Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci

Fikrət Qoca

  • Ana Səhifə
  • Vikipediya
  • Fikrət Qoca

Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998)

Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev
Doğum adı Fikrət Qocayev
Təxəllüsü Qoca
Doğum tarixi 25 avqust 1935(1935-08-25)
Doğum yeri
  • Kotanarx, Ağdaş rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 5 may 2021(2021-05-05) (85 yaşında)
Vəfat yeri
  • Ağdaş, Ağdaş rayonu, Azərbaycan
Atası Göyüş Qocayev
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti şair, redaktor
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "İstiqlal" ordeni — 20202020 "Şərəf" ordeni — 20152015 "Şöhrət" ordeni — 19951995
"Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979 Azərbaycan Respublikasının Dövlət mükafatı — 20162016 Azərbaycan LKGİ mükafatı — 19681968 "Humay" mükafatı — 1998 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20102010

Mündəricat

Həyatı

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

“Şair ölümünə mən inanmıram” şeirini nümünə kimi gətirmək olar:

Hələ yaranmamış bu Yer kürəsi

Küləklər min nəğmə bəstələmişdi.

Çoxdan yaranmışdı şeirin nəfəsi

Hər ulduz bir şirin layla demişdi.

Ölüm də, olum da bunlar bir yana,

Bu adi qanunu mən də danmıram.

Şair nəğmə kimi gəlir cahana,

Nəğmə ölümünə mən inanmıram.

Mükafatları

  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979
  • "Şöhrət" ordeni — 26 iyun 1995
  • "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 23 may 1998
  • "Humay" mükafatı — 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 16 iyul 2010
  • "Şərəf" ordeni — 1 sentyabr 2015
  • Azərbaycan Respublikasının Dövlət Mükafatı — 26 may 2016
  • "İstiqlal" ordeni — 24 avqust 2020

Kitabları

  • Qağayı (1963)
  • Hamıya borcluyam (1965)
  • Yatmadığım gecələrdə (1970)
  • Günlərin bir günü (1972)
  • Gül ömrü (1975)
  • İnsan xasiyyəti (1980)
  • Ömürdən səhifələr (1984)
  • Mavi dünyanın adamları (1988)
  • Taleyin ağır taleyi (1993)
  • Dənizdə ay çiməndə (1967)
  • Seçilmiş əsərləri (2014)

Filmoqrafiya

  1. Uşaqlığın son gecəsi (film, 1968)
  2. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  3. Qayınana (film, 1978)
  4. Romeo mənim qonşumdur (film, 1963)
  5. Qonşu qonşu olsa... (film, 1989)

İrsi

Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət Qoca haqqında məlumat. Fikrət Qoca nədir? Fikrət Qoca nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Buddist

  • Fevral 25, 2026

    Məməlilər

  • Fevral 27, 2026

    Narıncı inqilab

  • Fevral 27, 2026

    Kremni oksidi(IV)

  • Fevral 27, 2026

    Lahıclar

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst