Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emba çayı (qaz. Жем, Ембі) — Qazaxıstanın Aktobe və Atyrau vilayətlərindən axır. çay həm də iki qitə, Avropa və Asiya arasında sərhəd rolunu oynayır. Uzunluğu 7

Emba çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Emba çayı

Emba çayı (qaz. Жем, Ембі) — Qazaxıstanın Aktobe və Atyrau vilayətlərindən axır. çay həm də iki qitə, Avropa və Asiya arasında sərhəd rolunu oynayır. Uzunluğu 712 km (seldə), hövzəsinin sahəsi 40.400 km²-dir. Başlanğıcını Muqojar dağının qərb yamaclarından götürür. Podural yaylası və Xəzər ovalığı boyunca axır. Duzlu sahil bataqlıqları arasında itir, tam axan illərdə Xəzər dənizinə çatır. Qidalanmasının əsasını qar suları təşkil edir. Əsas axını aprel-may aylarında baş verir. İlin qalan ərzində tez-tez quruyur. Su yüksək dərəcədə minerallaşmışdır: yazda yuxarı axarda 150-200 mq/l-dən 800 mq/l-ə qədər; aşağı axarılarda yazda 1500-2000 mq/l, yayda 3000-5000 mq/l olur. Mövsümi olan əsas qolları: Temir (sağ) və Atsaksı (sol). Embanın orta və aşağı axınlarında neft və qaz hasil olunur (Şimali Emba neft və qaz bölgəsi, Cənubi Emba neft və qaz bölgəsi, Şərqi Emba neft və qaz bölgəsi).

Emba çayı
qaz. Жем
Xəritə
Ölkə  Qazaxıstan
Mənsəbi Xəzər dənizi
 • Yüksəkliyi -28 m
Uzunluğu 712 km
Su sərfi 17,5 ± 0,001 m³/san
Hövzəsinin sahəsi 40400 km²
Emba çayı (Qazaxıstan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Emba çayı Qazaxıstannın fiziki xəritəsində:

49°10′00″ şm. e. 58°45′00″ ş. u.HGYO

46°45′00″ şm. e. 53°10′00″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropa ilə Asiya arasındakı şərti sərhədi çay boyunca keçirdiyinə inanılır.

Embanın hövzəsi çöl və yarımsəhra ərazilərində yerləşir. Üst hissəsində eroziya ilə parçalanan yayladan axır. Dənizdən təxminən 20 km məsafədə çay üç əsas qolu olan bir delta meydana gətirir: Qara-Uzyak, Kiyan və Kulok. Emba su baxımından olduqca kasıbdır. Onun qidalanmasının əsasını qarı əriməsi təşkil verir. Yazda su ilə doludur və yayda isə durğun axan bir sıra əlaqəli uzanan yerlərlə təmsil olunur. Emba sularında baharda çox miqdarda çöküntü müşahidə edilir. Yağışlardan sonra çay palçıqlı, çirkli rəng alır. Noyabr ayından mart ayına qədər donur.

Adının mənası

Qazax dilində Emba adının iki variantı var: qaz. Ембі və qaz. Жем. Çayın rəsmi adı Embi olsa da xalq arasında az istifadə olunur. jem adı isə rəsmi olaraq qəbul olunmasada xalq arasında istifadə edilir. Embi türkmənlərin dilindən keçmədir “Yem boyı” sözündən törəmişdir. Mənması qidalanma vadisi olaraq tərcümə olunur. Qazax dilində bu söz saitlərin azalması ilə meydana gəlmişdir.

Alqemba

1920-ci ilin yanvar ayında Alqemba dəmir yolu və neft boru kəmərinin tikintisi planlaşdırlır. Bunun məqsədi Emba çayının ağzında yerləşən Şimal Emba neft və qaz bölgəsi ilə Aleksandrov Qayını birləşdirməsi olur. Yolun və boru kəmərinin tikintisi işləri 1921-ci ilin avqustunda dayandırıldı. Bəzi məlumatlara görə, yolun inşasında çox sayda insan aclıq, susuzluq və epidemiyadan öldü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, emba çayı sözünün mənası, emba çayı haqqında məlumat. emba çayı nədir? emba çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1969-cu il

  • Fevral 27, 2026

    Milan kafedralı

  • Fevral 27, 2026

    I Hişam

  • Fevral 27, 2026

    Pink Floyd

  • Mart 01, 2026

    Homalium moto

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst