Zərnə — Azərbaycan Respublikasının Qax rayonunun Ləkit kənd inzibati ərazi dairəsində kənd.
| Zərnə | |
|---|---|
| 41°30′38″ şm. e. 46°49′05″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Zərnə | |
Tarixi
Zərnə kəndi Qax rayonunun mərkəzindən 18 km məsafədə (köhnə Zaqatala yolu üzərində) yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Kəndin adının yaranması tarixçəsində belə qeyd olunur ki, vaxtilə bu kənddə çəltik, düyü əkərlərmiş. Bu düyü növü zər kimi parıldayarmış, bərq vurarmış.
Toponimikası
Zərnə oyk., sadə. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XVIII əsrin 20-ci illərində Dağıstanın Saxur kəndindən və Şəkidən köçüb gəlmiş ailələr Zəmə adlı çəltik əkini sahəsində salmışlar. Bəzi tədqiqatçılara görə, oykonim ərəb dilindəki zər (əkin) sözündən və -nə sözdüzəldici şəkilçisindən ibarət olub, “əkin yeri” mənasındadır.
Əhalisi
- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Zərnə kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 94 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- Kənd əhalisini etnik cəhətdən əsasən Azərbaycan türkləri, az bir qismini isə saxurlar təşkil edir.
- 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ləkit kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2603 nəfər (1274 nəfəri kişilər, 1329 nəfəri qadınlar) əhali yaşayırdı.
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Zərnə kəndində 237 təsərrüfatda hər iki cinsdən toplam 747 nəfər əhali yaşamaqdadır.
Din
Kənddə Zərnə kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zərnə sözünün mənası, zərnə haqqında məlumat. zərnə nədir? zərnə nə deməkdir?
