlumat. aqostinyo neto nədir? aqostinyo neto nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərmarka

  • Fevral 27, 2026

    Xuan Peron

  • Fevral 24, 2026

    Vertebrata

  • Fevral 27, 2026

    Ləknəv

  • Mart 02, 2026

    Yəhya Ədl

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst