Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan gəncləri — Azərbaycan SSR-də qəzet. Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Həftədə üç dəfə nəşr olunmuşdur.

Azərbaycan gəncləri

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan gəncləri

Azərbaycan gəncləri — Azərbaycan SSR-də qəzet. Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Həftədə üç dəfə nəşr olunmuşdur.

Azərbaycan gəncləri
Növ İctimai-siyasi və ədəbi
Sahibi Azərbaycan Kommunist Partiyası
Təsisçi Bakı Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı Mərkəzi
Yaranma tarixi 27 oktyabr 1919
Dil Azərbaycan dili
Şəhər Bakı şəhəri
Ölkə Azərbaycan

Mündəricat

Tarixi

1919-cu ilin yayında keçirilən “Bakı şəhəri və rayonlarının Beynəlmiləl Fəhlə Gənclər İttifaqı” adlı konfransda fəhlə gənclər üçün mətbuat orqanının yaradılması qərara alınmışdır. Bu qərarın nəticəsi olaraq əvvəlcə “Molodoy raboçi”, daha sonra isə “Gənc işçi” qəzeti nəşrə başlamışdır. Qəzetin ilk nömrəsi 27 oktyabr 1919-cu ildə Bakıda Azərbaycan dilində çap olunmuşdur. Nəşr Bakı şəhəri və onun rayonlarının Beynəlmiləl Fəhlə Gənclər İttifaqı Mərkəzi Komitəsi tərəfindən həyata keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təqibləri nəticəsində qəzetin nəşri 1919-cu ilin sonlarında dayandırılmış, 1923-cü il fevralında yenidən “Gənc işçi” adı ilə fəaliyyətə başlamışdır.

Qəzet sovet dövründə bolşevik mətbuatının prinsiplərinə uyğun olaraq təbliğat, təşviqat və təşkilatçı funksiyalarını yerinə yetirirdi. 1931-ci il 16 oktyabr tarixli qərarla Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti tərəfindən “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. 1930-cu illərdə qəzet “Kəs saxla” və “Günün güzgüsündə” kimi rubrikalar altında əmək, kənd təsərrüfatı və beynəlxalq hadisələrə həsr olunan materiallar dərc etmişdir.

İkinci Dünya müharibəsi dövründə qəzetin fəaliyyəti müvəqqəti dayandırılmış, 1945-ci ilin iyulunda “Azərbaycan gəncləri” adı ilə yenidən nəşrə başlamışdır. Qəzet müharibədən sonrakı dövrdə gənclərin maarifləndirilməsi, xalq təsərrüfatının bərpası, sənaye və mədəni quruculuq işlərinə səfərbər olunmasında mühüm rol oynamışdır. “Biz sizdən öyrəndik qəhrəmanlığı”, “Ataların yolu oğulların yoludur” kimi rubrikalar uzun illər qəzetin ideoloji istiqamətini müəyyən etmişdir. 1946-cı ildə 25 min nüsxə ilə nəşr olunan qəzetin tirajı 1969-cu ildə 250 minə, 1976-cı ildə isə 430 minə çatmışdır.

XX əsrin ortalarında “Azərbaycan gəncləri” qəzeti Azərbaycanda nəşr olunan əsas mətbu orqanlardan biri hesab edilirdi. Qəzetin redaksiyası yazıçıların, alimlərin və gənc ədiblərin toplaşdığı ədəbi və ziyalı mühitə çevrilmiş, bir çox tanınmış qələm sahiblərinin yaradıcılıq fəaliyyətinin formalaşmasında mühüm rol oynamışdır. Məmmədağa Sultanov ədəbi fəaliyyətə qəzetdə çap etdirdiyi "Sənət məktəbi” adlı ilk şeiri ilə start verib. Məşhur Azərbaycan şairi Səməd Vurğun da ədəbi fəaliyyətə 1926-cı ildə "Azərbaycan gəncləri” qəzetində nəşr etdirdiyi "Mavi göl” şeiri ilə başlayıb. Bəstəkar Tofiq Quliyevin "Azərbaycan Dövlət cazı” haqqında məqaləsi də 1941-ci il 20 mart tarixində "Gənc işçi” qəzetində çap edilib.

Baş redaktorlar

Qəzetin müxtəlif illərdə Böyükağa Həsənov, İdris Qasımov, Mirpaşa Miriyev və Cəmil Əlibəyov kimi təcrübəli jurnalistlər tərəfindən idarə olunması onun peşəkarlıq səviyyəsini artırmışdır.

  • Böyükağa Həsənov
  • İdris Qasımov
  • Mirpaşa Miriyev
  • Cəmil Əlibəyov
  • Yusif Kərimov
  • Hacı Hacıyev

Əməkdaşları və müəllifləri

Məmmədağa Sultanov, Mikayıl Müşfiq, Səməd Vurğun, Tofiq Quliyev, Fikrət Qoca, Xəlil Rza, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Nəbi Xəzri, Cəmil Əlibəyov, Zaur Zamanov, Şirməmməd Hüseynov, Sabir Rüstəmxanlı və başqaları.

Həmçinin bax

  • Molodyoj Azerbaydjana
  • Azərbaycan pioneri

Ədəbiyyat

  • ""Azərbaycan gəncləri"". sherg.az (az.). İstifadə tarixi: 29 dekabr 2023.
  • ""Gənc işçi"dən "Azərbaycan gəncləri"nədək." sherg.az (az.). İstifadə tarixi: 29 dekabr 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycan gəncləri sözünün mənası, azərbaycan gəncləri haqqında məlumat. azərbaycan gəncləri nədir? azərbaycan gəncləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    S:Müəllif:Məlikballı Qurban

  • Mart 06, 2026

    Adiabat proses

  • Fevral 27, 2026

    1850-ci il

  • Mart 01, 2026

    Əzələ sistemi

  • Fevral 26, 2026

    Peloponnes (periferiya)

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst