Araz Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.
| Araz Dilağarda | |
|---|---|
| 39°34′ şm. e. 47°35′ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Bala Bəhmənli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 87 m |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Nəqliyyat kodu | 19 |
![]() Araz Dilağarda | |
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Etimologiyası və tarixi
Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz sözü Digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir.
1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Dilağarda bələdiyyəsi təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 09.09.2020-ci il tarixində qəbul edilmişdir.
Araz Dilağarda bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Araz Dilağarda Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.1-ci bəndinə əsasən "3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi" yaradılmışdır.
Toponimikası
Araz çayı sahilində, düzənlikdədir. Oykonim Araz (hidr.) və Dilağarda (etnotoponim; qaraqoyunlu qəbiləsinə mənsub nəsil adı) sözlərindən düzəlib, "Araz sahilində yerləşən Dilağarda kəndi" deməkdir. Ərazidəki iki Dilağarda kəndini bir-birindən ayırmaq üçün oykonimin əvvəlinə Araz və Qobu komponentləri artırılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1425 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araz Dilağarda haqqında məlumat. Araz Dilağarda nədir? Araz Dilağarda nə deməkdir?
