Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ari Aster (15 iyul 1986, Nyu-York, Nyu-York ştatı) — ABŞ kinorejissoru. O, qorxulu və şiddət dolu səhnələrin olduğu filmlər ilə məşhurlaşıb. Ari A24 şirkətinin

Ari Aster

  • Ana Səhifə
  • Vikipediya
  • Ari Aster

Ari Aster (15 iyul 1986, Nyu-York, Nyu-York ştatı) — ABŞ kinorejissoru. O, qorxulu və şiddət dolu səhnələrin olduğu filmlər ilə məşhurlaşıb. Ari A24 şirkətinin iştirakı ilə üç film çəkib: "İrs", "Midsommar" və "Bo qorxur".

Ari Aster
Doğum tarixi 15 iyul 1986(1986-07-15) (39 yaş)
Doğum yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
Fəaliyyəti rejissor, ssenarist, yazıçı, kinorejissor
Fəaliyyət illəri 2011-ci ildən
Təhsili
  • AFİ Konservatoriyası
IMDb ID4170048
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ari Aster 15 iyul 1986-cı ildə Nyu-York şəhərində yəhudi ailəsində anadan olub. Anası şairə, atası isə musiqiçidir. Onun kiçik qardaşı var.Ari ilk filmini dörd yaşında izlədiyini xatırlayır, bu film "Dik Treysi" olmuşdur.  Filmdə atışmanın olduğu səhnələrdən biri Arini çox qorxutmuşdu. O, oturacaqdan tullanaraq Nyu-Yorkda altı məhəllə qaçmış, anası isə onun arxasınca düşmüşdür. Ari uşaq olanda ailəsi qısa müddət üçün İngiltərəyə köçüb. Atası burada, Çesterdə caz gecə klubu açmışdı. Ari 10 yaşında ailəsi ilə birlikdə ABŞ-ə qayıtmış və uşaqlığının qalan hissəsini Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirmişdir.

Ari Aster uşaq ikən yazıçı olmaq istəyirdi. O, ssenarilər yazaraq film çəkməklə maraqlanmağa başlayıb. Ari məktəbi bitirməzdən əvvəl artıq altı film ssenarisi yazmışdı. O, uşaqlıqda qorxu filmlərini çox sevirdi. Onları tez-tez video mağazadan icarəyə götürürdü. Ari bu haqda deyib: "Ziyarət etdiyim hər bir video mağazada mövcud olan bütün qorxu filmləri almışdım və hər birini izləmişdim. Bundan sonra öz ssenarilərimi yazmağa başladım". O, 2004-cü ildə Santa Fe Kollecində kino təhsili almağa başlayıb. Eyni zamanda Nyu-Meksikoda fəaliyyət göstərən "Weekly Alibi" adlı jurnalda yazıçı kimi işləyib. O, 2008-ci ildə kolleci başa vurub, bunun ardınca AFİ Konservatoriyasının magistratura proqramına daxil olub. 2010-cu ildə buradan rejissorluq üzrə diplom qazanıb.

Təsirlər

Ari Aster rejissorların və tənqidçilərin hər 10 ildən bir sevimli filmlərini seçdiyi "Sight & Sound" film sorğularının 2022-ci il buraxılışında iştirak edib. Onun seçditi filmlər bunlardır: "Sansho the Bailiff", "Vertigo", "Səkkiz yarım", "Persona", "Playtime", "Barri Lindon", "Raging Bull", "Shoah", "Songs from the Second Floor" və "A Serious Man". Ari həm də sənətə konkret qiymət və ya sıralama müəyyən edib təyin etməyə çalışmağın mənasız və nəticəsiz iş olduğuna inanır.

Filmoqrafiya

Filmlər

  • İrs (2018)
  • Midsommar (2019)
  • Bo qorxur (2023)

Qısametrajlı filmlər

  • Herman's Cure-All Tonic (2008)
  • The Strange Thing About the Johnsons (2011)
  • TDF Really Works (2011)
  • Beau (2011
  • Munchausen (2013)
  • Basically (2013)
  • The Turtle's Head (2014)
  • C'est la vie (2016)

Prodüser

  • Yuxu ssenarisi (2023)
  • Death of a Unicorn (TBA)

İcraçı prodüser

  • Los Huesos (2021)
  • El padre bueno (2023)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ari aster sözünün mənası, ari aster haqqında məlumat. ari aster nədir? ari aster nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Krasnodar diyarı

  • Fevral 28, 2026

    Brest vilayəti

  • Fevral 27, 2026

    İvanovka

  • Fevral 27, 2026

    Altay aymağı

  • Mart 07, 2026

    Qışqırıq 4

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst