Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Murtuza Axundzadə və ya Murtuza Axundov (1877, Quba – 21 avqust 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarında

Murtuza Axundov

  • Ana Səhifə
  • Vikipediya
  • Murtuza Axundov

Murtuza Axundzadə və ya Murtuza Axundov (1877, Quba – 21 avqust 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Murtuza Axundzadə
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
15 dekabr 1918 – 27 aprel 1918
FraksiyaMüsavat və bitərəflər fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 1877(1877)
Doğum yeri
  • Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 avqust 1920(1920-08-21) (42–43 yaşında)
Vəfat yeri
  • Nargin adası, Abşeron rayonu, Azərbaycan SSR
Vəfat səbəbi güllə yarası[d]
Partiya
  • Müsavat (Müsəlman Demokrat Partiyası)

Mündəricat

Həyatı

Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı.

Parlamentdəki çxışları

Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi:

" Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var. "

Sonrakı çıxışlarının birində isə qeyd edir ki:

" Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu. Bütün evlərin üstündə üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm. "

Ailə üzvlərinin xatirələri

Oğlu Yusifin xatirələri:

" Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla vaxtaşırı əlaqə saxlayır, onu Tükiyəyə keçirmək üçün dönə-dönə dilə tuturdular. Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə uşaqlarla işləri olmaz "
" Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı. 1920-ci ilin fevralında bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi. Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Bir daha atamı görmədim. "

1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi:

" 10 yaşındaydım. Buruq-buruq saçlarım vardı. Atamı aparmağa gələnlər saçlarımı sığalladılar, sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm. "

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb.

Ölümü

1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamam bolşeviklərin əlində idi. Belə olunca, yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır. Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında "xalq düşməni" damğası ilə güllələnərək Xəzər sularına qərq olurdu. 1920-ci ildə Murtuza Axundov "xalq düşməni" kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı.

Ailəsi

Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Murtuza Axundzadə Bakı şəhərində Mirzə Ağa Əliyev küçəsi (əvvəllər "Çadrovaya" adlanan küçə), ev 199 ünvanda yaşayırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, murtuza axundov sözünün mənası, murtuza axundov haqqında məlumat. murtuza axundov nədir? murtuza axundov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Şorəli

  • Mart 01, 2026

    Trayan Besesku

  • Mart 06, 2026

    Infogrames

  • Mart 02, 2026

    Araz Dilağarda

  • Mart 06, 2026

    Serra-du-Mar

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst