Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (yun. Αρμάνοι/Βλάχοι, bolq. Арумъни/Власи) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan roman dilli xalq. Aromun qeyri-hökumət təşkilatlarının hesablamalarına əsasən XX əsrin başlanğıcında Balkan yarımadasında təxminən 200.000 etnik aromun yaşayırdı.
| 8.moskopole.jpg | ||||||||||||||||||
| Aromunların mədəni festivalı | ||||||||||||||||||
| Ümumi sayı | ||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 100 000 - 1 500 000 | ||||||||||||||||||
| Yaşadığı ərazilər | ||||||||||||||||||
| ||||||||||||||||||
| Dili | ||||||||||||||||||
| Arumun dili | ||||||||||||||||||
| Qohum xalqlar | ||||||||||||||||||
| rumın |
Məskunlaşma
Yunanıstanda

Ən çoxsaylı aromun toplumu Yunanıstanda yaşamaqdadır. Bu ölkədə yaşayan etnik aromunların sayı haqqında məlumatlar Yunanıstan dövlətinin 1951-ci ildən sonra bu ölkədə keçirilən əhalinin sayımlarının yekunlarını açıqlamaması səbəbindən yalnız müəyyən təxminlərə əsaslanır. Müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 50.000-dən 300.000-ə qədərdir. 7 aprel 1951-ci il siyahıyaalınmasına əsasən Yunanıstanda ana dili olaraq arumın dilində danışanların sayı 39.855 nəfər idi. Yunan dövlətinin rəsmi mövqeyinə əsasən Yunanıstanda yalnız dini azlıqlar mövcuddur, etnik azlıqlar isə yoxdur. Beləliklə aromunların etnik azlıq statusu yoxdur.
Albaniyada
Qeyri-rəsmi təxminlərə əsasən ikinci ən çox aromun yaşayan ölkə Albaniyadır və müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 10.000-dən 200.000-ə qədərdir. 1 oktyabr 2011-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən Albaniyada yaşayan etnik aromunların sayı 8.266 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 3.848 nəfərdir.
Rumıniyada
Qeyri-rəsmi təxminlərə əsasən Rumıniyada yaşayan aromunların sayı 25.000–50.000 nəfərdir. Rəsmi olaraq Rumıniyada 1930, 1956, 1966, 1977, 1992, 2002 və 2011-ci illərdə əhalinin siyahıyaalınması gerçəkləşmişdir. Bu sayımlardan yalnız ikisində, 1977-ci və 1992-ci ildə aromunlar rumınlardan ayrı bir etnik qrup olaraq qeydə alınmışdırlar. 1977-ci ildə həyata keçirilmiş siyahıyaalınmanın yekunlarına əsasən Rumıniyada yaşayan etnik aromunların sayı 982 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 759 nəfər idi. 1992-ci ildə isə əhali sayımının rəsmi yekunlarına əsasən etnik arumunların sayı 21.736 nəfər olsa da bütün aromunların ana dili rumın dili olaraq göstərilmişdir.
Serbiyada
1–15 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada 35.573 nəfər etnik aromun yaşayır. Qeyri-rəsmi təxminlərə əsasən isə bu ölkədə təxminən 40.000 nəfər aromun mövcuddur.
Makedoniyada

Makedoniyada aromunlar rəsmən valax adlanırlar. Qeyri-rəsmi təxminlərə əsasən bu ölkədə təxminən 20.000-50.000 nəfər etnik aromun yaşayır. 1994-cü ildə gerçəkləşmiş rəsmi siyahıyaalınmanın yekunlarına əsasən Makedoniyada etnik aromunların sayı 8.601 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 7.036 nəfər olmuşdur.
| Etnik aromunlar | Makedoniyada əhalinin siyahıyaalınma illəri | |||||||
|---|---|---|---|---|---|---|---|---|
| 1948-ci il | 1953-cü il | 1961-ci il | 1971-ci il | 1981-ci il | 1991-ci il | 1994-cü il | 2002-ci il | |
| Sayı | 9 511 | 8 668 | 8 046 | 7 190 | 6 392 | 7 764 | 8 601 | 9 695 |
Bolqarıstanda
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arumınlar haqqında məlumat. Arumınlar nədir? Arumınlar nə deməkdir?