Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəzmiyə Dəmirəl (türk. Nazmiye Demirel; 3 yanvar 1927, İslamköy[d], İsparta ili – 27 may 2013, Ankara) — Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin həyat yol

Nəzmiyə Dəmirəl

  • Ana Səhifə
  • Vikipediya
  • Nəzmiyə Dəmirəl

Nəzmiyə Dəmirəl (türk. Nazmiye Demirel; 3 yanvar 1927, İslamköy[d], İsparta ili – 27 may 2013, Ankara) — Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı.

Nəzmiyə Dəmirəl
Nazmiye Demirel
Türkiyə Respublikasının birinci xanımı
16 may 1993 – 16 may 2000
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiSəmra Özal
SonrakıSəmra Sezər
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1927(1927-01-03)
Doğum yeri
  • İslamköy[d], Atabəy[d], İsparta ili, Türkiyə
Vəfat tarixi 27 may 2013(2013-05-27) (86 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi Altsheymer xəstəliyi
Fəaliyyəti evdar qadın[d]
Həyat yoldaşı
  • Süleyman Dəmirəl (1948–2013)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nəzmiyə Şənər 3 yanvar 1927-ci ildə İsparta ilinin İslamköy kəndində kəndli ailəsində anadan olub.

İranın o vaxtkı baş naziri Əmir-Abbas Hüveyda və Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl və həyat yoldaşları, Tehran, 1970

12 mart 1948-ci ildə mühəndis Süleyman Dəmirəl ilə evlənib. 1954-cü ildə əri ilə birlikdə ABŞ-a yola düşüb və Fransa, İsveçrə və İtaliyaya səyahət edib.

12 sentyabr 1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra Süleyman Dəmirəl baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Nəzmiyə Dəmirəl o zaman Türkiyə siyasi həyatının aparıcı simalarından olan ərini çətin anlarda heç vaxt tək qoymayıb.

1993-cü ildə əri ölkə prezidenti olduqdan sonra Türkiyənin Birinci Xanımı olub. Birinci Xanım kimi fəaliyyət göstərdiyi müddətdə jurnalistlərə heç vaxt müsahibə verməyib. O, həyatında yalnız bir müsahibə verib. Türkiyə mediası onu "müasir türk liderinin ən səssiz həyat yoldaşı" adlandırıb.

Birinci Xanım kimi fəaliyyətinin sonuna qədər o, və Süleyman Dəmirəl dəfələrlə xarici siyasətçilər və onların həyat yoldaşları ilə görüşüblər. Onların arasında ABŞ prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton da var idi.

Nəzmiyə Dəmirəl 2005-ci ildən bəri Altsheymer xəstəliyiindən əziyyət çəkirdi. O, 2010-cu ildən Ankaradakı Başkent Universiteti Xəstəxanasında müalicə alırdı.

O, 27 may 2013-cü ildə Ankara xəstəxanasında vəfat etdi. Cənazəsi doğma kəndi İslamköydə dəfn edildi. Təxminən 5000 nəfərin qatıldığı dəfn mərasimi zamanı darısqallıq səbəbindən ajiotaj yarandı. Nazmiyə Dəmirəlin adını daşıyan məktəbin şagirdləri üzərində "Səni unutmayacağıq, Nəzmiyə xala" (türk. Seni unutmayacağız Nazmiye Teyze) yazılı pankart açdılar. Süleyman Dəmirəl Universitetinin bir qrup tələbəsi dəfn mərasiminə qırmızı köynəklər geyinmiş və əllərində qırmızı güllər tutmuşdu. Nazmiyə Dəmirəlin dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınc, CHP sədri Kamal Kılıçdaroğlu, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, keçmiş CHP sədri Dəniz Baykal və digər hökumət və siyasi xadimlər, eləcə də iş adamları iştirak edirdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəzmiyə dəmirəl sözünün mənası, nəzmiyə dəmirəl haqqında məlumat. nəzmiyə dəmirəl nədir? nəzmiyə dəmirəl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yenidənqurma

  • Fevral 27, 2026

    Dilican şəhəri

  • Mart 01, 2026

    Yassıada

  • Fevral 27, 2026

    Daft Punk

  • Fevral 27, 2026

    Tan sülaləsi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst