Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Natavan Həbibi və ya bəzən Nataone (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı.

Natəvan Həbibi

  • Ana Səhifə
  • Vikipediya
  • Natəvan Həbibi

Natavan Həbibi və ya bəzən Nataone (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı.

Natavan Həbibi
Ümumi məlumatlar
Doğum tarixi 20 may 1981(1981-05-20) (44 yaş)
Doğum yeri
  • Krasnovodsk, Türkmənbaşı rayonu[d], Krasnovodsk vilayəti[d], Türkmənistan SSR, SSRİ
Həyat yoldaşı Dado Əliyev
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa
Fəaliyyət illəri 1999-cu ildən
Janr pop musiqisi
Üzvlüyü
  • W-Trio (1999–2006)
Boyu 1.65 sm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub. Sevimli müğənnimiz öz mahnıları ilə geniş auditoriya toplaya bilmişdir. Öz dəsti-xətti ilə seçilən Natavan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.

Ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. "Habibi" mahnısı prodüser Maksim Fadeyev (ru) ilə iş birliyi zamanı ərsəyə gəlmişdir.

2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. Filmdə baş rol alaraq Nərmin adlı gənc bir qızın obrazını canlandırıb.

2011-ci ilin iyun ayında Türkdilli xalqların qatıldığı festivalda — "Turkvision" müsabiqəsində Azərbaycanı təmsil edib.

Solo konsert

24 may 2014-cü ildə H. Əliyev Sarayının səhnəsində "DİNLƏ" adlı solo konsert proqramı ilə, sentyabrında isə "Crystal Hall"-da konserti baş tutdu.

2015-ci ildə çəkilən "Zaman adlı qatar" filminin soundtrekini ifa edən müğənni, "Başıma bəla", "Sən", "İstərəm" adlı hitlərini, eləcə də musiqisini özü bəstələdiyi "Anlayamadım" mahnısını sevənlərinə təqdim edib. O, aprel ayında Şəki şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı — Şəki 2016" ilinin açılış mərasimində səhnə almaqla, beynəlxalq festivalı daha yaddaqalan etdi. 2017-ci ildə yeni "Hozu" adlı romantik komediya filmində baş rola dəvət alıb. 2017-ci ildə Reper "DaDo" ilə ailə həyatı qurub.

O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Diskoqrafiyası

  1. Təyyarələr
  2. Məni Sevərsən
  3. 5 Dəqiqə (Zamiq, Jin ilə)
  4. Ağlayır
  5. Axtarma
  6. Ana Vətənim
  7. Anlayamadım
  8. Arzu
  9. Ayrılığın Sağlığına (Tunar ilə)
  10. Ayrılmarıq
  11. Başıma Belamısın (türk dilində)
  12. Bezdim
  13. Damlalar
  14. Dənizin Nəğməsi (Elton ilə)
  15. Dinlə
  16. Dön Geri
  17. Düşünürəm
  18. Eсли б звезды ступеньками стали
  19. Ehsas jadid (ərəb dilində)
  20. Ehtiyacım var
  21. Etiraf
  22. Etirazım var
  23. Gedən Dönməz
  24. Geri Dönəcək
  25. Getmə
  26. Gözləyirəm
  27. Günəşdən Qorxmadan
  28. Habibi (Ərəb dilində)
  29. Harda Olsan (2016)
  30. Hardasan (Pərviz Abdullayev ilə)
  31. Həsrət Nəğməsi
  32. İstərəm
  33. Kaş Onu Görə Biləydim (MC Murad ilə)
  34. Səbr elə (Tunar ilə)
  35. Qayıdacaqsan
  36. Qəlbim Sənindir (Zamiq ilə)
  37. Qismət Ayıranda (Muxtar ilə)
  38. Listen (ingilis dilində)
  39. Məhəbbət Yalandı
  40. Mən Səni İtirsəm
  41. Məni Oyatmayın
  42. Nejnost (rus dilində) (İlham Qasımov ilə)
  43. Nömrə 1 (Röya, Elnarə, Jin ilə)
  44. Olmadı
  45. Olsanda Olmasanda
  46. Öyrəşdirdin (Əfqan ilə)
  47. Sadəcə Bulud
  48. Sevdiyini söylə
  49. Sevəcəyəm
  50. Sən
  51. Sənə
  52. Sən Məni Başa Düşmürsən
  53. Sən İncisən
  54. Sənin oldum
  55. Sənsiz
  56. Son Bahar (Miri Yusif ilə)
  57. Stop
  58. Sus
  59. Tapmaca (Elnur ilə)
  60. Təyyarələr
  61. Ulduzlar yandı
  62. Yağış (Emil Bədəlov ilə)
  63. Yaz Yağışı
  64. Yenə Də
  65. Dəyməz
  66. Sevgi bizi yola verdi
  67. Qısqana Qısqana
  68. Çətin

Videoqrafiya

Say Klip Tarix
01 Səni İtirsəm 2005
02 Sadəcə Bulud 2007
03 Ulduzlar 2007
04 Ehtiyacım Var 2008
05 Etirazım Var 2009
06 Ayrılmarıq 2011
07 Sənin Oldum 2012
08 Damlalar 2013
09 Sus 2013
10 Ruhunla ft. Sheyh Ree 2014
11 Sən 2015
12 Dənizin Nəğməsi ft. Elton Hüseynəliyev 2015
13 Yat, Dostum ft. Dado 2016
14 Zaman Adlı Qatar 2016
15 Ana Vətənim 2016
16 Sənə 2017
17 Səni-Səni 2017
18 Sevgi Bizi Yola Verdi (Promo Video) 2018
19 Qısqana-Qısqana 2018
20 Əşi, Özü Bilər 2019
21 DOST ft. Kazımcan 2021
22 Çətin 2021
23 Olma Nigaran (Snippet Video) 2022

Filmoqrafiya

  1. Ayrılıq imiş (film, 2008) (tammetrajlı bədii film)
  2. 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: özü)
  3. Hozu (film, 2017) (tammetrajlı bədii film)

Təltifləri

  • Dağıstanın əməkdar artisti — 2016

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, natəvan həbibi sözünün mənası, natəvan həbibi haqqında məlumat. natəvan həbibi nədir? natəvan həbibi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yapon qızılağacı

  • Mart 01, 2026

    Elman Bədəlov

  • Mart 01, 2026

    Kompilyasiya

  • Fevral 26, 2026

    Santiqrat

  • Mart 04, 2026

    Dizaq nahiyəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst