Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya

Altay aymağı

  • Ana Səhifə
  • Vikipediya
  • Altay aymağı

Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir.

Altay aymağı
Алтай аймағы
Bayraq Gerb
Bayraq Gerb
53°36′01″ şm. e. 91°23′17″ ş. u.HGYO
Ölkə Rusiya Federasiyası, Xakasiya
Tabesində Xakasiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1944
Sahəsi 1.736.1 km2 km²
Mərkəzin hündürlüyü 347 m
Saat qurşağı
  • UTC+07:00
Əhalisi
Əhalisi 25.559 nəfər (2010)
Digər
mo-altay.khakasnet.ru
Xəritəni göstər/gizlə
Altay aymağı xəritədə
Altay aymağı
Altay aymağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Sözün kökü

Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir.

Tarixi

SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir.

Coğrafiya

Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır. Qərbdə Abakan çayı ilə aymaq sərhədləri ayrılmış və orada Ağban piltiri aymağı yerləşmişdir. Cənubda Pii aymağı, şimalda Xakasiyanın paytaxtı Abakan şəhəri ilə həmsərhəddir. Bölgənin sahəsi 1736 km²-dir. Aymaqlar içərisində sahəsinə görə VIII yerdədir. Abakan havalimanından 25 km məsafədə yerləşir. Bölgənin sahəsi içində Novo-Mixaylovskoye neft və qaz sahələri, Altay gölü sahillərində Altay Terapötik Palçıq Sanotoriyası bir çox xəstəliyin dərmanı hesab edilir.

Altay aymağının Xakasiya Respublikası daxilində yerləşməsi (göy rəngdə)

Adminstrativ bölgü

Altay aymağında 19 yaşayış məntəqəsi vardır. Bunlardan 9-ü kənd mərkəzidir.

Əhali

2015-ci ildə həyata keçirilmiş siyahıyaalmaya görə, bölgənin əhalisinin sayı 25.962 nəfərdir.

Etnik tərkibi

Bölgədə əhali qarışıq formada məskunlaşmışdır. Türk qruplarından xakas türkləri, slavyan qruplarından ruslar, ukraynalılar vardır. Erməni və azərbaycanlı əhali də yaşamqdadır.

İqtisadiyyat

Bölgədə başlıca iqtisadi məşğuliyyət kənd təsərrüfatıdır. Mədən yataqlarında ən çox kömür çıxarılır. Bölgə kpmür ehtiyyatları ilə zəngindir.

Bölgədə olan xəstəxana.

Səhiyyə

Yerli türk xalqlarının əsasən, təbii qıdalarla bəslənmələrinə görə xəstəlik səviyyəsi aşağıdır. 1940-cı illərdə ilk səhiyyə mərkəzləri tikilmişdir.

Nəqliyyat

Bölgədən Abakan-Sayanoqorsk və Abakan-Bəy (Pii) magistr yolları keçməkdədir.

Izıh Çataş adlı tarixi məkan.

Turizm

Türk boylarının tarixinin günümüzə uzantılarını araşdırmaq istəyən araşdırmaçılar üçün xakasların yaşayışı, mədəniyyəti, dili, sözlü tarixləri turizm çəkiçiliyidir. Ətrafda pozulmamış təbiət xüsusilə diqqət çəkəndir. Izıh kəndi ətraflarında tarixi-mədəni abidələr vardır. Izıh Çaataş (Yeni daş) adlı kurqan Oçur kəndindədir.

Həmçinin bax

  • Xakasiya
  • Ağban piltiri aymağı
  • Pii aymağı
  • Şira aymağı
  • Ashıs aymağı
  • Taştıp aymağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Altay aymağı haqqında məlumat. Altay aymağı nədir? Altay aymağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Charlie Hebdo

  • Fevral 27, 2026

    Un

  • Fevral 27, 2026

    Araz Yağlıvənd

  • Fevral 27, 2026

    Braziliya realı

  • Fevral 27, 2026

    E.ə. 2104

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst