Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Başkənd Universiteti (türk. Başkent Üniversitesi) — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitet. Universitet 13 yanvar 1994-cü ildə Türkiyə Orqan Tran

Başkənd Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Başkənd Universiteti

Başkənd Universiteti (türk. Başkent Üniversitesi) — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitet. Universitet 13 yanvar 1994-cü ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq müalicəsi Vəqfi və Haberal Təhsil Vəqfi tərəfindən Ankarada yaradılmışdır. Universitet 13 yanvar 1994-cü ildə professor doktor Mehmet Haberal tərəfindən təsis edilmişdir. Universitetin mərkəzi Ankara şəhərində yerləşir, ölkə üzrə tibbi və tədqiqat mərkəzləri, həmçinin dializ mərkəzlərinə malikdir.

Başkənd Universiteti
Başkent Üniversitesi
Loqonun şəkli
Əsası qoyulub 1994
Ölkə
  •  Türkiyə
Sayt baskent.edu.tr/tr/
39°53′15″ şm. e. 32°39′14″ ş. u.HGYO
Xəritə

Mündəricat

Tarixi

Başkənd Universiteti Türkiyədə səhiyyə elmlərini tədris edən ilk özəl universitet olaraq, 1993-cü ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq Müalicəsi Vəqfi ilə Haberal Təhsil Vəqfi əməkdaşlığı ilə təsis edilmişdir.

Universitet son səkkiz il ərzində dövlət dəstəyi olmadan inkişaf edərək böyümüşdür. 1995-ci ildə kampusda binaların tikintisinə başlanmış və o vaxtdan bəri bir çox digər obyektlər əlavə edilmişdir. Hazırda universitet tədrisdə elmi yanaşması baxımından Türkiyənin seçilmiş ali təhsil müəssisələrindən biri hesab edilir.

19 may 2004-cü ildə Başkənd Universiteti "Kanal B" adlı televiziya kanalının yayımlanmasına başlamışdır. Televiziya kanalının studiyaları və digər obyektlər kampus ərazisində yerləşir.

Fakültələr, şöbələr və məktəblər

Fakültələr

  • Gözəl sənətlər, dizayn və memarlıq fakültəsi
  • Kommunikasiya fakültəsi
  • Stomatologiya fakültəsi
  • İqtisadi və idarəetmə elmləri fakültəsi
  • Təhsil fakültəsi
  • Mühəndislik fakültəsi
  • Səhiyyə elmləri fakültəsi
  • Tibb fakültəsi
  • Elm və ədəbiyyat fakültəsi
  • Ticarət elmləri fakültəsi
  • Əczaçılıq fakültəsi

Universitetlə əlaqəli təşkilatlar və institutlar

Mərkəzlər

  • Mithat Çoruh Keyfiyyət İdarəetmə Mərkəzi
  • Dil Araşdırmaları Mərkəzi
  • Atatürk Prinsipləri Araşdırmaları Mərkəzi

İnstitutlar

  • Təhsil Elmləri İnstitutu
  • Səhiyyə Elmləri İnstitutu
  • Elm İnstitutu
  • Sosial Elmlər İnstitutu
  • Avropa İttifaqı və Beynəlxalq Münasibətlər İnstitutu
  • Transplantasiya və Gen Elmləri İnstitutu
  • Yanıq, Yanğın və Təbii Fəlakətlər İnstitutu

Peşə Ali Məktəbləri

  • Sosial Elmlər Peşə Ali Məktəbi
  • Texnologiya Peşə Ali Məktəbi
  • Səhiyyə Elmləri Peşə Ali Məktəbi

Məktəblər

  • Ayşeabla Məktəbləri
  • Adana Başkənd Məktəbləri

Xəstəxanalar

  • Başkənd Universiteti Ankara Xəstəxanası
  • Ayaş Fiziki Terapiya və Reabilitasiya Mərkəzi
  • Yapracık Geriatrik və Psixososial Reabilitasiya Mərkəzi
  • Başkənd Universiteti Adana Tibb və Tədqiqat Mərkəzi
  • Başkənd Universiteti İzmir Zübeyde Hanım Tibb və Tədqiqat Mərkəzi
  • Başkənd Universiteti Alanya Tibb və Tədqiqat Mərkəzi
  • Başkənd Universiteti Konya Tibb və Tədqiqat Mərkəzi
  • Başkənd Universiteti Elmalık (Yalova) Dializ Mərkəzi
  • Başkent Universiteti İskəndərun Dializ Mərkəzi
  • Başkənd Universiteti İstanbul Dializ Mərkəzi
  • Başkənd Universiteti Eksperimental Tədqiqat Mərkəzləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, başkənd universiteti sözünün mənası, başkənd universiteti haqqında məlumat. başkənd universiteti nədir? başkənd universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alyaska yupikcəsi

  • Mart 06, 2026

    Əməkdar müəllim

  • Mart 01, 2026

    Soltan Dadaşov

  • Fevral 27, 2026

    II Kambiz

  • Fevral 27, 2026

    Qaraboğazgöl

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst